Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyeva başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib.

“Qafqazinfo”nun məlumatına görə, paylaşımda deyilir:

“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm.

Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”

2024-12-25 17:07:49
1122 baxış

Digər xəbərlər

General Müşfiq Məmmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov, İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov, İctimaiyyətlə Əlaqələr və Mədəni-Kütləvi Tədbirlər şöbəsinin rəisi polkovnik Elvin ƏzizovƏmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilovla görüşüb.  Görüş əsnasında Fatma Səttarovanı 9 may- Qələbə Günü münasibətilə təbrik edən Müşfiq Məmmədov, Azərbaycan xalqının igid övladlarının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstəriyini, Vətən müharibəsində bütün dünyanın bu qəhrəmanlığa yenidən şahid olduğunu vurğulayıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına, eləcə də şəxsən ona olan qayğıya görə general Müşfiq Məmmədova təşəkkürünü bildirən Fatma Səttarova, veteranların hər zaman dövlət başçısının, o cümlədən Müdafiə Nazirliyinin diqqətini hər zaman üzərlərində hiss etdiklərini bildirib. Daha sonra polkovnik Cəlil Xəlilov general Müşfiq Məmmədova Təşkilatın fəaliyyəti, gördüyü işlər, həytata keçirdiyi mühüm layihələr haqqında geniş məlumat verib. Müdafiə Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əlaqələrin genişlənməsi, birgə tədbrlərin təşkili və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyinin nümayəndələri Təşkilatın inzibati binası, muzey və guşələri ilə tanış olub, veteranlarla görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Seymur ƏLİYEV  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Hamısını oxu
Əli Nağıyev kursantlarla görüşdü

2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib. Axar.az xəbər verir ki, DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsiziliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.

Hamısını oxu
“Qərbi Azərbaycana qayıdış tarixi ədalətin və mənəvi bütövlüyümüzün təmini olacaq”

“Vaxtiylə erməni faşizmi tərəfindən dədə-baba yurdundan didərgin salınan soydaşlarımızın yenidən Qərbi Azərbaycana qayıdışı tarixi ədalət və xalqımızın mənəvi bütövlüyünün təmini baxımından zəruridir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər mühüm əhəmiyyətə malikdir: “Qərbi Azərbaycana qayıdış, yüz minlərlə haqqı pozulan soydaşlarımızın hüququnun illər, əsrlər sonra bərpa edilməsi hər zaman Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçısı dəfələrlə Qərbi Azərbaycana qayıdışın vacibliyi ilə bağlı açıqlamalar verib, bu qayıdışın həm beynəlxalq hüquq, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də dövlət başçısının bu qayıdışı xalqımızın mənəvi bütövlüyünün təmini baxımından da vacib hesab etməsidir. Müzəffər Ali Komandan haqlı olaraq hesab edir ki, bu qayıdış xalqımızı öz mədəni irsini, tarixi yaddaşını bərpa etməyə, mənən və ruhən bütövləşməyə kömək edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Vətən müharibəsi nəticəsində erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin edən Azərbaycanın qarşısında dayanan iki mühüm hədəf var ki, bunlardan biri işğaldan azad edilən ərazilərdə həyatı dirçəltmək, bu coğrafiyanı bütün regionun əsas iqtisadi güc mərkəzlərindən birinə çevirməkdir. Hansı ki, dövlətimiz Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında bu istiqamətdə heyrətamiz layihələr həyata keçirməkdədir.  Digər bir məqsəd isə Qərbi Azərbaycana qayıdışı təmin etmək, bu ərazilərdə silinən tarixi irsimizi bərpa etməkdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qərbi Azərbaycandan didərgin salınan vətəndaşların tarxi yurduna qayıdışını təmin edəcək və bu məqsədinə sülh yolu ilə nail olacaq. Prezidentin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə bir daha diqqət çəkməsi dövlətimiz üçün bu məqsədin bundan sonra da öz prioritetliyini qoruyub saxlayacağını  göstərir”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu