Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Layihə çərçicəsində yekun - hesabat tədbiri

29 oktyabr 2018-ci ildə Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsi  çərçivəsində yekun-hesabat tədbiri baş tutmuşdur. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müvini, layihənin rəhbəri polkovnik Cəlil Xəlilov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mütəmadi olaraq həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri olduğunu qeyd etdi. C.Xəlilov Respublika Veteranlar Təşkilatının və onun şəhər, rayon stuktur bölmələrinin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli fəaliyyətindən, bununla bağlı müntəzəm olaraq tədbirlərin keçirilməsindən danışaraq, diqqəti Azərbaycanın bu gün Ermənistan Respublikasının işğalı altında olan ərazilərinin azad olunmasında bu işlərin daha yüksək səviyyəyə qaldırılmasının mühüm əhəmiyyət daşıdığına yönəltdi. Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev 29 oktyabr Türkiyə Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibəti ilə tədbir iştirakçılarını və bütün türk xalqını Təşkilat rəhbərliyi və veteranlar adından təbrik edərək, Türkiyə-Azərbaycan qardaşlığının tarixi, bütün dövrlərdə, xüsusilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Türkiyənin Azərbaycana göstərdiyi qardaş köməyindən danışdı. L.Babayev layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər, o cümlədən şəhidlərə həsr olunmuş “Torpağı Vətən edənlər” kitabçasının və məlumat xarakterli xüsusi bukletin buraxılması barədə geniş məlumat verərək Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu cür layihələr maliyyə ayırmasını təqdirəlayiq hal saydı. O, bildirdi ki, 20 faiz ərazisi düşmən işğalı altında olan bir ölkənin yaşından asılı olmayaraq bütün insanları vətənpərvər olmalıdırlar. Ancaq tərbiyə olunmağa, vətənpərvərlik ruhunda yetişdirilməyə gəlincə, başlıca hədəf yeniyetmə və gənclərdir. Azərbaycanın körpəsindən tutmuş tələbəsinə, bu gün ölkə həyatının müxtəlif sahələrində çalışan, müəyyən təcrübəyə malik gəncinə qədər hər kəs vətənpərvər olmasa biz Ermənistan Respublikasının işğalı altında olan ərazilərimizi azad edə bilmərik. O, xüsusi olaraq vurğulamışdır ki, Vətənə, xalqa, dövlətə sədaqət, torpağa bağlılıq, onu qorumağa hər an hazır olmaq Təşkilat yeniyetmə və gənclərə məhz bu keyfiyyətləri aşılamağa  çalışır. 2016-cı ilıin Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan gəncliyi öz atalarının qəhrəmanlıq, mərdlik, vətənpərvərlik yolunu davam etdirməyə, düşmənə sarsıdıcı zərbələr vurmağa daim hazırdır. Tədbirdə çixış edən layihənin eksperti Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, “Şəhid ailələrinə qayğı cəmiyyəti” təşkilatının Nizami rayon Təşkilatının sədri Nizami Abbasov, veteran şair Zakir Əliyev və başqaları çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunda bu tipli layihələrin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar. Tədbirdə eyni zamanda, 3 ay müddətində həyata keçirilmiş “Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq görülmüş işlər barədə müzakirələr aparıldı, fikirlər səsləndirildi, təkliflər verildi. Tədbirin sonunda 95 yaşı tamam olan İkinci Dünya müharibəsi veteranı, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Mehmandarov yubiley medalı” ilə təltif olundu.

2018-10-29 00:00:00
3890 baxış

Digər xəbərlər

Azərbaycan Prezidenti qətiyyətli siyasi iradə nümayiş etdirir

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır.   Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək   Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.   Ermənistana növbəti ciddi xəbərdarlıq   Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir.   Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir   Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir.   Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib

İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur. Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefonda danışarkən deyib

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov media nümayəndələrini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 22 iyul Mili Mətbuat Günü ilə əlaqədar olaraq media nümayəndələrini təbrik edib. Təbrikdə deyilir:  “Media nümayəndələrimiz istər 44 günlük Vətən müharibəsində, istərsə də post-müharibə dönəmində Azərbaycan həqiqətlərinin daxili və xarici ictimaiyyətə çatdırılmasında, milli maraqlaırmızın müdafiəsində, dövlətimizin və xalqımızın mənafeyinin qorunmasında yaxından iştirak edib, bu istiqamətdə böyük əmək ortaya qoyub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, möhkəmlənən Azərbaycan mediası, bu gün də milli maraqlarımızın informasiya məkanında etibarlı müdafiəçisi qismində çıxış edir.  Mən Milli Mətbuat Günü ilə əlaqədar olaraq bütün media nümayəndələrini təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm. Əminəm ki, jurnalistlərimiz hər zaman olduğu kimi, bundan sonra da dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, onlara olan ümidləri artıqlaması ilə doğruldacaqlar”.  

Hamısını oxu
Slovakiya səfirliyinin hərbi atteşesi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 19 iyun 2026-cı il tarixində Slovakiya Respublikasının hərbi atteşesi Juraj Beskid Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında iki ölkənin veteran təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə edilib, habelə, II Dünya müharibəsi zamanı Slovakiyanın faşistlərdən azad edilməsində iştirak edən azərbaycanlıların qəhrəmanlığından danışılıb. Slovakiyanın azadlıq mübarizəsində iştirak edən azərbaycanlılarla bağlı məlumatların daha da dəqiqləşdirilməsi, onların xatirəsinin əbədiləşdirilməsi, sağ qalan azərbaycanlılarla görüş də müzakirə edilən məsələlər sırasında olub. Görüş zamanı qarşılılqı təmasların davam etdiirlməsi qərara alınıb.  Görüşün sonunda hərbi atteşə ölkəsi ilə bağlı kitabı polkovnik Cəlil Xəlilova hədiyyə edib. Seymur ƏLİYEV

Hamısını oxu