Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov veteranlar adından dövlət başçısına təşəkkür etdi

“Bu Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür”

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 may 2024-cü il tarixində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam İkinci Dünya müharibəsində həm ön xətdə döyüşən, həm də arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə maddi yardımın göstərilməsini nəzərdə tutur.

 

Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum Sərəncamını alqışlayıb, bunu bütün veteranlara göstərilən qayğı kimi xarakterizə edib:

 

“Prezidentin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərlə bağlı sözügedən Sərəncamı sadəcə həmin müharibədə iştirak edən şəxslərə deyil, ümumilikdə bütün veteranlara göstərilən diqqət və qayğı kimi xarakterizə edilməlidir. Dövlət başçısı bu Sərəncamla bir daha göstərdi ki, o, hansı dönəmdə, hansı tarixi şəraitdə müharibədə iştirak etməsindən asılı olmayaraq, heç bir veteranı unutmur, dövlətimizin, xalqımızın təhlükəsizliyi uğrunda çalışan insanları daim yada salır, onlara dəstək olur.

 

Dövlət başçısı İkinci Dünya müharibəsində yalnız ön cəbhədə deyil, arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və medallarla təltif olunan şəxsləri də diqqətdən kənarda qoymur, onların da əməyini, qəhrəmanlığını yüksək qiymətləndirir. Elə bu səbəbdən də məlum Sərəncamda arxa cəbhədə fədakar əməyi ilə diqqət çəkən şəxslərə də maddi yardımın  göstərilməsi nəzərdə tutulub. Hansı ki, bu maddi dəstəyin veteranlarımız üçün mənəvi əhəmiyyəti də olduqca böyükdür. Dövlət başçısının bu qayğısı nəticəsində İkinci Dünya müharibəsi veteranları bu gün də unudulmadıqlarını, əksinə, dövlətimizin davamlı diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss edir. Bu isə onlara mənəvi güc, böyük ruh yüksəkliyi bəxş edir”.

 

Polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi qayğıya görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından ölkə başçısına təşəkkür edib, minnətdarlığını bildirib:

 

“Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona öz minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlarımız hər zaman olduğu kimi bunan sonra da dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, Müzəffər Ali Baş Komandanın hər bir çağırışını dəstəkləyəcək, bu tapşırıqların icrasında ön səfdə yer alacaqlar”.

2024-05-03 10:07:29
4133 baxış

Digər xəbərlər

Yeni dünya nizamında güc amili

Hamısını oxu
“Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”

“Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm”. Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, xüsusi olaraq bir nüsxədə “Xilaskar” ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə  təltif olunsun.   Deputat Məlahət İbrahimqızı həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən “Ordu Marşalı” adı verilsin. Könül Cəfərli

Hamısını oxu
Заместитель премьер-министра Республики Татарстан посетил Oрганизацию Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики

Veteran.gov.az сообщает, что сегодня заместитель Премьер – Министра Республики Татарстан-полномочный представитель Республики Татарстан в Российской Федерации генерал-майор Ахметшин Равиль Калимуллович посетил Организацию Ветеранов Войны, Труда и Вооруженных Сил, встретился с председателем организации Фатмой Саттаровой и заместителем председателя полковником Джалилем Халиловым. В ходе встречи была обсуждена перспектива расширения двусторонних связей между ветеранскими организациями Азербайджана и Татарстана, состоялся обмен мнениями о будущем сотрудничестве. Ахметшин Равиль Калимуллович за вклад в развитие сотрудничества между ветеранами двух стран наградил Фатму Саттарову и Джалиля Халилова памятной медалью к 100-летию со дня рождения генерала армии Махмута Ахметовича Гареева. Полковник Джалиль Халилов, в свою очередь, наградил Ахметшина Равиля Калимулловича юбилейной медалью “генерал Ази Асланов”, учрежденной Организацией Ветеранов Войны, Труда и Вооруженных Сил, и поблагодарил его за приезд. Во встрече также приняли участие представитель “Русского дома” в Баку Елена Цвилева, сотрудник отдела организационной работы и международных связей Организации Ветеранов Войны, Труда и Вооруженных Сил полковник Самир Мусаев, пресс-секретарь Организации Сеймур Алиев.  

Hamısını oxu
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...

Hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada Zəfərin fundamental əsaslarını möhkəmləndirir, regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq əldə olunması bu baxımdan xüsusi önəm daşıyan tarixi hadisədir. Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu