Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında “Nəsillərin görüşü” silsiləsindən növbəti görüş keçirilib

25 yanvar 2024-cü il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Nəsillərin görüşü” silsiləsindən gənclərin və veteraların iştirakı ilə növbəti görüş keçirilib. 

 2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov gənclər və veteranlar arasında bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsinin vacibliyinə diqqət çəkib:

“Gənclər və veteranlar arasında bu cür görüşlərin keçirilməsinin həm mənəvi, həm tarixi, həm də ictimai baxımdan çox böyük əhəmiyyəti mövcuddur. Çünki məhz bu cür görüşlər sayəsində gənclərimiz veteranlar, onların həyat və döyüş yolları haqqında ətraflı məlumat almaq imkanı əldə edirlər. Hər biri bir tarix olan veteranlarımızla belə təmaslar gənclərimizin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Onlar veteranların timsalında vətənin qorxmaz müdafiəçisini görürlər. Onlar məhz veteranların simasında vətəni necə qorumaq lazım gəldiyini öyrənir, milli tariximizin ayrılmaz bir parçası olan veteranların fikir və düşüncələri ilə tanış olaraq mənəvi zənginliklərini artırırlar. 

Gənclərlə veteranlar arasında bu cür görüşlər gənc nəslin milli mənəvi dəyərlər əsasında tərbiyəsi baxımından da olduqca faydalıdır. Bildiyiniz kimi, həm Ulun öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev xalqımızın milli mənəvi dəyərlərinin yaşadılmasına, bu dəyərlərin gənclərə təbliğ edilməsinə xüsusi diqqət və həssaslıqla yanaşıb. Məhz dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz milli tarixə, milli soykökünə, milli mənəvi dəyərlərimizə olduqca bağlıdırlar. Vətən müharibəsi və onun qürurverici nəticəsi bunu bir daha sübut edir. 

Mən qarşıdan gələn 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara uğrular arzulayıram. Əminən ki, gənclər və veteranlar hər zaman olduğu kimi bundan sonra da əl-ələ, çiyin-çiyinə milli mənafeyimizin, dövlətimizin və dövlətçiliyimizin keşiyində dayanacaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir  çağırışına anındaca səs verəcəklər”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Ağalar Abbasbəyli Heydər Əliyev ideyalarından, Ulu öndərin gənclərə olan münasibətindən, onlara göstərdiyi qayğı və diqqətindən danışıb: “Heydər Əliyev hər zaman gənclərə xüsusi sevgi və qayğı ilə yanaşıb, onların özlərini inkişaf etdirməsini, milli dəyərlərə bağlı şəxsiyyətlər kimi formalaşamasını vacib sayıb. Bu baxımdan Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sadəcə bugünümüz deyil, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb edir”.

"Security Operation Services" (SOS) MMC-nin direktoru Anar Məmmədov isə çıxışında Azərbaycan gənclərinin Vətən müharibəsindəki qəhrəmanlığından bəhs edib, eləcə də gənclərlə veteranlar arasında bu cür görüşlərin əhəmiyyətindən danışıb.

Xalq yazıçısı Elmira Axundova da 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı vəziyyəti ən xırda çalarları ilə üzə çıxardığını vurğulayıb. O, qeyd edib ki, gənclərin Vətən müharibəsindəki vətənpərvərliyi, yüksək döyüş əzmi onların öz qəhrəman ata-babalarının layiqli davamçıları olduğunu göstərdi.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının Vətən müharibəsindəki qələbəsinin bütün dünyaya səs saldğını, bütrün türk dünyasının bu zəfərlə fəxr etdiyini bildirib:

“Biz 44 günlük müharibədəki zəfərimizə görə hər şeydən öncə qəhrəman şəhidlərimizə və qazilərimizə, Müzəffər Ali baş Komandanımıza, onun ətrafında yumruq kimi birləşən xalqımıza, onun fədakarlığıa borcluyuq.

Vətən müharibəsində İlham Əliyev əsl sərkərdəlik bacarığı sərgilədi. O, 44 gün ərzində bir dəfə belə belə olsun hərbi mundiri əynindən çıxarmadı. Bütün təzyiqlərin qarşısında mətanətlə, cəsarətlə dayandı. O, qəhrəman Azərbaycan Ordusunun şanlı zəfərləri ilə sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir, öz təhlükəsizliyini qorumağa, ərazi bütövlüyünü təmin etməyə qadirdir.

Böyük inam və qətiyyətlə bildirirəm ki, biz veteranlar öz liderimizi dəstəkləyirik və bundan sonra da onun hər bir çağırışına bütün qəlbimizlə səs verəcəyik”.

Tədbirin sonunda bəzi veteranlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanlar və üzvlük vəsiqələri paylanılıb.

   

2024-01-25 14:44:09
3498 baxış

Digər xəbərlər

Novxanı Ailə Sağlamlıq Mərkəzində vətəndaşların tibbi müayinəsi həyata keçirilib

Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir. Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır. Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər. İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı. Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır. Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib.   Seymur ƏLİYEV

Hamısını oxu
“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin rəhbərliyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 iyul 2026-cı il tarixində “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və sədr müavini Mirşamil Hadıyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilov və sədr müavini polkovnik İmran Əhmədovla görüşüblər. Görüş zamanı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, birgə tədbirlərin təşkili müzakirə olunub, gənclər arasında vətənpərvərlik tərbiyəsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətin gücləndirilməsinin zəruriliyi qeyd olunub. Tərəflər bildiriblər ki, vətəndaş cəmiyyəti institutları dövlət siyasətinin dəstəklənməsi istiqamətində aktivliklərini artırmalı, milli maraqların müdafiəsi yönündə daha fundamental addımlar atmalıdır. Seymur ƏLİYEV  

Hamısını oxu
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milli.Az bildirir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcəkYeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb. . Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir. Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər. Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək. Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və "Biz birlikdə güclüyük" layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.  

Hamısını oxu
İş adamından 8 Noyabr zəfərinin 4-cü ildönümü ilə bağlı nümunəvi addım

Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib Dünən xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü. Veteran.gov.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb. Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, minnətdarlığını bildirib.    

Hamısını oxu