Digər xəbərlər
Xəbər verdiyimiz kimi, artıq günlərdir Bakıda keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir. Həmçinin, bildirilib ki, cəbhə xəttindən ermənilərdən hərbi qənimət olaraq götürülmüş hərbi texnikalar da paradda nümayiş etdiriləcək. Paradın hazırlıqlarından yeni görüntüləri təqdim edirik:
Hamısını oxu
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu hadisələr sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igidləri qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zakir Nüsrət oğlu Məcidovdur. Zakir Nüsrət oğlu Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Bakıda başa vurduqdan sonra, Zakir Məcidov 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub həmin məktəbi bitirərək, leytenant rütbəsi alıb. Vətənə dönən Zakir Məcidov Yevlax aviadəstəsində “AN-2” təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. Bakı aviabölüyündə mexanik, Zabrat aviabölüyündə “AN-2” təyyarəsində yenidən yay uçuşlarında işləyib. 1980-ci ildə təyinatla Zabrat aviadəstəsində “AN-2” təyyarəsinin komandiri təyin edilib. Gənc leytenant 7 il bu müəssisədə çalışıb. İstehsalatdan ayrılmadan, ixtisasını artırmaq üçün Ukraynanın Kremençuk Təyyarəçilər Məktəbində “Mİ-2” vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçib. Nəhayət, “Mİ-2” vertolyotunda heyətin komandiri təyin olunub. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, keyfiyyətli uçuşlara görə “Mİ-2” vertolyotuna baş komandir keçirilib. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri olub. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Zakir Məcidov, ordakı vəziyyəti görüb, buna biganə qala bilməyib və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olub. Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan “N” saylı hərbi hava hissəsində “Mİ-24” vertolyotlarından birinə komandir təyin olunub. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb. Onun uğurlu əməliyyatlarından biri də 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyində baş tutur. Düşmənə dəfələrlə zərbələr endirən Mİ-24 vertolyotu düşmənin diqqətini özünə çox çəkir. Nəzarətdə saxlanılan vertolyotu vurmaq üçün düşmən artıq məqam axtarır. Bunu hiss edən Zakir isə düşənə aman verməyərək onlara öz şücaətini göstərir. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələyib. Sayıqlığını itirməyən igid komandir çox çalışıb ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Vurulan vertolyot düşmən ərazisinə düşür və Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olur. Qəhrəmanımız Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur. Qeyd edək ki, vətən torpaqlarının qorunması üçün fədakarlıq göstərən Zakir Məcidov hərbi hissə qarşısındakı döyüş tapşırıqlarını yerinə yetirib şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Zakir Məcidov ən yüksək zirvəni qazanaraq qəhrəmanlığı ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacardı. Xalq belə oğulları ilə hər zaman qürur duyur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polklovnik Cəlil Xəlilov Rəyasət Heyəti adından sabiq səfir və millət vəkili Yaşar Əliyevi 75 illik yubileyi münasibətilə təbrik edib, onu Təşkilatın xüsusi mükafatı ilə təltif edib. Görüş zamanı sabiq diplomata veteranların təbrikini çatdıran polkovnik Cəlil Xəlilov, Yaşar Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirib: “Uzaq Çindən tutmuş Şərqi Asiyanın bir çox dövlətlərində - Vyetnam, Cənubi Koreya və s. ölkələrdə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri kimi şərəflə xidmət etmiş, müstəqilliyimizin bu coğrafiyada tanınması və möhkəmlənməsi istiqamətində əzmlə çalışmısınız. Təsadüfi deyil ki, Sizin səfir kimi fəaliyyət göstərdiyiniz dövlətlərlə Azərbaycan arasında hər zaman xoş, isti münasibətlər formalaşmış, milli maraqlarımıza hörmət və ehtiram ifadə olunmuşdur. Bu gün hamımızın vətəni olan doğma Azərbaycanımız XX əsrin sonlarındakı Azərbaycandan müqayisəedilməz dərəcədə qüdrətli və yenilməz olsa da, xalqımız çətin zamanda ölkəsinə sədaqətlə xidmət edən insanları unutmur, vətənimizin bu gözəl günlərə çıxmasında bir çox insan kimi Sizin də əməyinizin önəmini yaxşı dərk edir. Sizin xalqımız və dövlətimiz qarşısındakı xidmətləriniz bu gün də fərəh doğurmaqda, minnətdarlıq hissi ilə yad edilməkdədir. Əmin ola bilərsiniz ki, bundan yüz illər sonra da Siz və Sizin milli dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən əməlləriniz xalqımız tərəfindən əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Bir daha 75 illik yubileyinizi təbrik edir, bütün arzularınızın ən qısa zamanda reallığa çevrilməsini diləyirik!” Seymur ƏLİYEV
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar may ayının 2-də və 3-də Gədəbəy, Şəmkir və Gəncədə təşkil olunub. Toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon və şəhər İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli xidmətlərdən bəhs ediblər. Bildiriblər ki, ağsaqqal sözünün, ağsaqqal məsləhətinin böyük önəm daşıdığı Azərbaycan cəmiyyətində gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyac vardır. İnanırıq ki, ağsaqqallarımız bundan sonra da şəhər və rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə öz dəyərli töhfələrini verəcəklər, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun hesabat dövrü ərzində təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzələri dinlənilib. Qeyd olunub ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən mütəmadi olaraq gənclərimizin maariflənməsinə, əlamətdar və tarixi günlərə, cəmiyyətimizdə tolerantlıq ruhunun bərqərar olmasına və bir çox digər aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən ali və orta məktəblərdə tələbə və şagirlərlə görüşlər keçirilib. YAP-ın, Qərbi Azərbaycan İcmasının, Veteranlar Təşkilatının yerli qurumları ilə əməkdaşlıq daha da artırılıb, birgə fəaliyyət proqramları çərçivəsində bir sıra işlər görülüb. Natiqlər, həmçinin, vurğulayıblar ki, hər zaman Ümummilli Liderimizin zəngin irsini cəmiyyət arasında təbliğ edən şəhər və rayon Ağsaqqallar Şuraları bu fəaliyyətlərini “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçiriblər. Hər zaman dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, respublikamızın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan, qədirbilən xalqımızın önündə gedən şəhər və rayon ağsaqqalları ölkəmizin gələcək inkişafı naminə aparılan siyasətin davam etdirilməsini zəruri hesab edərək 7 fevral prezident seçkilərində də yüksək aktivlik nümayiş etdiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, qarşıdan gələn dövr ərzində yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli və effektiv şəkildə quracaqlar. Öz nitqində ağsaqqallıq institutunun qədim tarixindən bəhs edən Bayram Yusifov hazırda ölkəmizdə ağsaqqalların böyük nüfuz və hörmət sahibi olduqlarını vurğulayıb. Bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində bir daha bunun şahidi olduğumuzu bildirən natiq əlavə edib ki, Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının minlərlə üzvü bu seçkilərlə bağlı təbliğat-təşviqat və səsvermə prosesində fəal iştirak ediblər. Seçici olaraq prezident seçkilərində yekdilliklə qalib Liderə, xalqımıza möhtəşəm Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs veriblər. Bayram Yusifov Şura üzvlərinin, dəyərli ağsaqqallarımızın qarşıdan gələn parlament seçkilərində də dövlətimizin, dövlətçiliyimizin inkişafı və xalqımızın rifahı naminə aktiv iştirak edəcəklərinə əmin olduğunu bildirib. Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfər nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən də ətraflı söz açıb. Bildirib ki, fenomen şəxsiyyət, dahi lider, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində Qarabağımızla yanaşı, Vətənimizin hər bir guşəsi gündən-günə daha da gözəlləşir və inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsində Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılığın əldə olunmasından və digər uğurlarımızdan bəhs edən Bayram Yusifov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. O, COP29-la bağlı Azərbaycan Ağsaqqallar Şurasının da yaxın zamanlarda böyük bir tədbir keçirəcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfranslarda ağsaqqallar, ziyalılar, şəhid valideynləri və qazilər də çıxış edərək şəhər və rayon Ağsaqqallar Şuraları üzvlərinin, müdrik ağsaqqallarımızın bu ahıl vaxtlarında böyük əzmkarlıqla həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətlərindən bəhs ediblər. Həmçinin ölkəmizin hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən şəhər və rayonlarımızda belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə öz minnətdarlıqlarını ifadə ediblər. Şəmkir rayonunda və Gəncə şəhərində keçirilən hesabat konfranslarında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyəti üzvlərinin yerinə səsvermə yolu ilə yeni üzvlər seçilib.
Hamısını oxu