Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Xəsarət alan hər əsgərimizə görə separatçılar beşqat artıq itki ilə üzləşməlidir”

“Erməni təxribatları müxtəlif formalarda davam edəcək” – Millət vəkilindən xəbərdarlıq!

“Mina terroruna görə məsuliyyət İrəvanla yanaşı, Rusiya sülhməramlılarının üzərinə düşür”

“Bu gün, Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki yolda baş vermiş hadisə, ermənilərin ordumuza qarşı törətdiyi növbəti terror aktıdır. Əfsuslar olsun ki, mina partlaması nəticəsində 3 nəfər hərbçimiz xəsarət almış, yük maşını isə, tamamilə sıradan çıxmışdır. Hadisənin məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyətinin və Qarabağdakı erməni separatçılarının üzərinə düşür. Onlarla bərabər, Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Çünki, həmin ərazinin təhlükəsizliyini rusiyalılar təmin etməlidirlər”. 

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Şuşadakı mina terroru erməni təxribatlarının bundan sonra da davam edəcəyini göstərir:

“Bu, birinci hadisə deyil. İndiyə qədər 300-ə yaxın vətəndaşımız ermənilərin mina terrorunun qurbanı olmuşdur. 44 günlük müharibə, 2020-ci ilin noyabr ayında başa çatmışdır. Ancaq, bir çox ərazilərdə 2021-2022-ci illərdə Ermənistanda istehsal olunmuş minaların basdırılmasının şahidi oluruq. Bu o deməkdir ki, ermənilər bir an da olsa, öz çirkin niyyətlərindən əl çəkməyiblər. Onların yenidən silahlanmaları, təşkilatlanmaları açıq şəkildə göstərir ki, təxribatlar müxtəlif formada davam edəcəkdir. Biz sadəlövh olmamalı, bu məsələyə ciddi yanaşmalıyıq. Bu hadisə tələb edir ki, separatçılara qarşı daha sərt tədbirlər görülməlidir.

Terrorla mübarizənin bir qızıl qaydası var. Terrordan əziyyət çəkən və uzun illər ərzində xüsusi təcrübə qazanmış İsrail və Türkiyə xüsusi xidmət orqanları məhz, terrorçularla belə davranırlar. Məsələn, bu gün xəsarət alan 3 hərbçimizin yerinə, separatçılar 3 və yaxud 5 dəfə artıq itki verməlidirlər. Belə olarsa, gələcəkdə terroru planlaşdıranlar bir neçə dəfə fikirləşmək məcburiyyətində qalacaqlar.

Problemin kökündə duran əsas məsələ, Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınmasıdır. Bu ölkə, müstəqil siyasət apara bilmir və bir çox xarici faktorlardan asılıdır. Paşinyan gündə bir neçə dəfə fikirlərini dəyişir. Müxtəlif qütblər arasında vurnuxur və dövlət idarəetmə orqanlarına tam nəzarət edə bilmir. Belə davam edərsə, dayanıqlı sülhün əldə olunması qeyri-mümkündür.

Hesab edirəm ki, gələcəkdə baş verə biləcək terror aktlarının qarşısının alınması üçün, Türkiyə -Rusiya monitorinq mərkəzinin fəaliyyətinin və texniki imkanlarının genişləndirilməsi vacibdir. Qarabağda məskunlaşmış hər bir separatçı ciddi nəzarət altında olmalıdır. Yalnız belə olan halda, yeni minalarının basdırılmasının qarşısını almaq olar”.

Seymur ƏLİYEV

2023-04-22 23:27:47
3313 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında Mədəniyyət Nazirliyinin təşəbbüsü və  “Respublika Xatirə Kitabı” redaksiyası əməkdaşları tərəfindən hazırlanan “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabın baş redaktoru Nəzakət Məmmədova kitabda yer alan məqalələr haqqında ətraflı məlumat verib, Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib.   Xalqımızın  hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu bildirən Nəzakət Məmmədova, ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin də bu gerçəyin növbəti təsdiqi olduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən kitabın önəminə toxunub, bunun gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın cəsur oğullarının şücaətləri ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından mühüm rol oynadığını qeyd edib.   Daha sonra çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Hikmət Məlikzadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, Azərbaycan xalqının XX əsrin ortasında faşizmə qarşı sərgilədiyi qəhrəmanlığı XXI əsrin əvvəllərində erməni faşizminə qarşı mübarizədə təkrarladığını bildirib.   Tədbirdə çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Vüqar Əsgərov kitabda Azərbaycan dili ilə yanaşı, rus dilində də məlumatların yer aldığını bildirib. Qeyd edib ki, bu faktor faşizmə qarşı mübarizə aparan azərbaycanlıların beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.   Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev isə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların sayının 700 mindən çox olduğunu vurğulayıb, bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib.   Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Samir Musayev isə qeyd edib ki, “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan kitabdan daha səmərəli istifadə etmək, Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini dünyaya çatdırmaq üçün sözügedən kitabın XİN vasitəsi ilə xarici ölkələrdəki səfirliklərimizə çatdrırılması faydalı olardı.   Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda iştirakçılara “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı təqdim edilib, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
TƏBİB-in son bir ildə əldə etdiyi uğurlara həsr edilən hesabat xarakterli videoçarx

Hamısını oxu
Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakı və qələbəyə verdiyi tarixi töhfə ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya səfirliyinin də iştirakı ilə tədbir keçirilib. Azərbaycanın İkinci Dünya müharibəsindki iştirakı və qələbəyə verdiyi töhfəyə həsr olunan tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasdındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç, Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç, Atamanın Azərbaycan Gəncləri siyasəti üzrə müavini Sleptsov Ruslan Anatolyeviç və digər qonaqlar iştirak edib. Tədbirdən öncə İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olan şxəslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, faşizm üzərində tarixi qələbənin əldə edilməsində neft Bakısının müstəsna xidməti olduğunu bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqının nümayəndələri arxa cəbhədə olduğu kimi, ön cəbhədə də böyük qəhrəmanlıqlara imza atıb, həm milli diviziyalar, həm də digər diviziyalaırn tərkibində faşizmə qarşı ciddi mübarizə aparıblar. Təşkilat sədri faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Bakının tarixi xidmətlərinin MDB tərəfindən fəxri adla əbədiləşdiriləcəyinə olan inamını da ifadə edib. Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli sədiri Yevdokimov Mixail Nikolaeviç İkinci Dünya müharibəsində Azərbaycan xalqının faşizmə qarşı apardığı mübarizəni yüksək qiymətləndirib, bu mübarizənin xalqlarımızın tarixi dostluğunun bariz nümunəsi olduğunu vurğulayıb. Azərbaycandakı Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının sədri, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Çiğiryov Yuri Sergeyeviç də İkinci Dünya müharibəsində Azərbaycan xalqının böyük fədakarlıqlara imza atdığını bildirib, bu fədakarlığın hər zaman böyük hörmət və  ehtiram hissi ilə yad ediləcəyini qeyd edib. Daha sonra orta məktəb şagirdləri ifasında İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilən rəqs ifa ediblər. Tədbirin sonunda bir sıra şəxslərə mükafatlar təqdim olunub.  

Hamısını oxu
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.   Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib. Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı. Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

Hamısını oxu