Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb"

"AŞPA-da Azərbaycanın iştirakı olmadan, Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, bu Təşkilatın daim istinad etdiyi demokratik dəyərlərlə daban-dabana ziddir".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, dünya ictimaiyyəti çox gözəl bilir ki, Qarabağda etnik təmizləmə aparılmayıb:

"Bu barədə BMT müşahidəçilərinin rəsmi mövqeyi elan edilib. Çoxsaylı videogörüntülər mövcuddur. Paralel olaraq, ABŞ konqresmenlərinin Dövlət Katibinə müraciətləri də eyni qəbildəndir. Bütün bunlar dünya erməniliyi və onlara lobbiçilik edən satılmış siyasətçilərin vasitəsilə aparılır və vahid mərkəzdən idarə olunur. Məqsəd, Azərbaycanı təzyiq altında saxlamaq, kənardan idarə olunan vassal dövlət halına gətirməkdir. Eyni zamanda, erməni məsələsinin beynəlxalq gündəlikdən birdəfəlik çıxarılmasına imkan verməməkdir. Onlar gözəl başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, avtomatik olaraq Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Belə olan halda, həmin qüvvələrin nə Azərbaycana, nə də ki, Türkiyəyə təsir imkanları qalmır. Qlobalistlər bundan çox narahatdırlar".

Deputat vurğulayıb ki, ermənilər, insan haqqları sadəcə bəhanədir:

"Bakı həbsxanaslndakı separatçılar beynəlxalq Haaqa və Cenevrə konvensiyalarlna görə, konkret ağır cinayətlər törətmiş şəxslərdir. Araik Arutyunyanın Gəncəni və digər şəhərləri gecə vaxtı bombalanması əmrini verdiyi barədə videoyazılar var. Digər separatçılarla bağlı həmçinin. Hər şey şəffafdır. Hesab edirəm ki, onlarla bağlı məhkəmə prosesləri açıq şəkildə aparılmalıdır. Qiyabi də olsa, Xocalıda və digər bölgələrdə qətliam törətmiş Koçaryanlar, Sarkisyanlar məhkəmə qarşısında cavab verməlidirlər. Eybi yox, hələlik qiyabi cəza verilməlidir. Sonra isə, İnterpol xətti ilə axtarışa verilə bilər. Məhkəmə prosesinə, cinayətkarlara himayədarlıq edən dövlətlərin nümayəndələrinin iştirakının təmin olunması, vacib şərtdir. Bəlkə vicdanları bir az ağrıdı. Məhz, həmin dövlətlərin dəstəyi hesabına balaca bir Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, 1 milyona yaxın qaçqın, məcburi köçkünün həyatını zəhərlədi, qətliamlar törətdi. Bütün bunların kökündə, beynəlxalq hüquqa, insan haqqlarına selektiv yanaşma, ikili standartlar, geosiyasi rəqabət, regiona nəzarət uğrunda mübarizə nəticəsində baş verir. Qərbin ikiüzlü siyasətinin arxasında dayanan amillər bunlardır".

 

2024-10-11 17:44:09
2864 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub

Zəngin və mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı zamanın ağır sınaqlarından çıxarıb. Dahi şəxsiyyət böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında ikən Ulu Öndərə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib. Dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Bu sözləri ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib. “Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında müstəsna rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var. Ulu Öndər Azərbaycan və dünya tarixinin yaddaşında qalacaq. Azərbaycan Ordusunun, iqtisadiyyatının güclənməsində və ölkəmizin dünyada tanınmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi həkk olunub”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Prezident İlham Əliyev böyük güclərin Azərbaycana təzyiq vasitələrini necə ortadan qaldırıb?

44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində yeni bir səhifə açdığı, bu müharibə nəticəsində əldə edilən 8 Noyabr zəfərinin dünyanın ölkəmizə olan münasibətini əsaslı şəkildə dəyişdiyi birmənalıdır. Bu gün Azərbaycan öz müstəqil siyasəti, güclü iqtisadiyyatı, milli həmrəyliyi, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri ilə hər cür təsir və təzyiqin fövqündə duran qüdrətli bir dövlət, demokratik bir respublikadır. Halbuki, işğal dönəmində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə bir sıra güclər Azərbaycana təzyiq göstərməyə çalışır, onun daim zəif, “sözəbaxan”, müstəqil iradədən malik dövlət olmasını arzulayırdı. Bu səbəbdən də onlar mütəmadi şəkildə respublikamıza təzyiqlər göstərir, ölkəmizin qarşılaşdığı problemlərin həllinə yox, bu problemlərin daha da mürəkkəbləşməsinə çalışırdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra hər şey tamamilə dəyişdi və ortaya heç bir təzyiqə boyun əyməyən, ən böyük güclərə belə açıq meydan oxuyan Azərbaycan meydana çıxdı.  Bəs bu proses necə reallaşdı? Bunu anlamaq üçün öncə anti-Azərbaycan güclərinin ölkəmizə qarşı istifadə etdiyi əsas təzyiq vasitələrinə nəzər salmaq lazımdır. Azərbaycanın faciəsində səadət axtaran “sülhpərvər qüvvələr” Müşahidələr göstərir ki, məkirli qüvvələrin, beynəlxalq güclərin, erməni havadarlarının dövlətimizə qarşı istifadə etdiyi əsas təzyiq vasitəsi işğal faktoru olub. Bu amildən istifadə edən dövlətlər, eləcə də keçmiş Minsk qrupunun həmsədr ölkələri erməni təcavüzünə son qoymaq əvəzinə ona dəstək verir, süni şəkildə problemin həllini yubadırdı. Onlar Azərbaycanı inandırmağa çalışırdı ki, problemin hərbi yolla həlli perspektivi yoxdur və buna görə də hər şey yalnız sülh yolu ilə həll edilməlidir. Bunun üçün isə hər hansı konkret müddət nəzərdə tutulmur, mənasız danışıqlar qeyri-müəyyən müddətə qədər uzadılır, dalana dirənir, sonra yenidən heç bir irəliləyiş olmadan davam etdirilirdi. Bu müddət ərzində isə “vasitəçilər”, eləcə də digər “sülhpərvər” güclər Azərbaycandan ən müxtəlif məsələlərlə bağlı güzəştər qoparmağa çalışır, öz maraqlarını işğal probleminin uzanması hesabına təmin etməyə cəhd edirdi. Məhz bu səbəbdən də Prezident İlham Əliyev Azərbaycanın inkişafına mane olan, insanlarımızda yarımçıqlıq kompleksi yaradan, kənar güclər üçün göydəndüşmə təzyiq vasitəsi olan bu problemi ortadan qaldırmağa qərar verdi. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixndə başa çatan 44 günlük Vətən müharibəsi ilə erməni işğalına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi ki, bu da avtomatik olaraq anti-Azərbaycan qüvvələrinin əsas təzyiq vasitəsini ortadan qaldırmış oldu. 8 Noyabr qələbəsi işğal probemini hərbi yolla həll etməklə yanaşı, Minsk qrupunu da gərəksiz bir quruma çevirdi. Vasitəçi dövlətlərin sülh adı ilə Azərbaycandan faydalanmaq cəhdlərinə qəti şəkildə son qoyuldu. Qələbə Azərbaycana Qarabağ və Şərqi Zəngəzuru dirçəltmək, bu regiondakı zəngin təbii ehtiyatlardan istifadə etmək, milli iqtisadiyyatı inkişaf etdirmək imkanı yaratdı ki, Azərbaycan bu imkandan elə ilk gündən maksimum istifadə etməyə başladı. Ermənipərəst güclərin boşa çıxan ümidləri və bu ümidsizlikdən qaynaqlanan qəzəb Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti işğal faktorundan yararlanan, yaxud yararlanmaq istəyən bütün beynəlxalq güclərin ciddi qəzəbinə səbəb oldu. Hər zaman ermənilərə dəstəyi ilə diqqət çəkən Fransa, 44 günlük müharibədən sonra açıq anti-Azərbaycan mövqeyi sərgiləməyə, ölkəmizlə bağlı yalan və böhtan kampaniyası aparmağa başladı. Bir tərəfdən Azərbaycanın ünvanına hədyanlar yağdıran rəsmi Paris, digər tərəfədn Ermənistanın müasir hərbi texnika ilə silahlandırılması, erməni ordusunun yenidən təşkili və s. istiqamətində addımlar atmağa başladı. Lakin nə Fransanın yalanları, nə də onun Ermənistana verdiyi silahlar Azərbaycanın qalib mövqeyində hər hansı dəyişikliyə səbəb olmadı. Əksinə, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanının timsalında bütün hədə-qorxulara, təhdid və təzyiqlərə açıq meydan oxudu, heç bir dövlətin təzyiqnə boyun əyməyəcəyini vurğuladı. Nəhayətdə, bütün dünya Azərbaycanın Vətən müharibəsindəki qələbəsini tanımaq, rəsmi Bakının azad, müstəqil mövqeyi ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı. Azərbaycan gücünü müharibə yolu ilə, yenilməzliyini iradəsi və cəsarəti hesabına bütün dünyaya bəyan etdi. “Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur” 31 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində dövlətimizin beynəlxalq aləmdəki hazırkı statusu haqqında demişdir: “Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”. Prezidentin məlum sitatı Azərbaycanın hazırkı mövqeyini izah etməklə yanaşı, böyük güclərin digər təzyiq vasitələrini necə sıradan çıxarıldığına da aydınlıq gətirir. Xalq-iqtidar birliyinin təmini, güclü siyasi iradə, nəhəng iqtisadi potensial, dünyanı heyrətləndirən enerji siyasəti və s. anti-Azərbaycan güclərinin ölkəmizə qarşı təzyiq vasitələrinin ortadan qaldırılmasını təmin etdi. Bütün bunlar Prezident İlham Əliyevin bilavasitə liderliyi altında gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti bununla sübut etdi ki, o, sadəcə hərb meydanında deyil, həm də diplomatiya meydanında yenilməzdir və nəyin bahasına olursa-olsun öz məqsədinə nail olmağı bacarır. Bu gün Azərbaycan heç bir təzyiqə boyun əyməyən qalib bir dövlətdir. Bu gün ölkəmizdəki firavanlıq, sülh və təhlükəsizlik, sürətli iqtisadi artım tempi beynəlxalq ictimaiyyət tərəfindən heyrət və həsədlə izlənməkdədir. Lakin bu uğurun davamlı olması üçün bizi biz edən dəyərləri qoruyub saxlamağımız – milli birliyimizin, həmrəyliyimizin keşiyində dayanmağımız, dövlətimizin hər bir çağırışına anındaca cavab verməyimiz, Prezidentimizin ətrafında yumruq kimi birləşməyimiz zəruridir. Belə olarsa, bundan sonra da bədxah qüvvələrin ölkəmizlə bağlı məkirli niyyətləri sadəcə niyyət olaraq qalacaq və heç zaman reallaşmayacaq. Seymur ƏLİYEV    

Hamısını oxu
ÇİN VƏ ƏFQANISTAN SƏRHƏDLƏRİNDƏ XİDMƏT EDƏN HƏRBÇİMİZ SONUNDA VƏTƏNƏ QAYIDIR

Hamısını oxu
Üç rəngli Bayrağımız müstəqilliyimizin əbədi simvoludur

9 Noyabr-  - Dövlət Bayrağı günü münasibəti ilə Respublika Veteranlar Təşkilatında tədbir keçirilimişdir. Tədbiri giriş sözü ilə Təşkilatın sədri general polkovnik Tofiq Ağahüseynov açdı. T.Ağahüseynov: Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.  1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.          Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur”. Çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov: “Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd – vətəndaşlığın əxlaqi yükünü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Milli simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır”. Tədbirdə digər çıxış edənlər digər çıxış edənlər Üç rəngli bayrağımızın əbədi müstəqilliyimizin simvolu olduğunu bildirdilər. Azərbaycan bayrağının xalqımızın həytında xüsusi yeri olduğunu bildirən natiqlər vətən və bayraq anlayışların eyniyyətindən və müqəddəsliyini vurğuladılar.  Tezliklə  Lələtəpə kimi digər işğal altında olan torpaqlarımızda şanlı Odumuzun Qələbə Bayrağımızı dalğalanacağına inam ifadə etdirər.

Hamısını oxu