Ağdamda şəhid Sərvan Göyüşovun doğum günü qeyd olunub
Veteran.gov.az xəbər verir ki, 28 fevral 2023 cü il tarixində Ağdam rayon şəhidi leytenant Göyüşov Sərvan Mehman oglunun dogum günü qeyd olunub.
Şəhidlər Xiyabanında Sərvan Göyüşovun məzarı ziyarət olunub, şəhidin atası, Birinci Qarabag müharibəsi qazisi Mehman Göyüşov evində ehsan verib.
Şəhid valideyinləri dövlət başçısının və rayon rəhbərliyinin daimi diqqət və qaygısını öz üzərlərində hiss etdiklərini bildirib.
Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri da şəhid məzarını ziyarət ediblər. Onlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilov adından şəhid atasına başsağlığı veriblər. Şəhidin şəkli əks edilmiş plaket də Ağdam Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atasına təqdim ediblər.
Allah rəhmət eləsin!



