Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

2024-12-12 11:44:09
3111 baxış

Digər xəbərlər

Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov

Göygöl rayonunda yüzlərlə insan qazi Ehtiram Orucovu qarşılayıb. Baku TV xəbər verir ki, 25 yaşlı Ehtiram Orucov müddətdən artıq xidmət keçib.  Döyüşlər başlayandan ön cəbhədə Vətən keşiyində dayanıb. Cəbrayıl, Füzuli şəhərlərinin işğaldan azad edilmsində iştirak edən E.Orucov döyüşlərdə yaralanaraq qazi olub. Bu gün Orucovlar ailəsi qürur və sevinc hissi yaşayır.    Qazinin atası Vaqif Orucov deyir ki, şanlı tariximizin zəfər səhifəsində övladının da adının olması möhtəşəm hissdir.  V.Orucov dövlətin oğlunu tək qoymadığını da bildirib.  Qeyd edək ki, Orucovlar ailəsi cəbhəyə üç övlad yola salıb. Döyüşlərdə hər üçü qəhrəmanlıq göstərib. E.Orucov yaralanıb qazi olsa da, qardaşları vətənin müdafiəsində xidmətlərini davam etdirirlər.

Hamısını oxu
Ermənistan təxribatına layiqli cavab verildi

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin iclasını keçirib.  İclasda son 6 ayın yekunları müzakirə edilib, habelə, qarşıdakı 6 ay ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvəər Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilatın son 6 aydakı fəaliyyətini ümumilikdə qənaətbəxş hesab etsə də, qarşıdakı dönəmdə daha yüksək nəticələr əldə etməyin zəruriliyini vurğulayıb. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman öz fəaliyyətində müasir çağırış və tələbləri daim diqqət mərkəzində saxlayıb və bundan sonra da öz ənənəsinə sadiqlik sərgiləyəcək.

Hamısını oxu
Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev Azərbaycan Veteranlar Təşkilatında görüş keçirib. Trend-in məlumatına görə, görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. A.Əliyev çıxış edərək qeyd edib ki, ölkədə çox böyük seçki ab-havası var: "Potensialı olan kifayət qədər deputatlığa namizəd var. İnsanlar seçkiyə getməli, səs verməlidirlər, səslərinə sahib çıxmalıdırlar. 2005-ci ildən seçkilərə qatılmışam. 20 saylı Nərimanov ikinci seçki dairəsi mənə yaxşı tanışdır, insanları əzizdir. Çünki deputat olmamışdan əvvəl də bu ərazidə fəaliyyət göstərmişəm. Deputat xalqa xidmət etməlidir, mənim prinsipim belədir. Sosial şəbəkələrdə bəzən neqativ fikirlər səsləndirir. İddia edirlər, guya deputatlar yalnız özünü düşünür. Bu fikri cəm halında səsləndirmək düzgün deyil. Seçicilərlə görüşün elanını verəndə, narazılıq bildirənləri də dəvət edirəm, gəlin iradlarınızı bildirin, cavablandıraq… Mən bəzəkli həyat tərzi sürməkdən çox uzağam. Bunu məni tanıyanlar da yaxşı bilir. Seçicini bir dəfə aldatmaq olar, növbəti dəfə seçicinin qarşısına necə çıxmaq olar? Bəzi iradlar haqsız olur. Hansısa deputatın sehirli çubuğu yoxdur ki, bütün problemləri həll etsin. Hamımız vətənə, dövlətə xidmət etməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrundan şəhid olanların ailələrinə, qazilərə diqqət göstərməliyik. Bu, borcumuzdur. Şəhid anasını öz anan hesab etmədinsə, səndən vətənə xidmət edən olmaz. Torpaqların işğalda olmasından xəcalət çəkirəm. Ermənilər çox hiyləgər xalqdır, dünyanın hər yerinə yayılıblar. Qarabağ probleminin həlli üçün dövlətə dəstək olmalıyıq, bunun üçün gənclər oxumalıdır. Xaricdə oxuyan azərbaycanlılar ölkəyə qayıtmalı, xalqa xidmət etməlidir. Xalqın buna ehtiyacı var. Bu istiqamətdə əlimdən nə gəlirsə, edirəm. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin dünyaya tanıdılması üçün çalışır". A.Əliyev xaricdə yaşayan bəzi azərbaycanlıları da tənqid edib: "Ölkədən hansısa yollarla xaricə gedənlər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər. "Youtube"a, "Facebook"a onların ailələri baxmır? Axı biz azərbaycanlıyıq. Bu cür yollara əl atmaq düzgün deyil". 

Hamısını oxu