Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olunub

10 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. 

Veteran.gov.az Azərbaycan Teatr Xadimləri İttifaqına istinadən məlumat verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli Teatr Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Teatrının keçmişi və bu günü haqqında danışıb. Qeyd edib ki, «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 01 mart tarixli Sərəncamına əsasən artıq 12 ildir ki, ölkəmizdə Milli Teatr Günü rəsmi şəkildə qeyd olunur. Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir».

Tədbir iştirakçılarına Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib. Xalq artisti Heydər Anatollu, Akademik Musiqili Teatrının aktyorları Hüseyn Əlili və Gültac Əlili öz mahnıları ilə, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları məzəli parodiyalarla teatr xadimlərini təbrik ediblər.

Çıxışlararası bu il yubiley yaşı tamam olan, teatr sahəsində uğur qazanan sənətçilər mükafatlandırılıb, həmçinin "BAXIŞ-4" festivalının nəticələri açıqlanıb.

«SƏNƏTKAR» medalı ilə təltif olunanlar:

1. Xalq artisti Şükufə Yusupova – (Milli Teatr)

2. Xalq artisti Firudin Məhərrəmov – (Sumqayıt Teatrı)

3. Əməkdar artist Azad Şükürov – (ADMİU)

«QIZILGÜL» mükafatı ilə təltif olunanlar:

1. Naidə İsmayılzadə (direktor) – (Gənc Tamaşaçılar Teatrı)

2. Əməkdar artist Kübrabəyim Əliyeva

3. Xalq artisti Fatma Mahmudova – (Musiqili Teatr)

4. Əməkdar artist Səmayə Musayeva – (Musiqili Teatr)

5. Elmira Kərimova (AzTXİ)

6. Məlahət Manafova (AzTXİ)

7. Xatirə Babayeva – (AzTXİ)

8. Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova – (Salyan Kukla Teatrı)

9. Əməkdar artist Növrəstə Haşımova – (Sumqayıt Teatrı)

Fəxri fərmanla təltif olunanlar:

 

2024-03-10 20:54:35
3423 baxış

Digər xəbərlər

Ombudsman dövlət sərhədində aparılan monitorinqin nəticələrini beynəlxalq təşkilatlara göndərib

“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribat törətməsi, eyni zamanda, xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı hücumlar təşkil edilməsi ermənilərin milli zəmində aqressiyası və radikalizminin daha bir bariz nümunəsidir”.Bu fikiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az.a açıqlamasında söyləyib.Ombudsman bildirib ki, Ermənistanın təxribat törətdiyi dövlət sərhədində apardıqları monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib:"Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyən, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməsi faktlar əsasında diqqətə çatdırılıb.Təcavüzkar ölkənin fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.Bununla yanaşı, ABŞ, Belçika, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən psixoloji və fiziki zorakılığın tətbiq olunması ilə əlaqədar müvafiq beynəlxalq təşkilatlara¸ müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışıq.Bəyanatlarda Milli İnsan Hüquqları institutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına qətiyyətlə çağırmışıq”.“Tərəfimizdən 12-24 iyul tarixlərində həm dövlət sərhədinin Tovuz rayonu istiqamətində, həm də xarici ölkələrdə yaşanmış təxribatlarla bağlı ikinci aralıq hesabat hazırlanıb və beynəlxalq təşkilatlara göndərilib”,-deyən Ombudsmanın sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına edilmiş hücumlar, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar çox ciddi qanun pozuntularını, milli zəmində nifrət və hücum aktlarını özündə ehtiva edir.“Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verməli, bu halların qarşısı alınmalıdır”.

Hamısını oxu
“Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”

“Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm”. Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, xüsusi olaraq bir nüsxədə “Xilaskar” ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə  təltif olunsun.   Deputat Məlahət İbrahimqızı həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən “Ordu Marşalı” adı verilsin. Könül Cəfərli

Hamısını oxu
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Polis Günü münasibətilə paylaşım edilib

Bakı, 2 iyul, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 2 iyul - Polis Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

Hamısını oxu