Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun adını daşıyan küçənin açılışı olub.

Rayonun mərkəzində yerləşən küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Veteranlar Təşkilatının üzvləri  və şəhidin valideynləri iştirak ediblər.

RİH-nin başçısı Rafiq Cəlilov  çıxış edərək bildirib ki, Qadir Heydərov  11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulmuşdu.  O, orta  məktəbi 2016-cı ildə bitirib, həmin ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb.

Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. O, 29 oktyabr  2020-ci ildə Qubadlının  yüksəklikləri  uğrunda gedən döyüşlərdə  şəhid olub, əbədiyyətə qoşulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qadir Heydərov ölümündən sonra  "Vətən uğrunda", "Cəsur döyüşçü",  "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları  və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Şəhidin atası Ədalət Heydərov  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlığını bildirib.

Qeyd edək ki, həmin gün rayonun  Sabirabad kəndində  "Azərbaycan bayrağı" ordenli şəhid Musa Əsgərovun da adını daşıyan küçənin açılışı olub.

Rayon Veteranlar Təşkilatının nümayəndələri Vətən Müharibəsi şəhidi Rəfail İşiyevin yaşadığı binanın önündə vurulmuş barelyefin açılışında da iştirak ediblər.

2023-11-03 08:08:54
3399 baxış

Digər xəbərlər

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib

Veteran.gov.az xəbər verir ki, Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edilib.  Tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən təşkil edilən iftar süfrəsindən öncə dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib. Tədbirdə çıxış edən natiqlər şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirib, dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar buna görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, iştirakçılara xoş ovqat bəxş edilib. Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə iş adamı Səfər Əlirzayevə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, bu cür tədbirlər şəhid ailələri və qazilərə diqqət nümunəsi olmaqla yanaşı, cəmiyyətdə birlik və  həmrəyliyin möhkəmlənməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Xatırladaq ki, məşhur iş adamı Səfər Əlirzayev əvvəlki illərdə də şəhid ailələri və qazilər üçün iftar süfrələri təşkil edib, həssas kateqoriyadan olan vətəndaşlara bayram sovqatları çatdırıb. Seymur ƏLİYEV    

Hamısını oxu
Cəlilabadda 20 Yanvar faciəsinə həsr olunmuç tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 1990- cı il 20 Yanvar hadisərinin 35 illiyi ilə bağlı tədbir keçirib. Tədbirdə ölkəmizin müstəqilliyi uğrunda canlarını  qurban  vermiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri,  yazıçı-publisist  Ədalət Salman tədbiri giriş sözü ilə  açaraq Sovet imperiyasının 1990-cı il Yanvarın 19-dan 20- nə keçən gecə və növbəti günlərdə  Azərbaycanda əliyalın insanlara qarşı törətdiyi  vəhşiliklərdən danışıb,  Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət vrrilməsini xüsusi vurğulayıb. ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə,  Milli Cəbhə Partiyasının rayon təşkilatının sədri Nadir Şükürov, “Qarabağ Qaziləri” İctimai Birliyi Cəlilabad filialının rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Gülbala Teymur, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, müharinə veteranı Qurban Əhməd, veteran müəllim Əsəd Əliyev və başqaları çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın milli-azadlıq hərəkatında və qan yaddaşımızda dərin iz buraxdığını qeyd ediblər, ölkəmizin suverenliyi yolunda  qurban getmiş şəhidlərimizin  unudulmaz xatirəsinin həmişə böyük ehtiramla yad olunacağını bildiriblər.  

Hamısını oxu
Zərdab Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

12 mart 2026-cı il tarixində Zərdab rayon Gənclər Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zərdab rayon təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, 1-ci Qarabağ, Vətən müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın və rayon veteranlar təşkilatının sabiq sədri Hüseyn Həsənovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ədliyyə   polkovniki İmran Əhmədov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib.    Daha sonra Zərdab Rayon Veteranlar Təşkilatının yeni sədri Qarabağ müharibəsi və əmək veteranı Gülməmməd Mürsəlov tədbir iştirakçılarına təqdim olunub. Ədliyyə polkovniki İmran Əhmədov Gülməmməd Mürsəlova yeni vəzifəsində uğurlar arzulayıb.

Hamısını oxu
Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoyacaq

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fəlakətin bütün əlamətləri göz önündədir: “44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan artıq iki ildən çoxdur ki, müxtəlif bəhanələrlə sülh sazişi imzalamaqdan, Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ölkəmizə qarşı mina terrorunu davam etdirən, dövlətimiz haqqında beynəlxalq platformalarda yalan və böhtan səsləndirən Ermənistan, bununla postmüharibə dövrünün reallıqlarını dəyişəcəyinə, nələrəsə nail olacağına ümid edir. Halbuki Ermənistanın rifahı və təhlükəsizliyi üçün yalnız bir optimal variant var. Bu variantı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb. Bu yol Azərbaycanın tələbləri ilə razılaşmaq, təxribatlardan və mina terrorundan imtina etmək, ölkəmizin sülh sazişi ilə bağlı şərtlərini dəstəkləməkdir. Ermənistanın nicatı üçün ikinci bir yol yoxdur və heç vaxt da olmayacaq”. Hərbi-siyasi ekspert vurğulayıb ki, rəsmi İrəvan bu aydın həqiqəti nə qədər tez dərk edərsə, bu, Ermənistanın özü üçün bir o qədər faydalı olacaq.

Hamısını oxu