Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Daxili Qoşunların qəhrəmanlığı hərb tariximizə qızıl hərflərlə həkk olunub”

12 mart Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranması günüdür. 

Bu əlamətdar gün münasibətilə Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Daxili Qoşunların hərb tariximizdəki roluan diqqət çəkib, onların vətənimizin müdafiəsi, işğaldakı torpaqlarımızın azad edilməsi ilə bağlı xidmətlərini yüksək qiymətləndirib:

“DİN-nin Daxili Qoşunları respublikamızın erməni işğalından müdafiəsində mühüm rol oynayıb, ən çətin məqamlarda böyük əzm və fədakarlıq göstəriblər. Hələ Birinci Qarabağ müharibəsi dövründə vətənimizi Ermənistan və onun havadarlarından müdafiə etmək üçün ağır döyüşlərə atılan, bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Daxili Qoşunlar, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də rəşadətlə döyüşdü. Daxili Qoşunlar Vətən müharibəsi zamanı bir sıra yaşayış məntəqlərinin, eləcə də Hadrutun, Cəbrayılın, Füzulinin, Şuşanın azad edilməsində xüsusi fəallıq göstərmiş, əsl qəhrəmanlıq nümunələri ortaya qoymuşdur. Əminliklə demək olar ki, Daxili Qoşunların həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hərf tariximizə qızıl hərflərlə həkk olunub”.

Millət vəkili Daxili Qoşunların işğaldan azad edilən ərazilərdəki fəaliyyətini də yüksək qiymətləndirib:

“Ermənistan 30 ilə yaxın işğal dönəmində torpaqlarımızı minalamış, müxtəlif silah-sursat nümunələri ilə çirkəndirmiş, bu ərazilərdə böyük talanlar və dağıntılar törətmişdir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edəndən sonra da orada çoxsaylı  problemlər, ciddi təhlükə mənbələri mövcud idi. Daxili Qoşunların istehkamçıları bu istiqamətdə də böyük işlər həyata keçirdi. İşğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsində aktiv iştirak etdilər. Onlar bu gün də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində uğurla fəaliyyət göstərirlər.

Mən Daxili Qoşunların yaranmasının 33-cü  ildönümü münasibətilə bu qoşun növündə xidmət edən bütün əsgər və zabitləri təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

 

2025-03-12 07:59:17
3078 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib.  Ağakərim İbrahimovun Mübariz İbrahimov kimi böyük vətənpərvər yetişdirdiyinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, onun xatirəsinin hər zaman ehtiram hissi ilə yad ediləcəyini, xalqımız tərəfindən daim hörmətlə anılacağını bildirib. Allah rəhmət eləsin!  

Hamısını oxu
Rayon Veteranlar Təşkilatının üzvləri Vətən müharibəsi Qəhrəmanının məzarını ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev,  "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov və iş adamı, xeyriyyəçi Rafiq Abışovla birlikdə rayonun Göytəpə şəhərində Vətən Müharibəsi Qəhrəmanı,  şəhid kapitan Rəşad Abdullayevin ailəsi ilə görüşüblər. Qəhrəmanın atası Arif Abdullayev oğlunun həyat və döyüş yolundan fəxarətlə danışıb, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Şəhid kapitan Rəşad Abdullayevin anası Sevil Abdullayeva isə şəhid analarının adından yazdığı şeri oxuyub. O, həmçinin, ziyarətə gələnləri qəhrəman oğlunun ev-muzeyinin açılışına dəvət edib. Rayon Veteranlar Təşkilatının üzvləri və qonaqlar Göytəpə şəhər qəbirstanlığında uyuyan şəhid Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin məzarını da ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Xatırladaq ki, şəhid kapitan  ailəli idi, iki övladı yadigar qalıb. Cəlilabad şəhər 2 saylı tam orta məktəbi bu gün Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin adını daşıyır.  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva İzmirdə zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib

Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.

Hamısını oxu
“Zəfər dastanı” adlı respublika şeir və mahnı müsabiqəsi keçiriləcək

Veteran.gov.az xəbər verir ki, Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.   Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.    Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir.      Müsabiqə üzrə tələblər aşağıdakılardır: -  Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir; - Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər; - Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır; - Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - Müsabiqəyə fonoqram qəbul olunmur; - Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Videogörüntülər aydın və keyfiyyətli olmalıdır; -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon,  təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir; - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.    I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55  539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir.   II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.   Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.    Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.  

Hamısını oxu