Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidin mövlüd günündə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı  şəhid Mübariz İsayevin mövlud günündə onun  50 yaşının tamam olması ilə bağlı tədbir  keçirib. Qarabağ müharibəsində itkin düşmüş şəhidimiz yaşasaydı, mart ayında 50 yaşı tamam olacaqdı.

Şəhid Mübariz İsayevin doğulduğu Üçtəpə kəndində təşkil olunan tədbirdə şəhidin doğmaları, şəhid ataları, qazilər, tanınmış ziyalılar,  əmək və müharibə veteranları, rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələri ilə yanaşı  qonşu rayonlardan gəlmiş qonaqlar da iştirak edibllər.

Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canlarnı fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman tədbiri giriş sözü ilə açaraq şəhid Mübariz İsayevin həyat və döyüş yolundan danışıb. Qeyd edib ki,  1975- ci ilin mart ayında  dünyaya göz açan Mübariz İsayev  orta məktəbi bitirdikdən sonra 1993-cü ildə torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qoşulub. Füzulinin Seyfəli ərazisində hərbi təlim keçdikdən sonra Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib, canından artıq sevdiyi Vətən yolunda şəhadətə ucalıb.

Rayon İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov, AYB Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli, Qarabağ qaziləri İctimai Birliyinin rayon filialının rəhbəri Maşallah Əliyev, şəhid atası Fuad Vəlişov, rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quluyev, RİH-nin Üçtəpə kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafis Əliyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Asəf İsmayılov, Prezident təqaüdçüsü Əfrahim Abbas, ADPU-nun Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, şəhidin müəllimi olmuş Sakit Kazımov, bədii qiraətçi Tarix Vüsallı və başqaları çıxış edərək torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda mərdlik göstərmiş igidlərimizin qəhrəmanlıqları ilə qürur hissi keçirdiklərini bildiriblər. Dövlətimiz və xalqımız tərəfindən  şəhidlərimizin əziz xatirəsinin həmişə ehtiramla yad olunduğunu  xüsusi vurğulayıblar.

Şəhidin qardaşı Sakit İsayev   tədbirin keçirilməsinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına  minnətdarlıq edib.

Tədbirdən sonra şəhidlərimizin xatirəsinə düzəldilmiş abidənin önünə güllər qoyulub və şəhidlərimizin ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

2025-03-05 12:55:36
3242 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb.  H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib. Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub.  F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib.  Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.   www.sosial.gov.az

Hamısını oxu
Fudokançılarımız Avropa çempionatında daha iki medal qazanıblar

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.   Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu gün 18-21-yaşlı fudokançılarımızdan Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.   Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.   Bundan əvvəl idmançımız Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub. Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.   Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.  

Hamısını oxu
Matviyenko Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı.   Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin. Siz öz əzmkarlığınız, peşəkarlığınız və insanlarla işləmək bacarığınız, həssaslıq və xeyirxahlığınızla həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hörmət qazanmısınız. İkitərəfli və beynəlxalq gündəliyin çox məsələlərini müzakirə etdiyimiz, onların həlli üçün ümumi yolları tapdığımız görüş və söhbətlərimizi həmişə xoş duyğularla xatırlayıram. Aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizin beynəlxalq münasibətlərin humanistləşdirilməsinə verdiyiniz əhəmiyyətli töhfənizi və bəşəri sosial-mədəni dəyərlərin qorunub saxlanılması və artırılmasında fəal iştirakınızı bilirlər. Sonrakı nəsillərimiz üçün sabit və təhlükəsiz gələcəyin qurulması naminə dünya qadın ictimaiyyətinin həmrəyliyinə yönəlmiş fəaliyyətinizi də yaxşı bilirik və yüksək dəyərləndiririk. Mehriban xanım, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, ruh yüksəkliyi, sülh, xoş günlər və rifah arzulayıram. Qoy, dostlarınızın və həmkarlarınızın hörməti və dəstəyi, doğmalarınızın və yaxınlarınızın səmimiyyəti və sevgisi hər zaman həyatınızın bəzəyi olsun. Sizi Rusiyada görməyə hər zaman şad olaram. Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm

Hamısını oxu
“DTX onların Azərbaycana olan əsl münasibətini üzə çıxardı...”

“Şübhəsiz, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və digər şəxslərlə bağlı DTX tərəfindən ictimaiyyiləşdirilən məlumatlar ciddi mətləblərdən xəbər verir və bütün bunlara məhkəmə tərəfindən də qiymət veriləcək. Lakin indidən bir məqamı əminliklə demək olar ki, toplanan məlumatlar xarici dövlətlərin Azərbaycana münasibətdə düşmənçilik mövqeyindən çıxış etdiyini bir daha sübut edir”.  Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, DTX-nın atdığı addımlar hansı kənar qüvvələrin Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olduğunu üzə çıxardı: “Heç kimə sirr deyil ki, bəzi dövlətlər Azərbaycanı özünün əlaltısı kimi görmək istəyir. Azərbaycanın müstəqil siyasət yürütməsi, öz torpaqlarını azad etməsi, bölgədə söz sahibi olması, nüfuzunu artırması bu qüvvələri daha çox narahat edir. Buna görə də həmin qüvvələr Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdrlar. Doğrudur, onlar başa düşürlər ki, bu, asan məsələ deyil. Amma yenə də buna cəhdlər göstərirlər. Bu mənada DTX-nın məlum fəaliyyəti həm də xarici dövlətlər və onların xüsusi xidmət orqanlarının anti-Azərbaycan fəaliyyətinin ifşası kimi qiymətləndirilə bilər”. Seymur ƏLİYEV  

Hamısını oxu