Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar  Təşkilatın Rəyasət Heyətinin 2022-ci il “15” noyabr tarixli İclasında təsdiq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Tədbirlər planının icra vəziyyəti müzakirə edilib.

İclasda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Tədbirlər planının icra vəziyyətini ümumilikdə qənaətbəxş hesab edib, bununla yanaşı, görülməsi gərəkən işlərə diqqət çəkib.

İclasda bu və digər məsələlərlə bağlı ətraflı fikri mübadiləsi aparılıb, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anadan olmasının 100 ilik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması qərara alınıb. 

Toplantıda  həmçinin 1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində Qələ­bə­nin  80-ci ildönümü ilə əlaqədar Tədbirlər Planının layihəsinin hazırlanması müzakirə edilib.  

Iclasda Vətən müharibəsində əldə edilən qələbənin təbliği ilə bağlı xüsusi planın qəbulu ilə bağlı da təkliflər dinlənilib.

 

2023-10-06 12:50:14
2767 baxış

Digər xəbərlər

“D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir”

“21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu qlobal informasiya təhlükəsizliyinin təmini istiqamətində atılan tarixi addımdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sdəri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Forum iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanladığı müraciət, bu müraciətdə yer alan çağırışlar Forumun əhəmiyyətini göstərir: “Hər şeydən öncə qeyd edək ki, D-8 Media Forumu 2 milyarddan çox insanı əhatə edən dövlətlərin Forumudur ki, bu rəqəmin özü tədbirin qlobal miqyasını əks etdirir. Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Forumda iştirakı, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti də Forumun əhəmiyyətindən xəbər verirdi. Qlobal informasiya təhlükəsizliyinin təmininə, “media çirkliliyi”nin ortadan qaldırılmasına, D-8 dövlətlərinin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən Forumda informasiya təhlükəsizliyi üçün təhdid yaradan hallar, eləcə də, məlum problemlərin həlli yolları ətraflı müzakirə edildi. D-8 Media Forumu bir daha sübut etdi ki, Azərbaycan qlobal təhlükəsizliyinin bir hissəsi olan informasiya təhlükəsizliyinə mühüm önəm verir, bu təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini son dərəcə vacib hesab edir”. Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Forum işirakçılarına ünvanlanan müraciətinin də bir-birindən önəmli çağırışlarla zəngin olduğunu bildirib: “Prezident İlham Əliyev Forum iştirakçılarına ünvanlanan müraciətində qlobal informasiya təhlükəsizliyinin təmin edilməsi üçün atılması gərəkən addımlara diqqət çəkdi ki, bunlardan da biri D-8 ölkələrinin media orqanları arasında əməkdaşlığın genişlənməsi, həmçinin, ortaq media platformasının yaradılması oldu. Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən bu çağırış informasiya çirkliliyinin qarşısının alınması, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə baxımından həqiqətən də mühüm əhəmiyyətə malikdir. Forum dövlətlərinin media qurumları arasında əməkdaşlığın dərinləşməsi dəqiq və dolğun informasiyaların təqdimi üçün əlverişli şərait yaradar ki, bu da dezinformasiyalar üçün gərəkli olan zəminin ortadan qaldırılması deməkdir. Ortaq media platformasının yaradılması da ictimaiyyətə təqdim edilən xəbərlərin etibarlılığını, dürüstlüyünü, dəqqiliyini təmin etmək baxımından oldquca önəmlidir. Hesab edirəm ki, Forum iştirakçıları Prezident İlham Əliyev tərəfindən irəli sürülən təkliflərin reallaşması istiqamətində lazımi addımlar atacaq və bununla qlobal informasiya təhlükəsizliyinin təmininə böyük töhfə verəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
Komandirini həyatı bahasına xilas edən Sovet İttifaqı Qəhrəmanı: Qafur Məmmədov!

Məmmədov Qafur Nəsir oğlu  05 mart 1922-ci il də  Bakıda dünyaya  göz açmış, 1941-ci ilin avqustunda hərbi xidmətə getmişdir. Zaqafqaziya cəbhəsində 56-ci ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi vəzifəsində xidmət edən matros Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir. 1942–ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minamyot heyətini məhv etmişdir. Həmin döyüşdə o, öz komandirini düşmən  atəşindən müdafiə edərək, özünü öz sinəsi ilə komandirini qoruyaraq qəhrəmancasına həlak olmuşdur.   Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 31 martında verilmişdir. Bakıda bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilib, büstü qoyulub.   Qafur Məmmədovun adı digər qəhrəmanlar kimi, qədirbilən xalqımız tərəfindənd aim xatırlanır və uca tutulur.

Hamısını oxu
Bu qurumların işə qəbul məsələsində veteranlara öncəlik tanıması təqdirəlayiqdir

Artıq bir neçə ildir ki, Daxili İşlər Nazirliyi (DİN), eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) işə qəbul zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarına xüsusi üstünlük verir, onların işlə məşğulluğuna həsaslıqla yanaşır. Hər il çoxlu sayda veteran bu qurumlarda müxtəlif vəzifələrə qəbul edilir ki, bu da bütün cəmiyyətdə ciddi məmnunluqla qarşılanmaqdadır. Bununla bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “DİN və SHXÇDX-nin işə qəbul məsələsində veteranlara, qazilərə üstünlük verməsi, onlara öncəlik tanıması olduqca müsbət və təqdirəlayiq bir addımdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinə, qazilərə hörmət və ehtiram göstərməyin, onların qayğısına qalmağın vacibliyini vurğulayıb, bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, biz Vətən müharibəsindəki qələbəmizə görə Azərbaycan zabitinə, Azərbaycan əsgərinə borcluyuq. Bu mənada onların bütün qayğıları kimi məşğulluq problemlərinin də həlli bizim üçün prioritet olmalıdır. Mən qazilərimizə göstərdiyi bu həssas münasibətə görə bütün veteranlar adından  həm DİN-ə, həm də SHXÇDX-ə öz dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, digər dövlət və qeyri-dövlət qurumları bundan ibrət almalı, onlar da işə qəbul məsələsində ilk növbətə şəhid ailələri və veteranlara üstünlk verməlidir. Bu, həm həssas kateqoriyaya daxil olan vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, həm də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından həyati əhəmiyyətə malikdir. Şəhid ailələi kimi qazilərimiz də bizim qürur mənbəyimizdir və biz hər zaman olduğu kimi bundan sonra da onların hər bir istək və mraciətinə həssaslıqla yanaşmalı, onlara olan sevgi və ehtiramımızı daim əməli şəkildə ortaya qoymalıyıq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırladı. Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunuldu. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Hamısını oxu