Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AŞPA siyasi riyakarlığını sübut etdi

Beynəlxalq riyakarlığın təzahürünə şahidlik edirik. 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

Təşkilatı təzyiq etmə alətinə çevirən Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir desək, yanılmarıq.

AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. İllərdir ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Avropanı narahat edən Zəfər Qələbəmiz, ardınca, lokal antiterror əməliyyat aparıb suverenliyimizi bərqərar etməyimizdir. Son hadisələr göstərdi ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə qısa nəzər salsaq görərik ki, 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən  suveren ərazimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə çağırış etdi. Bu çağırışlar dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasının tələb edilməsi idi.

 Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə, planlarının fiaskoya uğradığlna əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Bu dəfə də plan baş tutmadı.

Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.

2023-cü ildə AŞPA nümayəndələrinin Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.

Avropa səmərəsiz cəhdləri ilə heç nəyə nail ola bilməyəcək. Qloballaşan dünyada Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Son aylardakı fəaliyyətlərini izlədikdə aydın görünür ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.      

 Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Artıq bu problem Azərbaycanın daxili gücü ilə həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da  nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi.

Suverenliyimiz bərqərar olub. Hazırda Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

 

2024-01-27 12:32:02
3279 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı iki veteranı yubiley münasibətilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyətinin üzvü Cəfərov Şədtat Muğdat oğlu və Qəhrəmanov Camal Nizam oğlu ilə görüşüb, hər iki veteranı 85 illik yubiley münasibətilə təbrik edib. Şədtat Cəfərov və Camal Qəhrəmanovun Təşkilatın fəaliyyətində hər zaman yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, onların dünyagörüşündən, təcrübəsindən bu gün də milli-mənəvi dəyərlərin təbliği məsələsində geniş istifadə edildiyini vurğulayıb. Ölkəmizdə Veteran hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə,  gənclərimizin vətənpərvərlik tərbiyəsi işində yaxından iştirakına və anadan olmalarının 85 illik yubileyi münasibətilə hər iki veteran Fəxri Fərman və xüsusi mükafatla təltif edilib. Göstərilən diqqətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən veteranlar, bundan sonra da Təşkilatın fəaliyyətində yaxından iştirak etməkdə davam edəcəklərini vurğulayıblar. Görüşün sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Fatma Səttarova 9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  9 may – Qələbə Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir: "Hörmətli veteranlar, İkinci Dünya müharibəsinin qəhrəmanları! Sizi  Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri adından və şəxsən öz adımdan 9 May – faşizm üzərində qələbənin 79-cu ildönümü münasibətilə təbrik edirəm! Ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir. 1941-1945-ci illəri əhatə edən və tarixə İkinci Dünya müharibəsi adı ilə daxil olan  bu müharibədə düşmən üzərində şanlı qələbənin qazanılmasında Azərbaycan xalqının  böyük rolu olmuşdur. Xalqımızın yüz minlərlə oğul və qızı əlinə silah alıb, bütün cəbhələrdə düşmənə müqavimət göstərmiş, çoxları həyatını bu yolda qurban vermişdir. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmiş,  Azərbaycandan 123 nəfər soydaşımız ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.      Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Neft mədənlərində və zavodlarda, elmi laboratoriyalarda ümumi qələbəni təmin etmiş azərbaycanlılar əzəmətli igidlik göstərmişlər. Göstərdiyiniz döyüş və əmək hünərləri qədirbilən nəsillərin qəlbində əbədi yaşayacaqdır! Xalqımız Sizinlə fəxr edir ki, qalib Ordu sıralarında Azərbaycanın sədaqətli, igid oğul və qızları da var idi. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır.  Hörmətli veteranlar,   Sizi bir daha 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, uzun ömür və firavan həyat diləyirəm. Hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü   Fatma Səttarova                     

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Ibrahimov Əzim Əlisgəndər oğlu vəfat edib.  1926-cı ildə anadan olan Əzim İbrahimov İkinci Dünya müahribəsində Ukrayna və Polşanın faşist işğalından azad edilməsində yaxından iştirak edib, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla mükafatlandırılıb. Əzim İbrahimovun döyüş yolu Almaniyaya qədər davam edib. Müharibə, Əmək və Silahlı Qüvvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əzim İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Space Səhər

Hamısını oxu