Novruz təbriki


Xalqımızın Ümummilli lideri, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu və bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətdə uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur və bu gün müstəqil Azərbaycanın uşaqları dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə tam əhatə olunmuşdur. Müəllim Jalə Qurbanlı və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Aygül Qurbanova tərəfindən təşkil olunmuş “Gələcəyimizə Çıraq ol” layihəsinin təşkil olunduğu növbəti ünvan Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbi olmuşdur. 05 mart 2023-cü il tarixdə həmin məktəbdə 70-dən yuxarı aşağı sinif şagirdləri üçün müxtəlif master-klasslar həyata keçirilməklə təşkil olunmuş layihənin məqsədi məktəblilərin yaddaşlarında xoş iz buraxmaq, onların asudə vaxtının səmərəli keçirilməsi, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsi, estetik zövqünün formalaşması, yaradıcılıq qabiliyyətlərinin inkişafına az da olsa, yardım etmək olmuşdur. Belə ki, “AzeRobot Education” Robototexnika tədris mərkəzinin rəhbəri İmamir Mirzoyevanın yaxından dəstəyi ilə həmin tədris mərkəzinin mentorları Murad Hüseynov və İbrahim İbrahimlinin təşkil etdiyi robototexnika master klassları uşaqların istedadlarının üzə çıxarılması və təlim zamanı yiyələndikləri bacarıqların praktiki tətbiq edilməsi sayəsində uşaqlar müxtəlif robotlar hazırlayaraq və həmin robotlarla yarışaraq səmərəli zaman keçirmişlər. Bundan başqa, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor əvəzi Nailə Məmməd-zadə və Akademiyanın orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayevin dəstəyi ilə BXA-nın bir qrup müəllimi və tələbələri Nihad Hüseynzadə, Səma Əzməmmədzadə rəqsin incəliklərini uşaqlara öyrədərək, estetik zövqlərinin formalaşmasına köməklik göstərmişdir. Eyni zamanda, Teatral Studiya Uşaq Aktyorluq Akademiyasının bədii rəhbəri Səbinə Məmmədzadənin dəstəyi ilə Teatral Studiya aktyorları uşaqlara maraqlı səhnəciklər və eləcə də, aktyorluq sənətinə dair master klass təşkil etmişdirlər. Layihədə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır. Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək. Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 19 yanvar 2026-cı il tarixində Sabunçu rayonunda tədbir keçiriblər. 20 Yanvar faciəsinin 36 –cı ildönümunə həsr edilmiş tədbir Bakı şəhəri Sabunçu rayonu şəhid Rasim Quliyev adına 107 saylı tam orta ümum təhsil məktəbində baş tutub. ”Müstəqilliyə gedən yol” adlı tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, müavini Adil Məmmədov, məktəbin direktoru Kəmalə Məmmədova, şagirdlər və müəllimlər iştirak ediblər. Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, 20 Yanvar faciəsinin qurbanları və torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbidə çıxış edən Adil Haqverdiyevə verildi öncə Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. 20 Yanvar faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, bu hadisə xalqımızın tarixində həm qanlı bir gün, həm də qürur duyulacaq tarixi gündür.Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Nəbi Hacıyev və Adil Məmmədov da çıxışlarında 20 Yanvar faciəsini doğuran səbəblər və bu faciənin nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbirin sonunda şagirdlər 20 Yanvar faciəsinə həsr edilmiş şerlər səsləndiriblər. Məktəbin direktoru Kəmalə Məmmədova qonaqlara təşəkkürünü bildirib, vətənpərvərlik mövzusunda davamlı şəkildə tədbirlər keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxu
“Şübhəsiz, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və digər şəxslərlə bağlı DTX tərəfindən ictimaiyyiləşdirilən məlumatlar ciddi mətləblərdən xəbər verir və bütün bunlara məhkəmə tərəfindən də qiymət veriləcək. Lakin indidən bir məqamı əminliklə demək olar ki, toplanan məlumatlar xarici dövlətlərin Azərbaycana münasibətdə düşmənçilik mövqeyindən çıxış etdiyini bir daha sübut edir”. Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, DTX-nın atdığı addımlar hansı kənar qüvvələrin Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlı olduğunu üzə çıxardı: “Heç kimə sirr deyil ki, bəzi dövlətlər Azərbaycanı özünün əlaltısı kimi görmək istəyir. Azərbaycanın müstəqil siyasət yürütməsi, öz torpaqlarını azad etməsi, bölgədə söz sahibi olması, nüfuzunu artırması bu qüvvələri daha çox narahat edir. Buna görə də həmin qüvvələr Azərbaycanda hakimiyyət dəyişikliyində maraqlıdrlar. Doğrudur, onlar başa düşürlər ki, bu, asan məsələ deyil. Amma yenə də buna cəhdlər göstərirlər. Bu mənada DTX-nın məlum fəaliyyəti həm də xarici dövlətlər və onların xüsusi xidmət orqanlarının anti-Azərbaycan fəaliyyətinin ifşası kimi qiymətləndirilə bilər”. Seymur ƏLİYEV
Hamısını oxu