Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qazi statusu yalnız imtiyaz deyil, həm də məsuliyyətdir

Şəhid və qazilərin xalqımız və dövlətimiz üçün sonsuz müqəddəslik və ehtiram ehtiva etdiyi şübhəsizdir.  Yalnız ona görə yox ki, biz işğaldakı torpaqlarımızı onların sayəsində azad etmişik. Həm də ona görə ki, milli qürurumuzu, ləyaqətimizi məhz şəhid və qazilərimizin canı, qanı bahasına bərpa etmiş, mənəvi baxımdan bütövləşmişik. Bu mənada sahib olduğumuz hər şeyə görə şəhid və qazilərimizə, onların qəhrəmanlığına borclu olduğumuz birmənalıdır. Necə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxış və müsahibələrində dəfələrlə bu həqiqətə diqqət çəkib, böyük zəfərin müəllifinin Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu vurğulayıb. Məhz xalq və dövlət qarşısındakı bu böyük, tarixi xidmətinə görə şəhid ailələri və qazilər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə təmin olunub, cəmiyyətimizin mənəvi sərvətinə çevrilib. Prezidentimiz və dövlətimiz şəhid ailələri və qazilərlə bağlı hər bir məsələni daim diqqət mərkəzində saxlayır ki, məqsəd onları narazı sala biləcək problemləri vaxtında ortadan qaldırmaq, bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının maksimum şəkildə yaxşılaşmasını təmin etməkdir.

Ancaq təəssüflər olsun ki, bəzən qazilərimiz arasında elə şəxslər də olur ki, onlar öz sosial rifahlarını, maddi təminatlarını yüksəltmək üçün qanunsuz üsullara əl atır, dövlət əmlakını zəbt etməyə cəhd edirlər. Bu qəbildən olan qazilərimiz əsassız yerə hesab edir ki, daşıdıqları qazi statusu onlara qanunu pozmağa, istənilən məsələyə hüquq müstəvisində deyil, şəxsi maraqlar konteksində yanaşmağa imkan verir. Halbuki, qanunun hər kəs kimi qazilər üçün də mütləq və  toxunulmaz olduğu şəksizdir.

Bugünlərdə Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsində Elvin Zeynalov adlı qazinin  SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olan torpaq sahəsində qanunsuz tikinti aparmağa cəhd etməsi, öz vəzifəsini icra edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları ilə münaqişəyə girməsi hələ də bəzi qazilərimizin öz imtiyazlarını qanundan daha üstün hesab etdiklərini göstərir.

Xatırladaq ki, bundan öncə də, müxtəlif qazilərin timsalında bu cür hallar - qanunun tələblərinin tapdanması halları dəfələrlə baş verib və bəzi hallarda ciddi problemlərə səbəb olub. Bütün bunlar qazi imtiyazının qanuna qarşı qoyulmasının yolverilməz olduğunu göstərir.

Qazi imtiyazı uca bir məqam olsa da, dövlət qanunundan üstün deyil və ola da bilməz. Çünki istənilən imtiyazlı təbəqənin qanundan üstün olması həmin dövləti üçün qarşısıalınmaz xais və anarxiya, başqa sözlə desək məhv, hüquqi və praktiki çöküş deməkdir. Unutmaq olmaz ki, qazilik sadəcə imtiyaz deyil, həm də məsuliyyətdir. Hər bir qazi xalqın qürur mənbəyi kimi qanunun tələbinə ikiqat həssaslıqla yanaşmalı, qanunun tələbinə ikiqat ehtiram göstərmlidir. Çünki o, digər insanlar üçün də nümunədir. Qazilərimiz zorakılıq və aqressiya ilə deyil, qanunun aliliyinə göstərdikləri hörmətlə, istənilən provbemi sivil yolla, hüquq müstəvisində həlli təşəbbüsləri ilə  gündəmə gəlməli, cəmiyyətə məhz bu konteksdə örnək olmalıdırlar. Necə ki, biz, böyk əksəriyyətin timsalında bunu görür və bundan məmnunluq duyuruq.

İnanırıq ki, öz istəklərini qanunun tələblərini pozmaqla gerçəkləşdirməyə çalışan qazilərimiz də gec-tez bu həqiqəti başa düşəcək, öz davranışları ilə hər birimiz üçün nümunəyə çevriləcəklər.

Seymur ƏLİYEV

2025-01-08 07:32:13
3809 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib, onun müalicəsi ilə maraqlanıb.  Ziyarətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Anna Xarkovskaya Bakı Sağlamlıq Mərkəzinin tibbi personalının müalicəsinə həssaslıqla yanaşdığını, ona hərtərəfli diqqət və qayğı göstərdiyini vurğulayıb, həkim kollektivinə öz təşəkkürünü bildirib.  O, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru  Dos.Dr.Asiman Həsənova da müalicəsi ilə mütəmadi maraqlandığına görə minnətdarlığını bildirib. Veteranların xalqımızın mənəvi sərvəti olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, dövlət başçısının hər zaman şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb, bu münasibətin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, həkimlərimiz Vətən müharibəsi dönəmində də ordumuzla çiyin-çiyinə səngərlərdə yer alıb, yaralanan minlərlə hərbçimizi öz fədakarlıqları, peşəkarlıqları ilə həyata qaytarıb. Polkovnik bu gün də həkimlərin veteranların, müharibə əlillərinin müalicəsinə həssaslıqla yanaşdığını söyləyib, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından təşəkkür edib. Seymur ƏLİYEV  

Hamısını oxu
“Beynəlxalq təşkilatlar Qarabağdakı qondarma

Xəbər verdiyimiz kimi, erməni separatçıları işğal edilmiş Azərbaycan torpaqlarında qondarma “seçki” keçirib.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov beynəlxalq təşkilatların baş verənlərə münasibət bildirməsinin vacib olduğunu vurğulayıb:   “Aydındır ki, Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilən bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur və bu “seçkilər” erməni separatizminin əsl mahiyyətini, onun beynəlxalq hüquqa olan münasibətini bir kəs daha ortaya qoyur. Artıq Azərbaycan tərəfi baş verənlərlə bağlı öz mövqeyini ortaya qoyub, bu “seçkilərin” etibarsız olduğunu, heç bir hüquqi əsasa malik olmadığını vurğulayıb. Azərbaycan XİN-nin məlum bəyantında da qeyd olundu ki, bu “seçki” həm Azərbaycan konstitusiyasına, həm də BMT Nizamnaməsinə, ATƏM-in Helsinki aktına ziddir və hüquqi əhəmiyyət kəsb etmir. Ancaq təəssüflər olsun ki, hələ də Qarabağdakı bu “seçkilərlə” bağlı beynəlxalq təşkilatlar hər hansı mövqe sərgiləməyib. Azərbaycanda keçirilən seçkilərlə bağlı ard-arda bəyanatlar verən, açıqlamalar yayan beynəlxalq təşkilatların Qarabağdakı “seçkilərlə” bağlı indiki susqunluğu anlaşılan deyil.   Hesab edirəm ki, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı ölkələri Qarabağdakı qondarma “seçkilərlə” bağlı mövqe ortaya qoymalı, işğalçının bu addımını qınamalıdır. Çünki bu “seçkilər” yalnız Azərbaycan konstitusiyasına qarşı deyil, həm də ümumilikdə beynəlxalq hüquqa, BMT nizamnaməsinə ziddir. Baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulması və təhqiri deməkdir. ”   Düşmən isə anlamalıdır ki, bu kimi addımlarla nəyəsə nail ola, Qarabağdakı mövcudluğuna hüquqi don geyindirə bilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Müharibədə şəhid olmuş hərbi qulluqçuların - Siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Hamısını oxu
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən dama və şahmat üzrə yarışlar keçirilib

Veteran.gov.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən dama və şahmat üzrə yarışlar keçirilib. Yarışlar əməkdaşların asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi, kollektiv ruhunun möhkəmləndirilməsi ilə yanaşı, müstəqil dövlətçilik dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda mərkəzdən 11 nəfər hərbi qulluqçusu və 2 nəfər dövlət qulluqçusu iştirak edib. Dama üzrə yarışda çempion adını kapitan Nəbi Alqayev qazanmış, ikinci yeri leytenant Əliəsgər Həsənəliyev, üçüncü yeri isə mayor Vüsal Əlizadə tutmuşdur. Şahmat üzrə yarışda çempion adını kapitan Fuad Əliyev qazanmış, ikinci yeri kapitan Vahid Novruzzadə, üçüncü yerə isə mayor Gündüz Həsənov tutmuşdur. Yarışın açılış və mükafatlandırma mərasimində Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov, Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Rəşad Quliyev və beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə çıxış etmiş və qalibləri təltif etmişlər.    

Hamısını oxu