Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İdmançılarımız Hindistanda 4 medal qazanıb

Moderator.az xəbər verir ki, 26-27  fevral 2025 -ci il tarixlərində Hindistanın paytaxtı Dehli şəhərində  Qazaq kuresi idman növü üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib. AMİNA- nın kures idman növü üzrə yığma komandanın idmançıları bu çempionatında  dörd bürünc medal qazanıblar. Eyvaz Baxşiyev 60 kq, Şahanə Alməmmədova 70 kq, Hacalı Qasımov 74 kq, Abdulla Abdullayev 82 kq çəkidə bürünc medala layiq görülüb.

İdmançılarımızı təbrik edir, uğurlar arzulayırıq.

Seymur ƏLİYEV

2025-03-01 16:44:53
3063 baxış

Digər xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib

Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Zəfər Günü münasibətilə veteranları təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov 8 Noyabr – Zəfər Günü münasibətilə veteranları təbrik edib. Təbrikdə deyilir: “Hərb tariximizin ən şanlı qalibiyyəti olan 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan Respublikasının Przidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında veteranlarımızın həlledici rol oynadığı, öz rəşadət və qəhrəmanlıqları ilə tarixi qələbəyə böyük töhfə verdiyi heç kimə sirr deyil. Cəmi 44 gün ərzində düşmənin 30 illik istehkamlarını yararaq işğalçı ordunu darmadağın edən veteranlarımız, bununla Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Veteranlarımız öz qəhrəmanlıqları ilə sübut etdi ki, onlar Müzəffər Ali Baş Komandanın hər bir tapşırığını böyük əzm və qətiyyətlə yerinə yetirməyə, istənilən tapşırığın öhdəsindən uğurla gəlməyə qadirdilər. Bizim üçün qürurvericidir ki, 6 il öncə işğaldakı torpaqlarımızın azadlığını təmin edən veteranlarımız bu gün işğaldan azad edilən ərazilərimizdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında həyata keçirilən nəhəng quruculuq prosesində yaxından iştirak etməkdə, azad olunmuş ərazilərimizin dirçəlməsinə böyük töhfələr verməkdədir. Bu fakt veteranlarımızın hər zaman Prezidentimizin yanında olduğunu, onun hər bir çağırışını qətiyyətlə dəstəklədiyini göstərir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bütün veteranlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edir, onların hər birinə ən xoş arzularımızı çatdırırıq. Əminik ki, veteranlarımız hər zaman olduğu kimi bundan sonra da müstəqilliyimizin və suverenliyimizin möhkəmlənməsində, milli maraqlarımızın bütün müstəvilərdə müdafiəsində, Prezidentimizin hər bir çağırışının dəstəklənməsində yaxından iştirak edəcək, xalqımıza və dövlətimizin yüksəlişinə töhfə verməkdə davam edəcəklər. Bir daha veteranlarımızın Zəfər bayramını təbrik edir, onların hər birinə uğurlar arzulayırıq”. Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  

Hamısını oxu
Veteranlar 9 may – Qələbə Günü münasibətilə Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü polkovnik Cəlil Xəlilovun rəhbərliyi altınnda 9 may – faşizmü zərində qələbənin 79-cu ildönümü münasibətilə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin məzarı önünə əkil qoyub.  Daha sonra veteranlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib, hər iki qəhrəmanın abidəsi önünə gül dəstələri qoyublar. Tədbir iştirakçları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının faşizm üzərində qələbəyə mislsiz töhfə verdiyini, məhz Bakı nefti sayəsində böyük zəfərin təmin olunduğunu bildirib. Cəlil Xəlilov veteranlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, veteranların bundan sonra da dövlət siyasətini qətiyyətlə dəstəkləyəcəyini bildirib. Seymur ƏLIYEV    

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq!

Şəhid polkovnik-leytenant Azər Mikayılovun və onun kimi qəhrəmanların həyatları, sanki hər bir təfərrüatında dərin mənalarla yazılmış bir vətən dastanıdır. Onlar, Vətənin bütövlüyünü qorumaq uğrunda canını qurban verən qəhrəmanlar, sanki bir dağ zirvəsi kimi əzəmətlidir. Gözlərindəki işıq, hər bir döyüşdə və hər bir anın içində Vətənin şərəfini qorumaq üçün çəkdikləri əzab və çəkdikləri mübarizənin parlaq əksidir.Hər bir şəhid, bir qəhrəmanlıq dastanının baş qəhrəmanıdır. Onların cismi torpağa qarışsa da, ruhları Vətən torpağında əbədi olaraq qalır. Qanları ilə yazdıqları bu dastan, bu gün də xalqımızın qəlbində oxunur və gələcək nəsillərə örnək olur. Azadlıq və vətən sevgisi, özləri qədər ölümsüzdür. Onlar bir miras qoyub getdilər  bu, yalnız fiziki deyil, həm də əxlaqi, mənəvi bir mirasdır ki, onun dəyəri zamanla daha da artacaq. Onların fədakarlığı, heç vaxt unutulmayacaq.Hər zaman yaddaşlarımızda yaşayıb, bizim üçün bir işıq və bir qürur qaynağı olacaq.Vətən torpağını düşməndən azad etmək nə qədər çətindirsə, onu göz bəbəyi kimi qoruyub saxlamaq ondan da çətindir. Biz Azərbaycan xalqı olaraq 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı - Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün canımızı və qanımızı fəda etdik. Lakin müstəqilliyimizin qorunması fonunda baş verən bu ölüm dirim savaşında erməni daşnaqları, xüsusilə də onların havadarları sayəindədədə baba torpaqlarımızı bir qismini  itirdik. Lakin 30 ildən sonar dövlətimiz, şanlı ordumuz sayəsində  itirdiyimiz torpaqlarımızı, 44 gündə azad etdik. Vətən Müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bu müddət ərzində göstərilən qəhrəmanlıq, həm döyüş meydanında, həm də hər bir Azərbaycan vətəndaşının qəlbindəki vətənpərvərlik ruhunda öz əksini tapdı. Dünya hərb tarixinə nümunə olacaq böyük bir tarix yazdıq. Bu yaradılan tarixin öndə gələn müəllifəri sırasında, Şanlı Azərbaycan dövləti, dar gündə bir yumruq kimi birləşən Azərbaycan xalqı, xüsusilə də Qəhrəman Azərbaycan əsgərləri yer almaqdadır. II Qarabağ savaşında - Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərən, tarix yazan igidlərimizdən biri də polkovnik-leytenant Azər Mikayılov olmuşdur. Azər Əmrah oğlu Mikayılov 1980-ci ilin avqust ayında Kəlbəcər rayonunun Quzeyçiкin кəndində anadan olmuşdur. 1997-ci ildə Naftalan şəhəri 33 saylı tam orta məktəbi bitirən Azər Mikayılov. 1998-2002-ci illərdə Ali Hərbi məktəbdə təhsil almışdır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin təlim-tədris mərkəzində təhsilini davam etdirmişdir. 2003-cü ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı  Qüvvələrinin Quru Qoşunlarında taqım komandiri kimi xidmətə başlamışdır. Hərbi xidməti dövründə müxtəlif vəzifələrdə çalışan Azər Mikayılov son hərbi fəaliyyəti dövründə Xüsusi Təyinatlı Hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri vəzifələrini icra etmişdir. Azər Mikayılov II Qarabağ Müharibəsi başlayandan Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Azər Mikayılov 27 sentyabr 2020-ci il tarixindən 11 oktyabr 2020-ci il tarixinədək hərbi hissə komandiri kimi Cəbrayıl-Hadrut istiqamətində gedən döyüşlərə birbaşa rəhbərlik etmiş, böyük qəhrəmanlıq nümunəsi göstərmiş, onun rəhbərlik etdiyi hərbi qüvvələr onlarla yaşayış məntəqəsinin azad olunmasında, yüzlərlə erməni faşistinin öldürülməsində iştirak etmişdir. 11 oktyabr 2020-ci il tarixində Cəbrayıl-Hadrud istiqamətində baş verən şiddətli döyüşlərdə böyük qəhrəmanlıq göstərən Azər Mikayılov qəhrəmancasına şəhid olmuşdur. Azər Mikayılov hərbi xidmət dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara və nümunəvi xidməti vəzifəsinə görə müxtəlif medallarla təltif olunmuşdur. Ona müxtəlif dövrlərdə təqdim olunan III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları Azər Mikayılovun böyük rəşadətinin, qəhrəmanlığının bariz nümunəsidir. Onun adı bu medallarda əbədiləşmişdir, və onun mübarizəsi, döyüş yolu və böyük qələbəsi heç zaman unudulmayacaq. Bütün bu qəhrəmanlar, üçrəngli bayrağımızın altında, qanları ilə, əzmkarlıqları ilə, yüksək mənəvi dəyərləri ilə öz izlərini qoyublar. Onların hər birinin adı, Azərbaycan xalqının tarixində şanla, qürurla və sonsuz hörmətlə anılacaq. Hər bir şəhidin və igidin adının çəkildiyi zaman, biz yalnız onların keçdiyi mübarizə yolu deyil, həm də onların əziz xatirəsini yaşadırıq. Polkovnik-leytenat Azər Mikayılov kimi qəhrəmanlar, heç vaxt unudulmayacaq, çünki onlar bizim tarixi Zəfərimizin  əsasını qoyublar. Onların fədakarlığı, qələbələri ilə qürur keçiririk,  bir daha qeyd edim ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi daim anılacaq və bu torpaqlar üzərində dalğalanan üçrəngli bayrağımız hər zaman qürurla, əzmlə dalğalanacaq.                         Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu