Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Asəf İsmayılovun yubiley tədbirini keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri, Qarabağ müharibəsi qazisi Asəf İsmayılovun 50 illiyi münasibəti ilə tədbir keçirib. Tədbirdə şəhid ataları, qazilər, Əmək və Müharibə  veteranları, yaradıcı ziyalılar, bələdiyyə sədrləri və ictimayyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək Qarabağ qazisi Asəf İsmayılovun keçdiyi həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Asəf İsmayılov doğulduğu Kövüzbulaq kəndində orta məktəbi bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb. Bir ay hərbi təlim keçdikdən sonra ön cəbhədə mənfur düşmənlərə qaşı igidliklə vuruşub. O, 1994-cü il yanvar ayının 31-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində gedən hərbi əməliyyatlar zamanı minaya düşüb, sol qıçını itirib. Vətənpərvərliyi ilə gənc nəslə örnək olan Asəf bu gün də rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. O, həm də 11 kəndi əhatə edən Ağdaş bələdiyyəsinin sədridir.

 Ədalət müəllim çıxışının sonunda yubilyara rayon Veteranlar Təşkilatının Fəxri Fərmanını təqdim edib.

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, Cəlilabad Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev, "Əməkdar Mədəniyyət işçisi" Cahangir Muradov,  şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyinin rayon filialının sədri Maşalla Əliyev, Göytəpə şəhər bələdiyyəsinin sədri İlqar Həsənov,  Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas,  İman Abdulla, Qurban Əhməd, Masallı Regional Meşə Təsərrüfatı idarəsinin direktor müavini, müharibə iştirakçısı Emin Əhmədov, Cəlilabad şəhər bələdiyyəsinin sədri Özüxan Niftiyev və başqaları çıxış edərək yubileyinə yığışdıqları Qarabağ qazisi Asəf İsmayılov haqqında səmimi ürək sözlərini söyləyib, onu yubileyi münasibəti ilə təbrik ediblər.

Sonda yubilyar, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına təşəlkür edib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı möhtərəm İlham Əliyevə minnətdarlığını bildirib.

2024-05-22 23:37:00
3533 baxış

Digər xəbərlər

Təqaüdçü polkovnikdən Azərbaycan ordusu ilə bağlı böyük addım

Əslən Zəngilandan olan, 95 yaşlı İkinci Dünya Müharibəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, istefada olan polkovnik-leytenant Süleymanlı Bəxtiyar İbrahim oğlu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.   O, təqaüdündən topladığı 10.000 manat pulu fonda köçürüb.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov REAL TV-yə müsahibəsində1992-ci ilin may hadisələrindən danışıb

Hamısını oxu
Sentyabrın 19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında, onun şöhrətinin geniş miqyasda yayılmasında böyük xidmətləri olan görkəmli alimdir. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqaməti müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların səmərə və effektivliyini artıran və ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan cəfakeş alim kimi Azərbaycan şərqşünaslıq elm tariximizə qızıl hərflərlə yazılıb. Aida İmanquliyeva ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru, professor kimi Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə ixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, şərqşünaslıq problemlərinin öyrənilməsində yeni elmi sistem yaradıb. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru olan professor Aida İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa vaxt ərzində ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Аida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq bütöv bir məktəbin əsasını qoyub. Alimin fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. O, Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Müasir Şərq ədəbiyyatının bir sıra əsərləri də Aida xanımın tərcüməsində işıq üzü görüb. Aida xanım İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələri daim yüksək qiymətləndirərək, böyük alimi həmişə dərin ehtiramla yad edirik. video

Hamısını oxu
Müharibə veteranlarına illik əmək məzuniyyəti ən azı 46 təqvim günü veriləcək

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilmiş bir sıra dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklərdən biri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsi ilə bağlıdır. Belə ki, aşağıdakı kateqoriyalara aid olan işçilərə illik əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq veriləcək: - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, - döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, - Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, - Azərbaycanın Milli Qəhrəmanlarına, - Sovet İttifaqı Qəhrəmanlarına, - Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, - habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə. 

Hamısını oxu