Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağda anti-terror əməliyyatı keçirilə bilərmi?

"Hazırkı məqamda separatçılara qarşı anti-terror əməliyyatının keçirilib-keçirilməyəcəyi haqqında konkret bir söz demək çətindir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov söyləyib.

Polkovnik deyib ki, bu variant da digər variantlarla yanaşı, hər zaman aktualdır və erməni təxribatlarının davam etməsi bu variantın önəmini getdikcə artırır:

"Lakin aydındır ki, anti-terror əməliyyatı ilə bağlı qərar vermək səlahiyyəti Ali Baş Komandana məxsusdur  və əgər belə bir qərar olarsa, o zaman Silahlı Qüvvvələrimizin bu qərardan irəli gələn  hər bir vəzifəni ən yüksək səviyyədə həyata keçirəcəyi şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələrinin gücü, hazırlıq səviyyəsi, peşəkarlığı buna imkan verir. Sülhməramlılara gəlincə, unutmayaq ki, onların fəaliyyət göstərdiyi ərazi Azərbaycana məxsusdur və orada kimin olmasından asılı olmayaraq, Azərbaycanın bu ərazidə istənilən fəaliyyəti, eləcə də anti-terror əməliyyatı həyata keçirmək hüququ var. Bir daha qeyd edirəm ki, bütün bu ərazilərin hüquqi-tarixi sahibi Azərbaycandır və sülhməramlıların özü bu ərazidə Azərbaycan dövlətinin razılığı əsasında fəaliyyət göstərir. Ona görə də, Azərbaycan lazım bilərsə elə günü bu gün həmin ərazilərdə anti-terror əməliyyatı həyata keçirə bilər. Belə olarsa, Rusiya sülhməramlıları baş verənləri sadəcə seyr etməli olacaq".

Humay İSGƏNDƏRLİ

2023-09-12 11:54:05
3873 baxış

Digər xəbərlər

Səbail rayonunda 44 günlük Vətən müharibəsi iştirakçıları şagirdlərlə görüşüb

21 oktyabr   2021-cu il tarixdə    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Səbail    rayonunda yerləşən  Millli Qəhrəman Riad Əhmədov adına  203 saylı tam orta məktəbdə tədbir təşkil etdilər.   Tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, həmin rayonun 44 günlük Vətən müharibəsi iştirakçılarından sıravi əsgər Şəhriyar Mirzəyev, sravi əsgər Mürsdiyev Sənan, məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.    Nailə Əhmədova tədbiri açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə söz Adil Haqverdiyevə verilib. O,çıxış etməzdən əvvəl dövlətimizin ərazi bütövlüyünün bərpasında canlarından keçmiş şəhidlərimizi xatirəsini bir dəqiqəlik sükutla anılmasını təklif edib. .A.Haqverdiyev müzəffər ordumuzun 44 gündə gösdərdikləri qəhrəmanlıqlardan, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən ətraflı bəhs edib. O, bildirib ki, vətənimizin daha da çiçəklənməsi üçün hər kəs üzərinə düşən borcu məsuliyyətlə yerinə yetirməlidir%   “Siz şagirdlərin borcu yaxşı oxumaq, olkəmizə layiqli vətədaş olmağınızdır”.                            Sagirdlər şəhidlərə, qazilərə həsr edilmiş şerlər söylədilər. Nailə xanım Əhmədova bugünkü tədbirə görə RVT –nın əməkdaşlarına kollektivləri adından minnətdarlıqlarını bildirib. Bu mövzuda tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

“Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydn dərk olunmaqdadır”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri üçün ən xarakterik xüsusiyyətlərdən biri bu zəfərin parlaq və mübahisəsiz olmasıdır: “Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndinə səfəri zamanı sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsindən və 8 Noyabr zəfərindən bəhs etdi. Dövlət başçısı bir daha qeyd etdi ki, nə 44 günlük Vətən müharibəsindən əvvəl, nə də sonra bu qədər aydın, mübahisəsiz qələbə olmayıb. Həqiqətən də, bu gün müasir dünyamıza baş verən hərbi qarşıdurmalara, müharibə və münaqişələrə nəzər salsaq görərik ki, ən böyük, ən güclü dövlətlər belə mütləq qələbə əldə edə bilmir. Bu gün dünyamızın ən qüdrətli dövləti hesab edilən ABŞ belə İranla müharibədə mübahisəzis zəfər əldə edə bilmədi. Bu səbəbdən də hər iki tərəf – həm İran, həm də ABŞ bu müharibədə qalib gəldiklərini iddia edir və hər bir tərəf də öz iddiasını müxtəlif arqumentlərlə isbatlamağa çalışır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə isə aydın, bənzərsiz və prinsipialdır. Bu, o qədər aşkar qələbədir ki, bunu hər hansı arqument, əlavə izah vermədən də birbaşa müşahidə etmək, görmək mümkündür. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Ordusunun, Azərbaycan xalqının Prezident İlham Əliyevin liderliyi ilə əldə etdiyi 8 Noyabr zəfəri həqiqətən də təkrarsız qələbədir və bu qələbə hər zaman belə də xatırlanacaqdır. Onu da qeyd edim ki, Azərbaycan xalqı, eləcə də veteranlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandanın yanındadır və zərurət yaranarsa bu zəfəri yenidən təkrarlamağa hazırdırlar”. Seymur ƏLİYEV

Hamısını oxu
Gəncə İdman Liseyində yunan-Roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib

Yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb Veteran.gov.az Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir ki, cari ilin 8-10 aprel tarixində Gəncə İdman Liseyində U 15 kiçik yaşlı yeniyetmələr arasında yunan-roma güləşi üzrə "Təhsil" Respublika İdman Mərkəzinin Respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb, yunan-Roma güləşinin inkişafı üçün belə yarışların keçirilməsinin əhəmiyyətini qeyd edib. Məlumat üçün qeyd edək ki, 38 kq, 41 kq, 44 kq, 48 kq , 52 kq, 57 kq , 62 kq , 68 kq , 75 kq, 85 kq çəki dərəcələrində idmançıların mübarizə apardığı yarışda Gəncə şəhərinin komandası 3-cü yerə layiq görülüb. Seymur ƏLİYEV

Hamısını oxu
Polis övladı Avropa çempionu oldu

Bugünlərdə İstanbulda idmanın Muay-tay növü üzrə Avropa çempionatı start götürüb. Yarışda  Avropanın 37 ölkəsindən 613 idmançı gücünü sınayıb. Ölkəmizi bu yarışda 13 kişi və 1 qadın idmançı təmsil edib. İdmançılarımız 3 qızıl, 1 gümüş, 5 bürünc qazanmaqla ümumi komanda hesabında 5-ci yeri tutublar. Yığma komandanın heyətində qızıl medal qazanan idmaçılarımızdan biri də Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızı Emili Rzayevadır. E.Rzayevanın 14-15 yaş qrupunda 67 kiloqram çəki dərəcəsində ilk görüşünü meydan sahibi türkiyəli Özge Çeliklə olub. Ona inamla qalib gələn idmançımız, növbəti mərhələyə rəqibin texniki məğlubiyyətilə adlayıb.  Finalda rusiyalı təmsilçi Tatyana İvanovanı da məğlub edərək Avropa çempionu adını qazanıb. Emilinin atası bildirib ki, DİN rəhbərliyi, eləcə də Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev polis övladı kimi Emili Rzayevanın yarışlara qatılmasını dayimi diqqətində saxlayır. Xatırladaq ki, DİN İdman Cəmiyyətinin yetirməsi E.Rzayeva uşusanda budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, idman ustasıdır. Biz də Avropa çempionu Emili Rzayevaya yeni-yeni uğurlar və bayrağımızı hər zaman zirvələrə qaldırmağı arzulayırıq.   Ruslan Vəliyev, polis baş leytenantı  

Hamısını oxu