Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Modern İnkişaf və Ailə” İctimia Birliyinin sədri Zərifə Quliyeva Fatma Səttarova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, bu gün  “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb.

Görüş zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlər bağlı şəkildə yetişdirilməsi, dövlətçilik maraqlarımızın müdafiəsi və s. kimi məsələlərdə vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edilib, qarşılıqlı fikir mübafiəlsi aparılıb.

Görüşdə Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Nəsimi Rayon Təşkilatının sədri Validə Vəliyeva da iştirak edib.

 

2024-06-04 12:06:40
3703 baxış

Digər xəbərlər

Pirallahı rayonunda “Gənclər bizim gələcəyimizdir “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri,şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak etmişlər.”Gənclər bizim gələcəyimizdir” adlı tədbir Pirallahı rayonunda yerləşən  168 saylı tam orta məktəbdə keçirilmişdir. Baş tutan tədbirdə  Pirallahı rayon İcra Hakimiyyətinin İctimai əlaqələr və Hümanitar şöbə müdiri Abdullayev Azər, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Məmmədov Süphay, rayon VT-nın sədri Şirinov Xəqani, məktəbin direktoru Mansırova Mehparə, 44 günlük Vətən müharibəsi iştirakçıları, şagird və müəllim kollektivi iştirak etmişdilər. Tədbiri Azər Abdullayev açdı. İlk öncə Azərbaycan Respublikasının dövlət  himni səsləndi, daha sonra torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. İlk önncə çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə veridi. O, Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədrin  müavini, e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Haqvürdiyev keçdiyi döyüş yolundan, həyat gənc nəslə danışdı. O, bildirdi ki, vətənini, torpağını, xalqını sevmək dildə yox, hər kəsin əməlində olmalıdı: “Bu gün sizlərin  qarşısında bir məqsəd olmalıdir -  müəllimlərin verdikləri tapşırıqları yerinə yetirib,  əla oxumaq.Məktəb sizin gələcəyinizin təməlidir. Təməl nə qədər möhkəm olsa, gələcəyiniz daha parlaq olacaq. Mən çıxışımın sonunda xalqımızı Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm. Bütün şəhidlərimizə Allahdan  rəhmət, qazilərimizə,veteranlarımıza cansağlığ diləyirəm. Daha sonra  44 günlük Vətən müharibəsi iştirakçısı Məmmədov Süphay    çıxış etdi. Tədbirin sonunda xatirə şəkli şəkildi.  

Hamısını oxu
Prezident şəhid general və polkovnikin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. Axşam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub.

Hamısını oxu
İlham Əliyev SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Sərəncama əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilir. Nazirlər Kabinetinə tapşırılır ki, “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Hamısını oxu
“Bu cür tədbirlər milli-mənəvi dəyərlərimiz təbliği, vətənpərvərlik nümunəsidir”

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Anım Günü münasibətilə Novxanı və Binəqədidə şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələri verilib, şəhid məzarları ziyarət olunub. (https://veteran.gov.az/az/news/3040-novxanida-27-sentyabr-anim-gunu-ile-bagli-sehid-mezarlari-ziyaret-olunub-ehsan-sufresi-verilib ). İş adamı Cəlil Nağıyev tərəfindən təşkil edilən ehsan süfrələrində ümumilikdə 400 nəfər iştirak edib ki, onların arasında həssas kateqoriyadan olan vətəndaşlar üstünlük təşkil edib. Veteran.gov.az-a açıqlamasında bu cür tədbirlərin önəminə diqqət çəkən millət vəkili Elman Məmmədov, belə addımların milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm önəm kəsb etdiyini bildirib: “Bu cür tədbirlərin təşkili şəhid ailələri və qazilərə qayğı nümunəsi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik nümunəsidir. Azərbaycanda hər zaman şəhid ailələrinə böyük ehtiram hissi ilə yanaşılıb, şəhidlərin xatirəsi əziz tutulub. Bu, bizim dövlət siyasətimizdə də öz əksini tapıb. Bu gün Azərbaycan şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Sevindiricidir ki, dövlətimizin bu siyasəti yerlərdə iş adamları tərəfindən də dəstəklənməkdə, təbliğ olunmaqdadır. Anım Günü ilə bağlı şəhid ailələri və qazilərin iştirakı ilə ehsan süfrələrinin təşkili, şəhid məzarlarının ziyarət olunması şəhdilərimizə olan sonsuz sevgi və ehtiramdan xəbər verir. Bu kimi tədbirlər göstərir ki, Azərbaycan xalqı öz şəhidlərini heç vatx unutmur, onların xatirəsini əziz tutur, onların həyat və döyüş yolunun təbliğinə ciddi önəm verir”. Seymur ƏLİYEV

Hamısını oxu