Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 29 mart 2024-cü il tarixində Yasamal rayonunda tədbir keçiriblər. Tədbir 31 mart soyqırımına həsr olunub. Tədbir Yasamal rayonu Heydər Əliyev Mərkəzində  baş tutub.

”31 Mart - Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, RVT-nın üzvü Esmira Orucova, Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva, Milli Müdafiə Universitetinin nəzdində Bakı Hərbi Kollecinin birinci kurs kursantları iştirak ediblər.

Tədbiri Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva açıb, 1onaqları tədbir iştirakçılarına təqdim edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ərazi bütövlüyümüzü uğrunda  canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.

Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev çıxışında bildirib ki, ermənilər 1905-ci və 1907-ci illərdən başlayaraq zaman-zaman xalqımıza qarşı cinayətlər törədib:

“1918-ci ildə törətdilmiş qırğınların coğrafiyası daha geniş olub. Belə ki, 25000 min Bakıda, 8000 min Zəngəzurda, 8000 min Göyçayda,7000 min  Şamaxıda, 3000  min Naxçıvanda, 2000 min  Qubada və digər ərazilərdə soydaşlarımızı qətlə yetiriliblər.

1988-ci ildən başlayaraq Azərbaycanın sərhədlərində və Qarabağda törədilən cinayətlər bir   dahaha sübut etdi ki, düşmən hər zaman öz məkirli siyasətini həyata keçirmək üçün fürsət gözləyir. Biz buraxılan səhvlərimizdən nəticə çıxarmalı və Ali Baş Komandanımız İlham Əliyevin ətrafında  bir yumruq kimi sıx birləşməliyik. Düşmən hər zaman öz başı üzərində Prezidentin göstərdiyi “Dəmir Yumruğu” hiss etməlidir”.

Daha sonra Vaqif Məmmədov və Nəbi Hacıyev çıxış ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

2024-04-03 11:01:52
2643 baxış

Digər xəbərlər

ASCO sədrindən nümunəvi addım: Vətən müharibəsi qazisinin təhsil xərcini öz üzərinə götürdü

İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək  Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək. Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Novxanıda 27 sentyabr Anım Günü ilə bağlı şəhid məzarları ziyarət olunub, ehsan süfrəsi verilib

27 sentyabr 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Novxanı qəbiristanlığındakı şəhid məzarları ziyarət edilib, qəbir üstünə gül dəstələri qoyulub, dualar oxunub.  300 nəfərə yaxın şəxsin iştirak etdiyi ehsan süfrəsində məscidin axundu Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Buzovna Cümə Məscidinin axundu Hacı Soltan Əlizadə, iş adamı Hacı Cəlil Nağıyev, şəhid ailələri, qazilər, müharibə əlilləri, kənd ağsaqqalları və  digər kateqoriyadan olan vətəndaşlar iştirak edib. 27 sentyabr – Anım Gününün milli-mənəvi önəmindən bəhs edən məsclis iştirakçıları, xalqımızın məhz bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı ölüm-dirim mübarizəsinə qalxdığını, cəmi 44 gün içində düşməni darmadağın edərək tarixi zəfərə imza atdığını vurğulayıb. 8 Noyabr zəfərinə şəhidlərimizin qəhrəmanlığı sayəsində nail olunduğunu bildirən natiqlər, onların əziz xatirəsinin sonsuza qədər xalqımız tərəfindən sevgi və ehtiram hissi ilə yad ediləcəyini vurğulayıblar. İş adamı Cəlil Nağıyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ehsan süfrəsində iştirak edən şəhid ailələri və veteranlar, dövlətimizin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər. Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Minifutbol Federasiyasını təbrik edib. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova ünvanlanan təbrik məktubunda deyilir: “Hörmətli Orxan müəllim! Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının oyunlarını ilk gündən biz veteranlar həm televiziya vasitəsilə, həm də oyun meydançasından canlı olaraq  izlədik. Milli komandamızın oyunçuları bütün oyunlarda peşəkarlıq göstərərək final mərhələsinə qədəm qoydu. Futbolçularımızın final oyununda dünya çempionu titulunu qazanması Təşkilatımızı təmsil edən müxtəlif kateqoriyadan olan veteranları çox sevindirdi. Futbolçularımız dünya çempionu olmaqla bütün Azərbaycana yeni qələbə sevinci bəxş etdi! Bu qələbə ilə onlar bir daha sübut etdilər ki, biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında qələbə qazanan ölkəyik. Millimizin dünya çempionu olması idmanımızın, gənclərimizin Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin və I Vitse-Prezident Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin Rəyasət Heyəti adından qələbə münasibətilə Azərbaycan Minifutbol Federasiyasının bütün kollektivini - komandanın oyunçularını, məşqçilərini və mütəxəssislərini təbrik edirik. Bu qələbə sevincini bizə bəxş etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk". Dərin hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

24 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Veteranlar, eləcə də kompleksi ziyarət etməyə gələn məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Xocalı soyqırımının bütün insanlığa qarşı törədilən cinayət olduğunu bildirib, bu soyqırımına qarşı ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin anti-terror əməliyyatı nəticəsində Xocalı qatillərinin ələ keçirilərək məhkəmə hökmü ilə ağır cəzalara məhkum edildiyni bildirən Cəlil Xəlilov, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və tariximiz qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilib. Tədbir zamanı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla ayd edilib. Seymur ƏLİYEV    

Hamısını oxu