Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 23 iyul 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. 

İclası açıq elan edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov iclas iştirakçılarını müzakirə ediləcək məsələlər haqqında məlumatlandırıb, onlara görülən işlər və qarşıda duran planlar haqqında ətraflı məlumat verib.

İclasda gələn iş baş tutacaq faşizm üzərində qələbənin 80, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaranmasının 40 illik yubileyləri, o cümlədən cari ilin sentyabr ayında keçiriləcək parlament seçkiləri müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Polkovnik Cəlil Xəlilov veteranların ölkənin ictimai-siyasi həyatında hər zaman aktiv rol oynadığını bildirib. O, veteranların qarşıdakı parlament seçkilərində də ciddi aktivlik sərgiləyəcəyinə inandığını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, cari ilin 1 sentyabr tarixli növbədənkənar parlament seçkilərinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərlik müşahidəçi ilə qatılacaq.

 

2024-07-23 12:10:57
3187 baxış

Digər xəbərlər

Prezidentdən generalla bağlı - Sərəncam

Prezident İlham Əliyev Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: "Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin". Qeyd edək ki, bu gün Yaşar Əliyevin 60 yaşı tamam olur.

Hamısını oxu
Şərqdə doğan günəş – Əlişir Nəvai!

Əlişir Nəvai yaradıcılığını öyrənmək ürək əmrimiz olmalıdır “Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən V yazı Dünyada insanlıq və ədəbiyyat üçün xidmət edib, dünya miqyasında məşhurlaşmış şairlər çoxdur. Onların əsərlərini əsrlərlə sevərək oxuyuruq, əsərlərindən qəhrəmanları tez-tez dilə gətiririk. Lakin onların arasında, eyni zamanda xalqının dərdini və kədərini aradan qaldıran, ona həmkar və yardımçı olan, eləcə də dünya insanlarını heyrətə salmış əsərlər yaradan yaradıcılardan çox azdır. İndi beş əsrdən artıq bir müddətdir ki, dünya səhnəsindən enməyərək, türkün zəngin və cazibədar dilini hamıya göstərən böyük mütəfəkkir, dövlət xadimi, böyük söz sənətkarı Əlişir Nəvaidir. Bilirik ki, dünyadakı hər bir xalq və millətin araşdırıcı alimləri özlərinin qüdrətli, görkəmli şair və yazıçıları tərəfindən qoyulmuş zəngin mənəvi irsi öyrənib, elmi nəticələrini bildirərək təbliğ etmişlər. Xüsusən, onlar yaradıcılarnın əsərlərindəki söz istifadə bacarığı, istedadı və şəxsiyyəti barədə elmi tədqiqatlar aparıblar. Lakin böyük şair və mütəfəkkir Əlişir Nəvai əsərlərinin leksikası, söz zənginliyi və söz yaradıcılığı barədə xarici alimlər tərəfindən də, özbək alimləri tərəfindən də mükəmməl elmi tədqiqatlar aparılmamışdır. Bu baxımdan, keçən əsrin 70-80-ci illərində tanınmış Nəvayişünas, dilşünas, filologiya elmləri doktoru, professor Bəhram Bafoyev “Nəvai əsərləri leksikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Orada şairin türk dilində yazılmış 24 əsəri həm leksik-semantik, həm statistik, həm də tematik baxımdan kartoteka hazırlayaraq ümumtürk, ərəb, fars, hind, monqol və yunan sözlərinin miqdarlarını elmi təhlil etdi. Xüsusən, Əlişir Nəvai həmin 24 əsərində təkcə 26 035 söz istifadə etdiyini elmi cəhətdən sübuta yetirdi. Məlumdur ki, Əlişir Nəvai fars-tacik və türk qəzəlliyinin dörd əsasını — lafz (söz), məna, məsrəf və qafiyələrin həm nəzəri, həm də praktik tərəflərini mükəmməl mənimsəmişdir. Şairin türk dilində yazılmış dörd divanında 2600 qəzəl, fars-tacik dilində yazılmış divanında isə 554 qəzəl toplanmışdır. Həqiqətən də, Əlişir Nəvai qəzəl janrında dünyanın böyük, görkəmli yaradıcıları arasında liderdir. O, iki dildə 20-dən çox janrda yazmışdır. O qədər müxtəlif janrlarda şair 200 min misra dəyərində sənət əsərləri yaratmışdır ki, bunun haqqında ömrünün sonunda yazdığı “Lisan ut-təyr” dastanında belə məlumat vermişdir: Nazm-nasrım katibi təxminşünas, Yazsa yüz min beyt edərdi qiyas. Belə kim nazm içində etdim iştiğal, Xatırımda çıxmaz idi bu xəyal. Alim Bəhram Bafoyev öz elmi tədqiqatları vasitəsilə Əlişir Nəvainin söz yaradıcılığı və söz zənginliyi baxımından dünyanın qüdrətli şairləri arasında rəhbər olduğunu elmi şəkildə sübuta yetirdi. Alimin elmi tədqiqatları 1983-1985-ci illərdə çap olunan 4 cildlik “Nəvai əsərləri izahlı lüğəti”nin yaradılmasında əsas təməl oldu. Həmçinin, alim lüğətin hazırlanmasında birbaşa iştirak etmiş, həmmüəllif olaraq qeyd olunmuşdur. Belə böyük elmi tədqiqatlar aparmış fədakar alim, uşaqlığımdan Nəvaiyə olan sevgini oyatmış şəxs babamdır, buna görə də fəxr edirəm və gələcəkdə əcdadımın başladığı yolu davam etdirmək, Əlişir Nəvai kimi ölməz söz sənətkarının yaradıcılığını öyrənmək üçün ürək əmrimi yerinə yetirməyə çalışacağam. Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan Dürdanə BƏFOYEVA, Özbəkistan Respublikası Nəvai Dövlət Universitetinin tələbəsi  

Hamısını oxu
XƏZƏRİN SAHİLİNDƏN ŞƏRƏF CƏLİLİ İLƏ ...

Hamısını oxu
Bu gün Ağsu Rayon Veteranlar Təşkilatının X Hesabat-seçki konfransı keçirilib

veteran.gov.az xəbər verir ki, konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağıriv, rayon veteranları və ziyalıları iştirtak edib.   Giriş nitqi və hesabat məruzəsi ilə çıxış edən Ağsu Rayon Veteranlar Təşkilatının sədri Camaləddin Zeynalov görülən işlər haqqında məlumat verib, aktual məsələlərə toxunub. Daha sonra Yadulla Mehdiyev Təftiş komissiyasının hesabını səsləndirib. Tədbirdə çıxış edən əmək veteranlarıYaşar Qarayev, Tahir Xası, Əmrulla Kərimov dövlətin veteranlara olan qayğısından bəhs edib, gənc nəsillə veteranlar arasında təmasların güclənməsinin vacibliyindən danışıblar.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların cəmiyyətdəki roluna diqqət çəkib. Dövlətin veteranları daim diqqət mərkəzində sxladığını bildirən Cəlil Xəlilov, veteranların da ölkənin ictimai həyatında aktiv iştirak etdiyini, dövlət başçısının siyasətini qətiyyətlə dəstəklədiklərini bildirib. Veteranlar qarşısıdna duran vəzifələr toxunan polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar bundan sonra da milli maraqlarımızın müdafiəsində yaxından iştirak etməli, gənc nəslin maariflənməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsində əllərindən gələni əsirgəməməlidirlər. Yekun nitqi ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov veteranların rayonun ictimai həyatındakı roluna toxunub, onların fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının şəhid ailələrinə, veteranlara yüksək qayğı və diqqət göstərdiyini bildirən icra başçısı, gənc nəslə ali mənəvi dəyərlərlərin aşılanmasında veteranların mühüm rol oynadığını vurğulayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.   Seymur ƏLİYEV

Hamısını oxu