Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı Şəmistan Əlizamanlını 60 illik yubileyi münasibəti ilə təbrik etmişdir

Respublika  Veteranlar Təşkilatı Şəmistan Əlizamanlının Azərbaycan xalqı və mədəniyyəti qarşısında, eləcə də gənclərlə vətənpərvərlik işinin həyata keçirilməsindəki böyük xidmətlərini nəzərə alaraq Təşkilatın təsis etdiyi “General Səməd bəy Mehmandarov” yubiley medalı və “Diplom”u  ilə yubliyarı təbrik etmişdir. Mükafatları  yubiley mərasimində Təşkilatın Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov təqdim etmişdir. Şəmistan Əlizamanlıya yeni-yeni yaradıcılıq uğurları, cansağlığı və uzun ömür arzulayırıq.

2019-02-19 00:00:00
3829 baxış

Digər xəbərlər

Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) ümumi yığıncağı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bakusport.az saytına verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər. Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.  

Hamısını oxu
Ağdamda Müstəqilliyin Bərpası Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, 18 oktyabr 2023-cü il tarixində Ağdam rayonunda Müstəqilliyinin Bərpası Günü qeyd edilib.  Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Həsənov,YAP sədri, Ağdam Rayon Veteranlar Təşkilatının sədri, rayon ziyalıları iştirak ediblər. Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı və digər natiqlər çoxəsrlik tarixə malik qalib Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının  32-ci illiyini qeyd etməsindən, bu günün tarixi əhəmiyyətindən bəhs ediblər. Tədbir iştirakçıları qeyd edib ki, bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etməkdə, bütün dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilməkdədir. Müstəqilliyə gedən ağır və şərəfli yol, habelə bu müstəqilliyi qorumaq, möhkəmləndirmək uğrunda görülən işlər, verilən qurbanlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.  

Hamısını oxu
“Laçının azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsidir”

Cəlil Xəlilov: “Bu uğur Azərbaycana Laçın rayonuüzərində nəzarəti heç bir itki vermədən bərpa etməyə imkan verdi” “1 dekabr 2020-ci il tarixində Laçının erməni işğalından azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi uğurudur”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev Laçının azadlığına nail olmaqla sadəcə erməni işğalına son qoymadı, həm də tarixi bir ləkəni ortadan qaldırdı, AXC-Müsavat hakimiyyətinin biabırçı səhvini düzəltdi: “Hər kəsə məlum olduğu kimi, Laçın rayonunun erməni işğalı altına düşməsində o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səhvləri, yanlış siyasəti mühüm rol oynayıb. Səriştəsiz adamların hakimiyyətə gəlməsi, ordu rəhbərlyində qeyri-peşəkar kadrların təmsilçiliyi, milli maraqların şəxsi maraq və mənafelərə qurban verilməsi sonda bir sıra ərazilərimizin, eləcə də Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə nəticələndi.  Qürurvericidir ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı düşmən tapdağından azad edən Prezident İlham Əliyev diplomatik müstəvidə də böyük uğurlara imza atdı. Belə ki, bir sıra rayonlarımız, eləcə də Laçın erməni işğalından bir güllə belə atılmadan azad oldu. Bu, Azərbaycan dövləti, Azərbaycan diplomatiyası adına son dərəcə böyük və tarixi bir uğurdur. Hansı ki, bu uğur Azərbaycana imkan verdi ki, Laçın rayonunu üzərində nəzarəti heç bir itki vermədən bərpa etsin.  Bundan başqa, Laçının hərbi əməliyyatsız azad edilməsi Azərbaycanın siyasi-diplomatik müstəvədə də böyük və qarşısıalınmaz gücə malik olduğunu göstərdi. Baş verənər sübut etdi ki, Prezident İlham Əliyev sadəcə hərb meydanında deyil, diplomatik cəbhədə də yeniməz sərkərdə, dahi dövlət xadimidir. Bu gün işğaldan azad edilən bütün ərazilər kimi doğma Laçınımızda da böyük abadlıq və quruculuq işləri davam edir. Vaxtiylə ermənilər tərəfindən viran ediən Laçın indi əsl cənnəti xatırladır. Bu gün hər bir azərbaycanlı, eləcə də Laçına səfər edən hər bir əcnəbi vətəndaş əmindir ki, yaxın illərdə Laçın daha da gözəlləşəcək və dünyanın ən qabaqcıl turizm mərkəzlərindən birinə çevriləcək. Onu da qeyd edim ki, 19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib. (https://veteran.gov.az/az/news/2954-lacinda-8-noyabr-zeferi-suverenliyimizin-qarantidir-movzusunda-konfrans-kecirilib ) Konfransda Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da iştirak edib, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında rayonda görülən işlərə diqqət çəkib. Laçın səfəri zamanı şahid olduğumuz yeniliklər, bu yeniliklərin biz veteranlarda  yaratdığı bir-birindən gözəl təəssüratlar bir daha onu deməyə əsas verir ki, Laçın sürətlə inkişaf etməkdə davam edir və bugünə qədər olduğu kimi bundan sonra da öz uğurları ilə bütün dünyanı heyrətləndirəcək”. Seymur ƏLİYEV Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Ağdamda Milli Qəhrəman Yelmar Edilovla bağlı tədbir keçirilib

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Edilov Yelmar Şahmar oglunun şəhadətə yüksəldiyinin 30-cu ildönümü Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı tərəfindən qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatı, qəhrəmanımızın ailə üzvüləri, vətədnaş cəmiyyəti institutları, təhsil müəssələrinin nümayədnələri, Ağdam Rayon İqtisadiyyat Kollecinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib.  Ağdamda Qəhrəmanlar abidəsinin qarşısında keçirilən tədbirdə Ulu öndərimizin, qəhrəmanımızın və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə  qəhrəmanımız haqqında Ağdam Rayon İcra Hakimiyətinin birinci müavini Allahverən Əliyev, Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov və digər natiqlər xatirələrini bölüşüblər. Qəhrəmanımızın şəhid oldugu yer döyüş yoldaşları,veteranlar tərəfindən ziyarət olundu.Sözügedən məkanda qəhrəmanımızın böyüdülmüş şəkli, bayraq dirəyi basdırılıb. Qəhrəmanımızın ruhuna Quran oxunub, dualar edilib. Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatıın sədri Elşən Zeynalov tədbirin keçirilməsinə dəstək verən əlaqədar qurum və şəxslərə - Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Ağdam Rayon İqtisadiyyat Kollecinin drektoru Natiq Cavadova və direktor müavini Məhəmməd müəllimə təşəkkür edib, minnətdarlığını bildirib.  

Hamısını oxu