Polkovnik Cəlil Xəlilov Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib.



Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib.



Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib. Ölkə başçısnın 14 iyul tarixli çıxışı və bu çıxışdan irəli gələn məsələlərin müzakirəsinə həsr edilən görüşdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkib, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə olan diqqət və qayğısından danışıb. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Təşkilatının sədri Ağalar Əliyev, Şuşanın erməni işğalından azad edilməsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edib, xalqımızın hər bir əsgəri, hər bir zabiti ilə fəxr etdiyi bildirib. Təşkilatın Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov dövlətimizin şəhid ailələrinə, o cümlədən müharibə əlillərinə, veteranlara olan qayğısının hüquqi bazada da öz əksini tapdığını, bu istiqamətdə qanunvericilik müstəvisində mütəmadi addımların atıldığını vurğulayıb. Sonda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan oğullarının Vətən müharibəsində tarix yazdığını, bu tarixin əsrlər sonra da qürurla yad ediləcyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Qurban bayramı münasibəti ilə sovqatlar verilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
“Laçın şəhəri xalqımızın və Prezidentimizin quruculuq əzminin simvoludur” Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Laçın şəhəri və ətraf kəndlərdə böyük layihələr, nəhəng infrastruktur işləri həyata keçirilir ki, görülən bütün bu işlər şəhərin simasını tamamilə dəyişib: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən bütün ərazilər kimi, Laçın şəhərində aparılan mühüm quruculuq işləri öz böyüklüyü, əzəməti və əhəmiyyəti ilə bütün dünyanı heyrətləndirməkdədir. Şəhər və ətraf kəndlərdə aparılan nəhəng ifrastruktur işləri, böyük tikinti layihələri tarixi Laçının yerində tamamilə yeni, Avropa şəhərlərindən heç nə ilə geri qalmayan müasir Laçının formalaşmasına səbəb olub. Bu gün Laçın şəhəri öz gözəlliyi ilə ora səfər edən hər kəsi heyran etməkdə, ovsunlamaqdadır. Cənab Prezidentin bilavasitə qayğısı və nəzarəti altında Laçında keçmiş məcburi köçkünlər üçün çoxsaylı evlər inşa edilib, məşğulluq probleminin həlli məqsədilə geniş təsərrüfatlar, müəssisələr yaradılıb. Bütün bunlar Laçında məskunlaşan vətəndaşlarımızın mənzil rahatlığını təmin etməklə yanaşı, onların məşğulluğunun da təmin edilməsinə imkan verir. Bu gün Laçında həyata keçirilən abadlıq-quruculuq işlərindən danışarkən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xidmətlərini də qeyd etmək vacibdir. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və rəhbərlik etdiyi kollektiv Prezidentin tapşırıq və göstərişlərinin çevik şəkildə, yüksək peşəkarlıqla icra edilməsində mühüm rol oynayır, öz novatorluğu, vətəndaşların hər bir müraciətinə yanaşmada göstərdiyi həssasiyyəti, hər bir işə, hər bir layihəyə vicdanlı münasibəti ilə Laçının inkişafına böyük töhfə verir. Onu da qeyd edim ki, biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatı olaraq 19 iyun 2025-ci il tarixində Laçında rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birgə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirmişik. Həmin konfrans zamanı Laçına səfərimizdə də oradakı yenilikləri böyük qürur və məmnunluq hissi ilə izlədik, görülən işlərə heyran olduq. Yaxın vaxtlarda Laçında daha bir tədbirimiz planlaşdırılır ki, qarşıdakı səfər zamanı da Laçında ciddi yeniliklərə şahid olacağımıza əminəm. 26 avqust – Laçın Şəhəri Günü münasibətilə bütün Azərbaycan xalqını, Laçının azadlığını və inkişafını təmin edən Müzəffər Ali Baş Komandanımızı, doğma laçınlıları, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini təbrik edirəm. İnanıram ki, Laçında həyata keçirilən layihələr yaxın gələcəkdə bu şəhərimizin tərəqqisinə yeni töhfələr verəcək, Laçın öz inkişaf sürəti, sosial rifah səviyyəsi və iqtisadi potensialına görə bütün dünyanın ən qabaqcıl şəhərlərindən biri kimi tanınacaq”. Seymur ƏLİYEV
Hamısını oxu
“II Dünya müharibəsi ilə bağlı muzeyin yaradılması xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm xidmət olar” Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızda həyata keçirdiyi hərbi təlimlər, Qarabağ probleminin həlli ilə bağlı diplomatik müstəvidə atılan bir sıra addımlar, eləcə də şəhdilərimizin, milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi ilə bağlı irəli sürülən yeni təkliflər son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır. Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bütün bu məsələləri şərh etməyə, bəzi nüanslara aydınlıq gətirməyə çalışdıq. -Cəlil müəllim, oktyabrın 5-də Ermənistanda və işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər başa çatar-çatmaz düşmən yenidən 40 günlük hərbi təlimlərə başlayacağını elan etdi. Sizcə işğaldakı torpaqlarımızda fasiləsiz olaraq keçirilən bu təlimlər düşmənin ölkəmizə qarşı növbəti təxribatı sayıla bilərmi? -Təbii ki, bu bir təxribatdır. Dünya ictimaiyəti görür ki, heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən Azərbaycan torpaqlarını işğal edən Ermənistan, dünyadan pul dilənə-dilənə bu vəsaiti hərbi təlimlərə sərf edir. Halbuki, Ermənistanın bu torpaqlarda hər hansı formada fəaliyyət göstərmək, eləcə də hərbi təlimlər keçirmək haqqı və hüququ yoxdur. Bu gün Ermənistan ordusunda elə bir ağır vəziyyət mövcuddur ki, heç bir zabit və əsgər bu orduda xidmət etmək istəmir. Buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar qocaları, qadınları, yanğınsöndürənləri orduya cəlb etməyə çalışır, onları sovet dönəmindən qalma silahlarla təchiz edir. Ermənistan anlamalıdır ki, bu problemin onlar üçün heç bir müsbət perspektivi yoxdur. Onlar heç vaxt Qarabağı Ermənistana birləşdirə, bu torpaqların sahibi ola bilməyəcəklər. Çünki bu torpaqlar Azərbaycana məxsusdur və dünya da bu torpaqları məhz belə qəbul edir. Ermənistanın işğal edilmiş torpaqlarımızda keçirdiyi təlimlər beynəlxalq ictimaiyyətin təpkisinə səbəb olmalı, dünya birliyi işğalçı ölkəyə təzyiq göstərməlidir. Beynəlxalq təşkilatlar Ermənistandan tələb etməlidir ki, BMT-nın Təhlükəsizlik Şurasının Qətnamələrinə əməl etsin və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin. -Bu günlərdə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-dəki çıxışında bir daha erməni təcavüzünə diqqət çəkərək adıçəkilən təşkilatı məlum problemin həllində aktiv olmağa səslədi. Sizcə Türkiyə kimi güclü bir dövlətin Azərbaycanın maraqlarını beynəlxalq tribunada bu cür qətiyyətlə müdafiə etməsi erməni təcavüzünün qınaq hədəfinə çevrilməsi baxımından nə dərəcədə önəmlidir? -Ərdoğan BMT-yə Qarabağla bağlı ciddi mesajlar verdi. O qeyd etdi ki, nə üçün BMT Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin icra mexanizmini tapa bilmir? Nə üçün aparıcı dövlətlər Ermənistana iqtisadi-siyasi təzyiq göstərmir? Niyə öz torpaqlarından didərgin düşən bir milyondan çox insanın hüquqlarının pozulmasına göz yumulur? Niyə aparıcı dövlətlər, özlərini demokratiyanın beşiyi adlandıran ölkələr buna susur? Ərdoğanın beynəlxalq tribunada Qarabağ probleminə, erməni təcavüzü ilə bağlı səsləndirdiyi bəyanatını yüksək qiymətləndirir və bunu Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü hesab edirəm. Hesab edirəm ki, Türkiyənin diplomatik müstəvidə ölkəmizə göstərdiyi bu dəstək olduqca vacib və önəmlidir. -Son günlər yeni açılacaq metro stansiyalarına, körpülərə şəhidlərin adının verilməsi ilə bağlı təkliflər var. Sizcə bu təkliflərin reallaşması şəhid adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbiği baxımından nə dərəcədə zəruridir? -Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan insanların adları təbii ki, əbədiləşdirilməlidir. Onların adlarına parklar salınmalı, bu insnaların adları küçələrə, məktəblərə verilməlidir. Onların adları gəmilərə, metro stansiyalarına da verilə bilər. Yəni söhbət xalq və dövlət qarşısında xidməti olan insanlardan gedir. Əlaqədar dövlət orqanları bu məsələni diqqətdə saxlamalı və gərəkli addımları atmalıdır. Bizim veteranlar arasında da buna layiq olan, böyük xidmətlər göstərmiş insanlar var. Mən istərdim ki, onların da adı əbədiləşdirilsin. Mən uzun illər sərhəd qoşunlarında xidmət edən general Mustafa Nəsirovun adının əbədiləşdirilməsini istərdim. O, uzun müddətdir ki, rəhmətə gedib. Onun evinin divarına mərhum generalla bağlı lövhə belə vurulmayıb. Biz bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təklif göndərmişik. Əlaqədar dövlət qurumlarına bununla bağlı məktublar ünvanlamışıq. Bəzi genarallarmızın adları əbədliləşdirildi, bir sıra genarllarla -general-mayor Firudin Hüseynov, general-leytenant Ziya Yusifzadə, general-leytenant Valeh Bərşadlı ilə də bağlı bu cür addımların atılmasını zəruri hesab edirəm. Bizim milli qəhrəmanlarımız, sovet ittifaqı qəhrəmanlarımızın, elm və əmək adamlarının da adlarının əbədiləşdirilməsi arzuediləndir. Qoy gənclər də bilsinlər ki, xalq qarşısında kimlərin xidməti var və bu insanlar heç vaxt unudulmur, daim ehtiram hissi ilə yad edilir. -Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov Azərbaycanın II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin əldə edilməsində mühüm xidmətlərə malik olduğunu, Bakının bu məsələdəki rolunun müstəsnalıq təşkil etdiyini bildirib. Hansı ki, məhz ölkəmizin faşizm üzərindəki mübarizədə əlahiddə xidmətlərə malik olduğu əsas götürələrək bir müddət bundan öncə məhz sizin tərəfinizdən gələn il – faşizm üzərində qələbənin 75 illiyi ilə əlaqədar olaraq Azərbaycanın II Dünya müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi səsləndirilib. Necə hesab edirsiniz, O.Süleymanovun Azərbaycanın faşizm üzərindəki qələbədəki rolu haqqında səsləndirdiyi yüksək fikirlər, sizin muzeylə bağlı irəli sürdüyünüz təklifin beynəlxalq miqyasda böyük aktuallıq kəsb etməsinin isbatı sayıla bilərmi? -Azərbaycanın II Dünya müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması çox vacib bir məsələdir. Faşizmə qarşı mübarizə aparan bütün ölkələr yaxşı bilir ki, ölkəmizin faşizm üzərində qələbənin əldə edilməsində danılmaz xidmətləri var. Azərbaycanın xidmətləri keçmiş SSRİ marşalları tərəfindən də qeyd olunub. Marşal Jukov və marşal Rokossovskiy öz çıxışlarında Azərbaycanın xidmətlərini yüksək qiymətləndiriblər. Azərbaycan bu müharibəyə 700 mindən çox insanla qatılıb və onların yarıdan çoxu bu müharibədən qayıtmayıb. Azərbaycan nefti olmasaydı, müharibədə qalib gəlmək qeyri-mümkün idi. Odur ki, Azərbaycanın bu qalibiyyətdəki rolunu heç cür kiçiltmək olmaz. Biz belə bir muzey yaratmaqla ölkəmizin bəşəriyyət qarşısındakı bu mühüm xidmətini yada salmış və təbliğ etmiş olarıq. Baxın, Azərbaycan son illər turist ölkəsinə çevrilib. Hər il ölkəmizə yüz minlərlə turist gəlir. Istərdim ki, Həzi Aslanovun abidəsinə yaxın bir yerdə II Dünya Müharibəsinə həsr edilən muzeyimiz olsun. Bu muzey vasitəsi ilə ölkəmizə gələn turistlər də Azərbaycanın müharibədəki müstəsna xidmətləri haqqında geniş məlumatlar əldə edə bilsinlər. Biz muzeyin yaradılması ilə bağlı biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Lakin hələ ki, qarşı tərəf bununla bağlı rəsmi münasibət bildirməyib. Biz istəyirik ki, faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində muzeyin yeri müəyyən edilsin, onun yaradılması istiqamətində konkret addımlar atılsın. Bu, xalqımız, dövlətimiz və tariximiz qarşısında mühüm bir xidmət olar. Seymur ƏLİYEV
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə veteran qadınları təbrik edib, onlara ən xoş arzularını bildirib: “8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə başda Təşkilatımızın sədri Fatma xanım Səttarova olmaqla, bütün veteran qadınlarımızı ürəkdən təbrik edir, onlara uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram. Veteran qadınlarımız xalqımızın qəhrəmanlığının, fədakarlığının, mübarizə ruhunun rəmzidir. Onlar müharibə vaxtı həm ön cəbhədə, həm də arxa cəbhədə xarüqələr yaratmış, öz cəsarətləri, zəhmətkeşlikləri ilə nümunə olmuşdular. Onlar gənc nəslin mill-mənəvi dəyərlərə bağlı şəkildə formalaşmasında da mühüm rol oynamış, yeniyetmə və gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmişdilər. Əminəm ki, hər zaman olduğu kimi bundan sonra da cəmiyyətimiz bütün qadınlarımıza, eləcə də veteran qadınlara diqqət və qayğı göstərəcək, onlara xüsusi hörmət və ehtiramla yanaşacaq. Bir daha veteran qadınlarımızı bayram münasibətilə təbrik edir, bütün arzularının ən qısa zamanda reallaşmasını diləyirəm”.
Hamısını oxu