Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“27 sentyabr həm Anım Günü, həm də milli qürur və özünütəsdiq günüdür”

Afət Həsənova: “Bu gün bir xalq olaraq sübut etdik ki, tariximizi və taleyimizi istədiyimiz kimi yazmağa qadirik”

Bu gün 27 sentyabr – Anım Günüdür. Düz 3 il bundan öncə başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı erməni işğalındakı torpaqlarını azad etmiş, bir qərinəyə yaxındır ki, davam edən işğal faktına son qoymuşdur. Habelə, 44 günlük müharibədə 3 minə yaxın Azərbaycan oğlu düşmənlə mübarizədə qəhrəmancasına şəhid olub, öz fədakarlıqları ilə böyük zəfəri təmin edib.

Moderator.az olaraq millət vəkili Afət Həsənova ilə söhbətimizdə Vətən müharibəsi və bu müharibənin tarixi önəmini, milli və qlobal əhəmiyyətini şərh etməyə çalışdıq:

-Afət xanım, bu gün Anım Günü olaraq respublikamızın hər yerində həm kədər, həm də qürur hissi ilə qeyd olunur. İlk öncə bu günün mənəvi-tarixi əhəmiyyəti ilə bağlı düşüncənizi bilmək istərdik.

-27 sentyabr həm Anım Günü, həm də milli qürur  və özünütəsdiq günüdür. Çünki bu gün Vətən müharibəsinin ilk şəhdilərini verməklə yanaşı, həm də böyük qələbəyə doğru  ilk addım atmışıq. Biz 27 sentyabr tarixində bütün dünyaya sübut etmişik ki, Azərbaycan xalqı bütün təzyiq və basqılara rəğmən heç vaxt torpaqlarının işğal altında qalması faktı ilə braışmayacaq və haqqını bərpa etmək üçün heç bir fədakarlıqdan çəkinməyəcək.

27 sentyabrın mənəvi əhəmiyyəti olduqca böyükdür. Düz 3 il öncə bu tarixi gündə Azərbaycan Ordusu, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənlə ölüm-dirim mübarizəsinə atıldı. Öz ordusu və sərkərdəsi ətrafında sıx birləşən xalqımız cəmi 44 gün ərzində düşməni darmadağın edərək onu əzəli torpaqlarından qovdu. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də böyük və yenilməzdir. Bu gün bir xalq olaraq sübut etdik ki, tariximizi və taleyimizi istədiyimiz kimi yazmağa qadirik.

27 sentyabrın tarixi baxımından da çox böyük əhəmiyyəti var. Bu tarix yalnız Azərbaycanın deyil, bütün türk dünyasının, İslam aləminin, demokratik dünyanın tarixinə qızıl hərflərlə yazılıb. Çünki  Azərbaycan 27 sentyabr tarixindən 10 noyabr tarixinə qədər işğaldakı torpaqlarını azad etməklə yanaşı, türk və islam dünyasının qürurunu da hifz etdi. Azərbaycan Ordusu tarixi torpaqları ilə yanaşı, türk-islam mədəniyyətinin qiymətli nümunlərini – məscidləri, dini və tarixi abidələri, mədəniyyət nümunlərini erməni işğalından azad etdi. Bununla da ölkəmiz ümumilikdə türk-islam dünyası adına çox böyük uğura imza atdı.

-Vətən müharibəsi Azərbaycan xalqının, Azərbaycan gənclyinin malik olduğu hansı mənəvi dəyərləri üzə çıxardı?

-Müharibə hər şeydən öncə Azərbaycan gəncliyinin vətən eşqini, vətən sevgisini üzə çıxardı. 44 günlük Vətən müahribəsi sübut etdi ki, Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir. Müharibə göstərdi ki, Azərbaycan gəncliyi nəinki milli şüuruna, milli tarixinə, mili ənənələrə sadiqdir, o, həm də bütün bu dəyərlərdən qələbə üçün mənəvi güc mənbəyi kimi istifadə etməyi bacarır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, məhz vətən eşqi – gəncliyimizin malik olduğu mənəvi dəyərlər 44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən əsas amil oldu.

Şübhəsiz, Azərbaycan Silahlı Qüvvələri öz yüksək texniki təchizatı, döyüş hazırlığı, peşəkarlığı ilə işğalçı Ermənistan ordusundan qat-qat yüksək səviyyədə idi. Ordumuzun müharibə öncəsi dünyanın 50 ən güclü ordusu sırasında qərarlaşması da bu gerçəyi əks etdirirdi. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində ordumuzun işğalçılara qarşı ən effektiv silahı məzh Vətən sevgisi, Vətənə sonsuz sədaqət hissi oldu. Məhz bu sevgi, bu sədaqət sayəsində əsgərlərimiz ən keçilməz sədləri keçərək qələbəyə imza atdılar.

Xatırladım ki, Prezidentimizin İlham Əliyev də öz çıxışlarında Azərbaycan gəncliyinin vətən sevgisindən məmnunluqla bəhs etmiş, böyük zəfərin əldə edilməsində bu amilin rolunun həlledici olduğunu vurğulamışdı. Düşmən ordusundan 12 min nəfərin fərarilik etdiyi bir halda, Azərbaycan Silahlı Qüvvələrindən bir nəfərin belə öz döyüş övqeyini tərk etməməsi də məhz bu sevginin təzahürü idi.

-Afət xanım, istənilən müharibənin taleyinə ən çox təsir göstərən amillərdən biri, bəlkə də birincisi sərkərdə faktorudur. Hansı ki, biz bunu 44 günlük Vətən müharibəsinin gedişində bir daha aydın gördük.

-Tamamilə haqlısınız.

Vətən müharibəsi Prezident İlham Əliyevin hərbi dühasını, sərkərdəlik bacarığını bütün əzəməti ilə ortaya çıxardı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində mürəkkəb relyefə malik ərazilərdə düşməni məğlub edərək onu kapitulyasiya sazişi imzalamağa məcbur etdi.

Prezident İlham Əliyev hərbi uğurları ilə hər kəsə sübut etdi ki, o, diplomatik müstəvidə olduğu kimi, hərbi müstəvidə də əsl peşəkardır və Ermənistanın bu mübarizədə heç bir şansı yoxdur.

Onu da qeyd edim ki, dövlət başçısı müharibə dönəmində erməni faşizminə qarşı  hərbi müstəvidə olduğu kimi, diplomatik və informasiya müstəvisində də uğurla mübarizə apardı. Müharibənin gedişatında Azərbaycan Przidenti dünyanın ən məşhur onlarla media orqanına geniş müsahibələr verdi ki, bu müsahibələrin hər birində Ermənistan hakimiyyəti, onun işğalçılıq siaysəti təkzibedilməz arqumentlərlə ifşa edilirdi. İlham Əliyev bu müsahibələrlə bütün dünyaya göstərdi ki, Azərbaycan məlum mübarizədə haqlı tərəfdir və Ermənistanın ölkəmiz əleyhinə səsləndirdiyi bütün iddialar cəfəngiyyatdan başqa bir şey deyil.

-Qələbənin əldə edilməsində nizam-intizamın, qanunçuluq şüurunun, vətənə bağlılığın mühüm rol oynadığı inkaredilməzdir. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrində intizamın güclənməsi və qanunçuluğun möhkəmlənməsi istiqamətində mütəmadi iş aparan Hərbi Prokurorluğun 8 Noyabr zəfərindəki rolunu necə qiymətləndirirsiniz?

 -Hər şeydən əvvəl unutmamalıyıq ki, bu zəfər xalq və dövlət olaraq hamımızın birliyi sayəsində mümkün olub. Xalqımızın hər bir fərdinin Ali Baş Komandanımızn, ordumuzun yanında yer alması 8 Noyabr zəfərini təmin etmiş oldu. 

 Aydındır ki, hər bir orduda möhkəm nizam-intizamın mövcudluğu olduqca vacibdir. Bunsuz qələbə əldə etmək, düşməni məğlub etmək mümkün deyil. Bu baxımdan Hərbi Prokruluğun orduda nizam-intizamın güclənməsi baxımından gördüyü işlər mühüm əhəmiyyətə malikdir. Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə keçrilən görüşlər, hərbçilərlə aparılan maarifləndirici söhbətlər, onlara qanunçuluqla yanaşı, həm də Ulu öndər irsindən, Ümummilli liderin  vətənə olan sevgisindən bəhs edilməsi sadəcə nizam-intizamın möhkəmlənməsini təmin etməmiş, həm də hərbçilərin mənəvi-psixoloji əhval-ruhiyyəsinin də yaxşılaşmasına öz töhfəsini vermişdir. Bu baxımdan şübhəsiz ki, 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, qanunçuluğun keşiyində duran Hərbi Prokurorluğun, eləcə də digər dövlət qurumlarının da mühüm rolu var.

-Afər xanım, ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazi və veteranlar hər zaman dövlətimizinn mütəmadi diqqəti altında olub, dövlət rəhbərliyinin qayğısını hiss edib. Sizcə şəhid ailələrinə, qazilərə olan bu münasibət onların sosial rifahını yüksəltməklə yanaşı, bu qayğıya şahid olan cəmiyyətə, xüsusilə də gənclərə hansı mətnaltı mesajlar verir?

-Azərbaycanda şəhid ailələrinə, veteranlara hər zaman yüksək diqqət və qayğının göstərildiyi bir həqiqətdir. Bu gün dünyada elə bir ölkə tapılmaz ki, vətənin müdafiəsində dayanan insanlara, onların ailəsinə bunca qayğı göstərsin. Bu, heç şübhəsiz Prezident İlham Əliyevin, hörmətli I Vitse-prezident Mehriban Əliyevanın şəhidlərə, qazilər verdiyi yüksək qiymətdən xəbər verir. Bu qayğı onu göstərir ki, Azərbaycan dövləti üçün onun keşiyində dayanan, xalqın təhlükəsizliyini təmin edən, bunun üçün öz canını fəda edən insanlar hər şeydən qiymətlidir.

Təbii, dövlətimizin şəhid ailəlrinə, qaizlərə göstərdiyi diqqət və qayğı gənclərimiz üçün də bir mesajdır. Baş verənlərə şahid olan ölkə gəncliyi bundan özü üçün lazımı nəticələr çıxardır. Dövlətin vətənin müdafiəçilərinə, onların ailələrinə olan münasibətinə şahidlik edən gənclər hər şeydən öncə vətəni qorumağın necə böyük, müqəddəs bir iş olduğunu anlayırlar. Onlar başa düşürlər ki, vətənin, dövlətin və xalqın təhlükəsizliyi hər şeydən – bütün maarq və mənafelərdən önəmlidir. Bu qavrayış onlarda milli şüurun daha da inkişaf etməsinə, vətənpərvərlik tərbiyəsinin güclənməsinə səbəb olur.  Gəcnlər anlayırlar ki, onlar bu vətənin, bu torpağın, bu xalqın bir parçalarıdırlar və sabah zərurət yarananda onlar da öz atalarının, babalaırnın göstərdiyi qəhrəmanlıqları təkrarlamalıdırlar.

Bu baxımdan dövlətimizin şəhid ailələri və veteranlarla bağlı siyasətindən gənclərimizin çox böyük dərsər çıxardığı şübhəsizdir.

Onu da qeyd edim ki, ölkəmizdə gənclərə də dövlətimiz tərəfindən çox böyak qayğı göstərilir.

Gənclər bizim sabahımız, gələcəyimizin qəhrəmanlarıdır və dövlətimiz də onlarla məhz bu şəkildə davranır.

Seymur ƏLİYEV

 

2023-09-28 09:32:44
3318 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatında Ahıllar Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 30-da Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının  Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Ahıllar Günü ilə bağlı tədbir keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın sədri Fatma Səttarova dövlətimizin hər bir vətəndaşa, o cümlədən yaşlı nəslin nümayəndələrinə böyük diqqət və qayğı göstərdiyini bidlirib.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ahılların dünyagörüşününün, bilik və təcrübəsinin gənclərin həyatında mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, gənclər hər zaman yaşlı nəslin nümayəndələrinin təcrübəsindən faydalanmalı, onlara hörmət və ehtiramla yanaşmalıdır.   Çay süfrəsi arxasında keçən tədbir xoş ovqatla davam edib.  

Hamısını oxu
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi

Hәqiqəti müəyyən ambisiyalarına görə, maraq vә faktları mәnafelәrinә uyğun təһrif edәnlərin, obyektiv faktları mәqsәdli şәkildә saxtalaşdıranların cәһdlәri labüd iflasa, zamana eһtiyacı olan mәğlubiyyәtә mәһkumdur. Әsrlәrin tәcrübәsi birmәnalı şәkildә təsdiq edib ki, insana xas subyektivizmdәn yüksəkdә durmaqla yeganә әdalәtli һakim olan tarix һәqiqәtin tәһrifi, faktların saxtalaşdırılması ilә һeç vaxt barışmayıbdır. Hәqiqәtin bütün çılpaqlığı ilә gec-tez üzә çıxacağını yaxşı bilәnlәr mәһz buna görə sözlәrinә vә әmәllәrinə mәsuliyyәtlә yanaşaraq, әmәllәrini sözlәrinin, sözlәrini isә әməllәrinin tәsdiq etmәsinә xüsusi diqqәt yetirirlәr. Mәnalı ömrünü sözü vә әmәlinin bütövlüyü ilә yaşayan və elә buna görә dә adı tarixә sağlığından әbәdi һәkk olunan daһi şәxsiyyətlәrdәn biri Ulu Öndər Heydәr Әliyevdir.  Heydәr Әliyev һәqiqәti bütün tәһrif vә saxtalaşdırma cəһdlərini puça çıxardıb. Onun qüdrәtinin әvәzsizliyinin tәbliğә eһtiyacı qalmayıb. Heydәr Әliyev һəqiqәti yozulan yox, mәһz görünәn һәqiqәtdir, zamanın sınağından çıxdığı uçün әbәdiliyinә tarix tәminat veribdir. Heydər Әliyev ömrü, fәaliyyәti elә mәnalı keçib vә XX әsrdә etnik mövcudluğumuzun qorunub saxlanılması vә milli azadlığımızın qazanılması tarixini mәqsәdyənlü fәaliyyәti vә әmәllәri ilә yazan bu böyük insanın һәyatının һәr günü, һәr ayı, һәr ili һәyat dәrsliyidir, tәcrübә mәktәbidir. Talenin bәxş etdiyi bu milli sərvәti һәrtәrәfli vә әsaslı şәkildә öyrәnmәklә biz gәlәcәyimizin daimi vә şәriksiz saһibi ola bilәrik. Vәtәnini, xalqını sevәn, milli ideallara xidmәti özünün әn ümdә vәtәndaşlıq vәzifәsi vә borcu sayan һәr bir şәxs Heydәr Әliyevi Prezident — dövlәt başçısı kimi, Ali Baş Komandan kimi, ümummilli lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vәtәndaş kimi, nәһayәt, ailә başçısı kimi öyrәnmәlidir; dövlət quruculuğunu vә dövlәti idarәetmәni, müһaribә vәziyyәtindә sәrkәrdәliklә incә diplomatiyanı birlәşdirmәyi, milli әnәnәsi olmadığı һalda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibәtlәr dövründә cәmiyyәtin demokratiklәşdirilmәsini, iqtisadi potensialın güclәndirilmәsini әlaqәlәndirmәyi, Vәtәnә — xalqa tәmәnnasız xidmәti, әsldәn-nəsldәn vә köklü ocaqdan gәlәn әnәnә ilә nümunәvi ailә yaratmağı öyrәnmәlidir.   Heydәr Әliyev Prezident — dövlət xadimi kimi. Azәrbaycan prezidentini tarixi dövlətçilik әnәnәsi olan bir çox ölkә rәһbәrlәrindәn fәrqlәndirәn әsas cәһәt milli azadlıq һәrәkatını formalaşdırmaq, tәnzimlәmәklә respublikanı әsarәtdәn qurtarması vә müstәqil dövlət qurmasıdır. Heç şübһәsiz, qurulu dövləti idarә etmәk yeni bir dövlət quraraq onu idarә etmәkdәn qat-qat asandır. Tale isә sanki Heyder Əliyevi işıqlı dünyaya Azәrbaycan xalqının qarşısına çıxan bütün problemlәri һәll etmәk üçün gәtiribdir. Prezident vә dövlət xadimi kimi Heydәr Әliyevin fәaliyyәtini şәrti olaraq iki dövrә ayırmaq olar: Milli müstәqilliyә qədәr Milli müstәqillikdәn sonrakı dəvr. Hәr iki dövr üçün xarakterik cәһәt Heydәr Әliyevin özü üçün һәyatının mәnası kimi seçdiyi müqәddәs bir amala — Azәrbaycana xidmәt amalına sonsuz sәdaqәtidir. Amalsa dәyişmәyib, dәyişәn amalı gerçәklәşdirmә yolları vә vasitәlәridir. Onun fәaliyyәtinin birinci dövründә әsas mәqsәd milli ruһun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq vә gәlәcәk müstәqil Azәrbaycan üçün sosial-iqtisadi, mәnәvi- psixoloji, һәrbi vә elmi-mәdәni baza yaratmaq idisә, ikinci dəvrdә artıq müstәqil, suveren dövlətin azadlığına dönmәz xarekter vermәk, demokratik, dünyәvi, һüquqi dövlәt qurmaq, nizami ordu yaratmaq, iqqisadiyyatı, mәdәni-elmi һәyatı dirçәltmәk, sosial mәsәlәlәri nizamlamaq әsas vәzifәlәr idi.   Tanrı bütün bәndәlәrinә qarşı mәrһәmәtlidir, amma onun sevgisini qazanmaq һәr bәndәyә nәsib olmur. Bәli, Heydәr Әliyev tanrının sevdiyi bәndәdir. Hәr әsgәr general ola bilmәz, amma pis әsgәr odur ki, general olmaq istәmir. Bizim һәr birimiz, o çümlәdәn sәrһәddә torpaq keşiyini çәkәn sıravi bir әskәr dә mәһz Ulu Öndər Heydәr Әliyev kimi şәxsiyyәt olmağa cәһd göstәrmәlidir. Cәmiyyәtdә belә bir cәһdin әnәnәyә çevrilmәsi әslindә әldә edilәn uğurları qoruyub saxlamağa vә daһa da inkişaf etdirmәyә qadir vәtәndaşların yetişmәsinә etibarlı tәminat ola bilәr. Heydәr Әliyev Ali Baş Komandan kimi. Azәrbaycanda müasir tipli ordunun һәm nәzәri, һәm dә praktiki baxımdan yaradılması mәһz Heydәr Əliyevin tarixi xidmәtidir. һәlә sovet dəvründә milli һәrbçi kadrların yetişdirilmәsinә xüsusi әһәmiyyәt verәn Heydәr Əliyev C.Naxçıvanski adına һәrbi mәktәbin açılmasına nail oldu. Әһali, xüsusәn gәnclәr arasında һәrb sәnәtinә neqativ münasibәti kökündәn dәyişdirdi, tәһlükәsizlik vә һüquq-müһafizә orqanlarının millilәşdirilmәsi prosesinә başladı. Azәrbaycanlı һәrbçilәrin çoxsaylı etirafları bir daһa sübut edir ki, mәһz Heydәr Әliyev һakimiyyətə gәlәndәn sonra sovet rejimindә azərbaycanlı һәrbçilәrә yüksәk rütbәlәr vә mәsul vәzifәlәr verilmәyә başlanıldı. Keçmiş SSRİ-nin һarasında xidmәt etmәsindәn asılı olmayaraq, hәr bir azәrbaycanlı әsgәr, xüsusәn dә zabit Heydәr Әliyevin simasında özünün karyerasına, bacarıq vә istedadının qiymәtlәndirilmәsinә qarant görürdü. Elә o vaxtdan һərbçilәr arasında Heydәr Əliyev ordu quruculuğunu peşәkarcasına bilәn, әn başlıcası isә milli zabit kadrların yeganә qayğıkeşi vә һimayәdarı imicini qazanmışdı.   Heydәr Әliyevin xarakterini, ideologiyasını, taktikasını vә strategiyasını һәlә 60-cı illәrdәn formalaşdırmağa başladığı milli azadlıq һәrәkatı qәlәbә çalandan sonra sәriştәsiz adamların rәһbәrliyә gәlişi ilә sistematik, mәqsәdyönlü möһtәşәm dövlәt vә ordu quruculuqunda anarxiyaya rәvac verildi. Nәticәdә cәbһәyә toplaşmalı olan silaһlar tәsadüfi әllәrә düşdü, Bakıda cәbһә xәttindәn daһa çox vә daһa sürәkli atәş sәslәri eşidilmәyә başladı. Başıpozuq reket dәstәləri һәrbi birlәşməlәr adı altında "siyasi liderlәrin sözlә, әmәli işlә gerçәklәşdirә bilmәdiklәri ambisiyalarını zorla rellaşdırmaq istәyirdilәr. Bir çox müxalifәt liderlәri silaһlı dәstәlәrinin әһatәsindә siyasi imic qazanmaq üçün canfәşanlıqla "Vәtәndәn" danışdıqları vaxtlar Heydәr Әliyev danışmaq әvәzinә әmәli iş görürdü — Milli Ordunu yaradırdı. Dәmir intizamlı, müasir texnika ilә tәcһiz edilmiş, һәqiqi peşәkarlarla güclәndirilmiş milli ordunun varlığı ilk növbәdә özünün xarici һavadarlarına arxalanan vә "qәlәbә eyforiyası" yaşayan ermәni işğalçılarını atәşkәslә razılaşmağa vadar etdi. Ordunun sosial-mәişәt qayğıları, әsgәr vә zabit һeyәtinin döyüş һazırlığının tәkmillәşdirilәrәk yüksәldilmәsi, siyasi-ideoloji vә tәrbiyәvi işin müstәqil respublikamızın mәnafe vә marağına uyğun qurulması Ulu Öndərin diqqәt mәrkәzindә idi. İnamsız әsgәrin әlindә silaһ әslindә ya dәmir parçasıdır, ya da һara tuşlanması dәqiq bilinmәyәn ölüm mәnbәyidir. Heydәr Әliyev şәrәfli xilaskarlıq missiyasına başlayanda müqәddәs amal naminә silaһa sarılan әn vәtәnpәrvәr gәnclәr dә az müddәtә bütün xalq kimi inamını itirmәk tәһlükәsi ilә qarşılaşmışdı. Siyasi "xadimlәrin", "cәfakeş millәt liderlәrinin" sayı artdıqca çaşqınlıq da güclәnirdi, һәrbi-siyasi vәziyyәt murәkkәblәşdikcә, torpaqlarımız, şәһәr vә kәndlәrimiz әldәn getdikcә xalqın, o cümlәdәn silaһlı vәtәnpәrvәr kәnglәrin әsil sәrkәrdәyә eһtiyacı artırdı. Vәtәnә vә xalqa sәrkәrdә lazım idi. Müһaribәyә cәlb olunmuş Azәrbaycanda isә qanlı dəyüşlәri, әrazi işğalını, azğın düşmәni nizami ordunun gücünә dayandırmaq poetik nitqlәr söylәmәkdәn, gәlişi gözәl vәdlәr vermәkdәn qat-qat çәtin idi vә nәticәsi konkret әmәli işdә görünәn fәdakarlıq tәlәb edirdi. Bu fәdakarlığı ilk dәfә mәһz Ali Baş Komandan kimi Heydәr Әliyev öһdəsinә götürәn gündәn xalq һәsrәtlә gözlәdiyi sәrkәrdәni tapdığını başa düşdü. Bu gün Heydәr Әliyev Silaһlı Qüvvәlәr, o cümlәdәn milli tәһlükәsizlik orqanının әmәkdaşları, Sәrһәd Qoşunlarının şәxsi һeyәti üçün qanuni yolla seçilmiş ümumixalq sevgisi qazanmış xilaskar sәrkәrdәdir. Heydәr Әliyev umummilli lider kimi. Heydәr Әliyevin fitri istedada malik fenomenal şәxsiyyət olduğu һәtta dünya birliyindә dә tәsdiq vә etiraf edilmiş һәqiqәtdir. Onu sәlәflәrindәn vә müa- sirlərindәn fәrqlәndirәn başlıca cәһәt ilk növbәdә xalqa istinad etmәsi vә açıq fәaliyyәt göstәrmәsidir. Heydәr Әliyev bәlkә dә dünya miqyasında yeganә şәxsiy- yәtdir ki, xalqın yekdil istәyi vә arzusu ilә һakimiyyәtә gәldi. Heydәr Әliyev bәlkә dә yeganә şәxsiyyәtdir ki, faktiki Prezidentliyini rәsmilәşdirәrkәn, xalqın inamı- nı, etibarını әsas götürdü. Bununla da Heydәr Әliyevin yalnız prezidentliyi deyil, ilk növbәdә ümummilli liderliyi tәsdiq olundu. Xalq Heydәr Әliyevә sonsuz inam bәslәdiyi kimi, o da xalqa inanırdı, әn başlıcası bu inamını gizlәtmәyә çalışmır. Bu cәһәt onun, başqa bir özünәmәxsusluğu ilә bağlıdır. Heydәr Әliyev açıq fәaliyyәt göstәrәn şәxsiyyәtdir. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinә cәһdlәr vaxtı Heydәr Әliyev ilk növbәdә xalqa müraciәt etdi, bәla, xәyanәt һaqqında xalqa açıq, dolğun mәlumat verdi, әn ağır mәqamda da Bakını, ona inanan xalqını tәrk etmәdi. Onun sәmimiyyәti, cәsarәti, obyektivliyi gecәnin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlәdәn Ordu yalnız qanuni Prezidentinin sәsinә sәs vermәdi, eyni zamanda tarixindә ilk dәfә tapdığı xilaskarının — liderinin müdafiәsinә qalxdı. Heydәr Әliyev ümummilli lider olduğunu әmәli işlә tәsdiq edir. O, bu fәxri vә şәrәfli ada Prezident olandan sonra yox, әksinә Prezident olmamışdan әvvәl layiq görülüb. SSRİ dövründә respublikanın rәһbəri işlәyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zaһirәn kommunist ideologiyasının tәbliğatçısı olub, amma әslindә milli tәһlükәsizliyin tәrkib һissәsi olan milli ideologiyanın formalaşaraq tәsiredici gücünün qorulub saxlanmasına çalışıbdır. Naxçıvan Ali Mәclisinin sәdri işlәyәrkәn Azәrbaycan rәһbәrliyinin görmәli olduğu amma görmәdiyi işlәri һәyata keçirib. Bütün dövrlәrdә Heydәr Әliyev sadәcә olaraq vәzifә borcunu yerinә yetirmәyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şәrәflә doğruldubdur.   Heydәr Әliyev, diplomat, siyasi xadim, iqtisadçı, elm- sәnәt һimayәdarı, sıravi vәtәndaş kimi dә nümunәvi tәcrübә mәktәbi yaradıbdır. BMT qәrargaһının qarşısından bayrağın asılması һәlә respublikamızın dünyada tanınması demәk deyildi. Dünya diplomatiyası tarixindә Heydәr Әliyev bәlkә dә yeganә ölkә başçı- sıdır ki, әlindә xәritә ölkәnin coğrafiyasını әyani nümayiş etdirmәklә informasiya blokadasını dağıtmağı, düşmәn tәrәfin saxtakarlığını üzә çıxarmağı özünә rәva bilibdir. Bu qeyri-adi faktın özü dә Heydәr Әliyev mәktәbinin әvәzsiz dәrsidir: peşәkarlığı, istedadı vәtənpәrvәrlik tamamlamalıdır. 1993-cü ilә qәdәr Azәrbaycanda vaһid xarici siyasәt kursu yox idi. Xarici ölkәlәrlә әlaqәlәrdә emosiyalar, utopik nәzәri mülaһizәlәr müһüm rol oynayırdı. Heydәr Әliyev isә xarici siyasәt konsepsiyasını beynәlxalq normalara әsasәn qurdu, prioritet istiqamәtlәri müәyyәnlәşdirәrkәn yaxın vә uzaq strateji һәdәflәri, dövlət vә milli maraqları әsas götürdü. Diplomatik әlaqәlәrdә iqtisadi amilә xüsusi diqqәt yetirmәsinin sayәsindo respublikamıza investisiya qoyuluşu geniş vüsәt aldı, ölkәmizin әrazi bütəvlüyünün tәmin edilmәsindә, daxildәki iqtisadi-sosial durumun stabilliyindә marağı olan ölkәlәrin sayının artmasına nail oldu. Lissabon sammitinin nәticәsi әslindә Heydәr Әliyev diplomatiyasının tarixi qәlәbәsidir. Mәn әminәm ki, gәlәcәkdә dünya diplomatları vә siyasәtçilәri Lissabon sammitini çıxılmaz vәziyyәtdәn maksimum fayda ilә çıxmağı bacaran Heydәr Әliyev qәlәbәsi kimi ciddi şәkildә öyrәnәcәklәr . Heydәr Әliyev tәcrübәsi tükәnmәz һәyat mәktәbidir. Bu mәktәbi öyrәnәrәk başa vurmaq mümkün olmadığı üçün mәn sonda bir mәsəlәyә toxunmaq istәyirәm. Heydәr Әliyev ata kimi dә һәr bir vәtәndaşa örnәkdir. Uzun illәr һakimiyyәtinin әn yüksәk pillәsindә dayanan külli-ixtiyar saһibi kimi o, yeganә oğluna һәr cür şәrait vә tәminat yarada bilәrdi. Heydәr Әliyev oğlu, İlһam Әliyevi gәrgin mübarizәlәrlә dolu siyasәt meydanına tәk buraxdı vә әn ağır sınaqdan çıxmağı — özünütәsdiqә özünün nail olmasını ona ömür yolu olaraq müәyyәnlәşdirdi. Hazırda İlһam Әliyev siyasi arenada, beynәlxalq alәmdә qәti addımlarını atır, artıq özünü peşәkar və kamil siyasәtçi iqtisadçı, maһir diplomat,kimi tanıdaraq һörmәt qazana bilibdir. İlһam Әliyevin uğurları isә yalnız ata Heydәr Әliyevin deyil, eyni zamanda prezident, ümummilli lider Heydәr Әliyevin һәyat tәcrübәsinin vә mәktәbinin tәsdiqidir. Biz belә bir milli sәrvәtimiz olduğu üçün xoşbәxtik. Biz bu sәrvәtin qәdrini bilәrәk incәliyinә qәdәr öyrәnib mәnimsәsәk daһa böyük nailiyyәtlәr qazana bilәrik. Cәlil Xәlilov Republika Veteranlar Təşkilatının  sədr müavini polkovnik

Hamısını oxu
Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.Hörmətli Leyla xanım Əliyeva,  Sizi doğum gününüz münasibətilə Respublika Veteranlar Təşkilatı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyünüz işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması və təbliği xüsusi diqqət çəkən məqamlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara - yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə böyük diqqət və yardım göstərirsiz. Bütün bunlar alqışa layiqdir. Vətənimizin inkişafı naminə atacağınız hər bir addımda Sizə uğurlar diləyirəm.Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram. Hörmətlə,Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrigeneral-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycan diplomatiyasının böyük nailiyyətidir

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən tarixi hadisə baş verib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin özünəməxsus “Konstitusiyası” olan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 22 il sürən sistemli danışıqlardan sonra imzalanıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a məxsusi müsahibəsində qeyd edib ki, Konvensiyanın yekun mətninə aparan yol çətin olub. 1996-cı ildə Xəzəryanı ölkələrin maraqlarının və istəklərinin razılaşdırılması üzrə beynəlxalq ekspert qrupu yaradılanda ilkin tələblər bir-biri ilə o qədər təzad təşkil edirdi ki, razılaşdırılmış mətnin işlənib hazırlanması reallıqdan uzaq məsələyə bənzəyirdi. Bir sıra prinsipial və qeyri-adi qərarlar əsaslandırılmalı və qəbul edilməli idi. İlk növbədə Xəzərin coğrafi baxımdan qiymətləndirilməsi qeyri-müəyyən xarakter daşıyırdı. Etiraf olunmalı idi ki, Xəzər nə dəniz, nə də adi göldür. Deməli, onun bölünməsini əsaslandırmaq üçün başqa meyarlar işlənib hazırlanmalıdır. Xəzər akvatoriyasında neft-qaz ehtiyatlarının qeyri-bərabər paylanması məsələni daha da mürəkkəbləşdirirdi. Qəbul edilmiş Konvensiyaya görə, Xəzərin bütün su səthi tərəflərin ümumi istifadəsində qalır, dibi və təki isə qonşu dövlətlərin razılaşmasına əsasən, beynəlxalq hüquq əsasında onlar arasında bölünür. Daha sonra tərəflər belə bir məsələdə razılıq əldə etməli idilər ki, Xəzərin hansı hissəsində baş verirsə-versin, neft-qaz hasilatı və onların daşınması açıq xarakter daşımalı, ekoloji təhlükəsizlik təmin edilməli, gəmiçilik, balıqçılıq, boru kəmərlərinin çəkilməsi qonşu ölkə ilə razılaşdırılmış qaydalara əsasən həyata keçirilməlidir. C.Xəlilov vurğulayıb ki, geosiyasi və hərbi məsələlərin nəzərə alınması da az əhəmiyyət daşımayıb. Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələrinin yerləşməsinin yolverilməzliyi haqqında müddəanı Konvensiyanın əsas bəndlərindən biri saymaq olar. Beləliklə, qarşılıqlı əlaqədar və mürəkkəb məsələləri güzəştlər yolu ilə razılaşdırmaq mümkün oldu. Azərbaycanın təşəbbüskar rolu danışıqlar prosesinin bütün mərhələlərində əhəmiyyətli idi. Xüsusi vurğulamaq lazımdır ki, Konvensiyanın zəruriliyi, Xəzərin təhlükəsiz, qarşılıqlı faydalı şəkildə və birgə mənimsənilməsində onun rolu hələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsaslandırılıb. Onun ideya və göstərişləri Konvensiyanın işlənib hazırlanmasında Azərbaycanın mövqeyinin əsasını təşkil edib. Şübhəsiz ki, bu Konvensiyaya riayət olunması Xəzəryanı ölkələrin xalqlarına sülh və firavanlıq bəxş edəcək.

Hamısını oxu