Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xeyirxah, enerjili və qədirbilən insan...

Ötən hər gün, hər saat təkcə vaxt ölçüsü deyil, ömürdən-gündən keçən anlardır. Bu anların qədrini bilmək, bu anları dopdolu yaşamaq, vətənin əsl vətəndaşı olmaq asan deyilmiş. 

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Vətən üçün yaşanan ömür əsl insan ömrüdür. İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. O vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

İnsan ömrü bir yola bənzəyir. Bütün dövrlərdə müdrik insanlar olub. Müdrik insanlara ən çətin dəqiqələrdə müraciət etmək olar. Onlarla dünya daha parlaq, daha maraqlı olur. O, danışanda problemlər sanki öz-özünə əriyərək yoxa çıxır. Belə insanları tanımaq, gənc nəsilə tanıtmaq hər birimizin ümdə vəzifəsidir. Belə böyük şəxsiyyətlərin işığı gənc nəslin həyat yoluna düzgün istiqamət verər.

Aran Regional Elektrik Şəbəkəsinin rəis müavini, Yeni Azərbaycan Partiyasının "Energetik1" ərazi ilk partiya təşkilatının sədri Saleh Səmədov... Üç sözlə ifadə etsək: xeyirxah, enerjili və qədirbilən… Bütün sahələrdə qeyri adi idarəçilik fəaliyyətinə malik bir insan olduğunu sübut edib.

Ən əsası odur ki, Saleh müəllim gözəl insandır. Hamının dərdinə şərik olan, halına yanan bir insan.  Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanın varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan şəxsin varlığını bilmək adama təsəlli olur.

Saleh müəllimin işinə yaradıcı münasibəti, parlaq lider keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür.

Saleh müəllim, bu günlərdə İmişli rayon Ağsaqallar Şurasının sədri seçilib. 

Ağsaqqal adının şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Azərbaycan xalqının milli mental dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır.

Cəmiyyətin bir insanı ağsaqqal kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır. Bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunması işində daim Saleh müəllim kimi ağsaqqallara böyük ehtiyacı vardır.

Atalar yaxşı deyib: "Keçmişə güllə atsaq, gələcək bizi topa tutar".  Doğrudan da keçmişi unutmaq, həyatımızda ağıllı məsləhətləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur. Müasir gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdır. Soykökə bağlılıq inkişaf üçün meyardır. 

Saleh müəllim də, məhz belə insanlardandır. 

Hörmətli Saleh müəllim!

Sizi İmişli rayon Ağsaqallar Şurasının sədri seçilməyiniz münasibəti ilə təbrik edir, bu müqəddəs missiyanı xalqımızın adına layiq şəkildə həyata keçirilməsində, Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasında, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsi işində uğurlar arzulayırıq!

Xeberle.com

2024-04-27 21:00:37
3135 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Xarici Kəşfiyyat Xidmətini peşə bayramı münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xarici Kəşfiyyat Xidmətini (XKX) peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. XKX rəisi general-polkovnik Orxan Sultanova ünvanlanan təbrik məktubunda deyilir:    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının rəhbərliyi Dünya Veteranları Federasiyasının medalı ilə təltif olunub

18 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illiyi münasibəti ilə “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” konfransında iştirak etmək üçün Bakıda işgüzar səfədə olan Dünya Veteranları Federasiyasının prezidenti, cənab Dan-Viggo Bergtunla Respublika Veteranlar Təşkilatında rəsmi görüş keçirilmişdir. Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov Dünya Veteranları Federasiyasının prezidenti, cənab Dan-Viggo Bergtunu salamlayaraq, onun ölkəmizə səfər etməsindən və bu görüşün baş tutmasından məmnun qaldığını bildirərək ona Təşkilatın fəaliyyəti, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı, alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsi, ölkəmizdə veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə ətraflı məlumatlar çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov nəinki regionda, bütün dünyada sülhün qorunmasına mühüm töhfələr verən Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin Ermənistan Respublikası tərəfindən işğalı olunması, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanması barədə qəbul etdiyi 4 qətnamənin 25 ildən bəri işğalçı dövlət tərəfindən yerinə yetirilməməsi barədə danışmış, bu sahədə dünya veteranlarının məlumatlandırılmasında nüfuzlu təşkilat kimi Federasiyasının mövqeyinin mühüm əhəmiyyət kəsb etməsini vurğulamışdır. O, həmçinin rəsmi qonağa Azərbaycan veteran təşkilatının dünyanın 35-dən çox veteran təşkilatı ilə səmərəli əməkdaşlıq əlaqələrinə malik olmasından, bu əlaqələrin ildən-ilə genişləndirilməsi üçün lazımi iş aparıldığından danışmışdır. Görüşdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün belə ünsiyyətlərin xüsusi əhəmiyyət kəsb etməsi, Dünya Veteranları Federasiyasının imkanlarından istifadənin qeyd olunan sahədə daha böyük uğurlar əldə edilməsinə yardım göstərəcəyi xüsusi vurğulanmışdır Respublika Veteranlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirən Dan-Viggo Bergtun dünyada sülhün, əmin-amanlığın, sabitliyin təmin olunmasında veteran əməyindən düzgün istifadədə Təşkilatın mühüm rolunu qeyd etmiş, veteranların hüquqlarının qprunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərildiyi barədə məlumatlardan məmnun qaldığını bildirmişdir.  Dan-Viggo Bergtunun fikrincə, həm bu baxımdan, həm də İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsinin yaşadılması sahəsində Respublika Veteranlar  Təşkilatının fəaliyyəti digər dövlətlərin veteran təşkilatlarına örnəkdir. Bu istiqamətdə təşkilatın sədrinin təcrübəsini və kollektivin fəaliyyətini təqdirəlayiq hesab edən rəsmi qonaq Təşkilatın Federasiya ilə əlaqələrinin sıxlaşdırılması üçün tərəflərin yaxşı başlanğıca malik olduğunu qeyd etmişdir. Dan-Viggo Bergtun dünyada sülhün, əmin amanlığın, sabitliyin və bu kimi humanist fəaliyyətlərin təbliğ edilməsi istiqamətində səmərəli fəaliyyətlərinə görə  Respublika Veteranlar Təşkilatının sədri,  general polkovnik Tofiq Ağahüseynovu və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovu Dünya Veteranları Federasiyasının medalı ilə təltif etmişdir.

Hamısını oxu
İş vaxtı - Cəlil Xəlilov

Hamısını oxu
Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir

Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik. AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib. Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb. Qeyd edib ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.  

Hamısını oxu