Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şərqdə doğan günəş – Əlişir Nəvai!

Əlişir Nəvai yaradıcılığını öyrənmək ürək əmrimiz olmalıdır

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən V yazı

Dünyada insanlıq və ədəbiyyat üçün xidmət edib, dünya miqyasında məşhurlaşmış şairlər çoxdur. Onların əsərlərini əsrlərlə sevərək oxuyuruq, əsərlərindən qəhrəmanları tez-tez dilə gətiririk. Lakin onların arasında, eyni zamanda xalqının dərdini və kədərini aradan qaldıran, ona həmkar və yardımçı olan, eləcə də dünya insanlarını heyrətə salmış əsərlər yaradan yaradıcılardan çox azdır.

İndi beş əsrdən artıq bir müddətdir ki, dünya səhnəsindən enməyərək, türkün zəngin və cazibədar dilini hamıya göstərən böyük mütəfəkkir, dövlət xadimi, böyük söz sənətkarı Əlişir Nəvaidir.

Bilirik ki, dünyadakı hər bir xalq və millətin araşdırıcı alimləri özlərinin qüdrətli, görkəmli şair və yazıçıları tərəfindən qoyulmuş zəngin mənəvi irsi öyrənib, elmi nəticələrini bildirərək təbliğ etmişlər. Xüsusən, onlar yaradıcılarnın əsərlərindəki söz istifadə bacarığı, istedadı və şəxsiyyəti barədə elmi tədqiqatlar aparıblar.

Lakin böyük şair və mütəfəkkir Əlişir Nəvai əsərlərinin leksikası, söz zənginliyi və söz yaradıcılığı barədə xarici alimlər tərəfindən də, özbək alimləri tərəfindən də mükəmməl elmi tədqiqatlar aparılmamışdır. Bu baxımdan, keçən əsrin 70-80-ci illərində tanınmış Nəvayişünas, dilşünas, filologiya elmləri doktoru, professor Bəhram Bafoyev “Nəvai əsərləri leksikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Orada şairin türk dilində yazılmış 24 əsəri həm leksik-semantik, həm statistik, həm də tematik baxımdan kartoteka hazırlayaraq ümumtürk, ərəb, fars, hind, monqol və yunan sözlərinin miqdarlarını elmi təhlil etdi. Xüsusən, Əlişir Nəvai həmin 24 əsərində təkcə 26 035 söz istifadə etdiyini elmi cəhətdən sübuta yetirdi.

Məlumdur ki, Əlişir Nəvai fars-tacik və türk qəzəlliyinin dörd əsasını — lafz (söz), məna, məsrəf və qafiyələrin həm nəzəri, həm də praktik tərəflərini mükəmməl mənimsəmişdir. Şairin türk dilində yazılmış dörd divanında 2600 qəzəl, fars-tacik dilində yazılmış divanında isə 554 qəzəl toplanmışdır.

Həqiqətən də, Əlişir Nəvai qəzəl janrında dünyanın böyük, görkəmli yaradıcıları arasında liderdir. O, iki dildə 20-dən çox janrda yazmışdır. O qədər müxtəlif janrlarda şair 200 min misra dəyərində sənət əsərləri yaratmışdır ki, bunun haqqında ömrünün sonunda yazdığı “Lisan ut-təyr” dastanında belə məlumat vermişdir:

Nazm-nasrım katibi təxminşünas,

Yazsa yüz min beyt edərdi qiyas.

Belə kim nazm içində etdim iştiğal,

Xatırımda çıxmaz idi bu xəyal.

Alim Bəhram Bafoyev öz elmi tədqiqatları vasitəsilə Əlişir Nəvainin söz yaradıcılığı və söz zənginliyi baxımından dünyanın qüdrətli şairləri arasında rəhbər olduğunu elmi şəkildə sübuta yetirdi. Alimin elmi tədqiqatları 1983-1985-ci illərdə çap olunan 4 cildlik “Nəvai əsərləri izahlı lüğəti”nin yaradılmasında əsas təməl oldu. Həmçinin, alim lüğətin hazırlanmasında birbaşa iştirak etmiş, həmmüəllif olaraq qeyd olunmuşdur.

Belə böyük elmi tədqiqatlar aparmış fədakar alim, uşaqlığımdan Nəvaiyə olan sevgini oyatmış şəxs babamdır, buna görə də fəxr edirəm və gələcəkdə əcdadımın başladığı yolu davam etdirmək, Əlişir Nəvai kimi ölməz söz sənətkarının yaradıcılığını öyrənmək üçün ürək əmrimi yerinə yetirməyə çalışacağam.

Özbək dilindən tərcümə etdi: Rəhmət Babacan

Dürdanə BƏFOYEVA,

Özbəkistan Respublikası

Nəvai Dövlət Universitetinin tələbəsi

 

2025-04-03 10:37:33
2573 baxış

Digər xəbərlər

İham Əliyev elan etdi: Nürnberq əfv etmədi, Bakı da etməyəcək! – TƏHLİL!

Prezident İlham Əliyev 13 fevral 2026-cı il tarixində  “France 24” telekanalına müsahibəsində 2023-cü ilin anti-terror əməliyyatı nəticəsində ələ keçirilən və Bakıda məhkəmə qarşısına çıxarılan erməni separatçıları ilə bağlı çoxsaylı sualları cavablandırıb. Öncə erməni separatçılarını məsum, günahsız adamlar kimi təqdim etməyə çalışan fransız jurnalistə onların törətdiyi ağır cinayətlər haqqında məlumat verən İlham Əliyev, sözügedən şəxslərin heç də əbəs yerə həbs edilmədiyini xatırladıb. Bunun ardınca separatçıların əfv edilməsinin mümkünlüyü ilə bağlı telekanal əməkdaşının israrlı suallarına qətiyyətlə “yox” deyən dövlət başçısı, hər hansı bağışlanılmanın mümkün olmadığını bildirib. Prezident İlham Əliyev bir kəs daha bütün dünyanın gözü önündə bəyan edib ki, erməni faşizmi alman faşizmindən daha qəddar, amansız və anti-insani mahiyyətə malikdir. Nürnberq məhkəməsinin qərarı ilə alman faşistlərinin ölüm hökmünə məhkum edildiyinə diqqət çəkən dövlət başçısı, o zaman da faşistlərin haqlı olaraq əfv edilmədiyini qeyd edib. Prezident İlham Əliyev sözlərindən məlum olub ki, Nürünberq kimi Bakı da faşistləri əfv etmək niyyətində deyil və belə bir əfv sadəcə mümkünsüzdür. Xatırladaq ki, bir neçəsi ömürlük həbs cəzası alan erməni separatçılarının xalqımıza qarşı ağır cinayətlər törətməsi ilə bağlı yüzlərlə şahid ifadəsi, sübut və fakt mövcuddur. Bundan başqa, separatçılar törətdikləri cinayəti qismən və ya tamamilə etiraf edib ki, bu da onlara qarşı irəli sürülən iddiaların, həmçinin onlara verilən cəzaların tamamilə əsaslı olduğunu göstərir. İlham Əliyevin “France 24” telekanalına separatçılarla bağlı verdiyi açıqlamadan çıxarılması gərəkən başqa nəticə də var. Dövlət başçısı separatçıların heç bir halda azad edilməyəcəyini bildirməklə bütün dünyaya, xüsusilə də ermənipərəst güclərə aydın bir mesaj verdi: Azərbaycan bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də ona edilən heç bir təzyiqə boyun əyməyəcək, verdiyi qərarın arxasında duracaq! İlham Əliyevin verdiyi bu mesaj göstərir ki, 44 günlük Vətən müharibəsində hərb meydanında yüksələn “Dəmir yumruq”, bu gün diplomatiya meydanında anti-Azərbaycan qüvvələri ilə mübarizədə də eyni əzəmətlə ucalmaqda, milli maraqlarımızı qətiyyətlə müdafiə etməkdədir. Heç nədən qorxmadan, heç kimdən çəkinmədən... Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 14 dekabr 2023-cü il tarixində Azərbaycan  Respublikası  Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının Rəyasət  Heyətinin  iclası keçirilib. İclasda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 2024-cü il üzrə İş Planının layihəsi müzakirə edilib. Layihə barədə Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov iclas iştirakçılarına ətrafl məlumat verib. Daha sonra layihədə yer alan müddəalarla bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. İclasın sonunda 2024-cü il üzrə İş Planının layihəsi Rəyasət Heyəti tərəfindən yekdilliklə qəbul edilib.   

Hamısını oxu
“Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq”

Fatma Yıldırım: “Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!” Xəbər verdiyimiz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin köməkliyi ilə 100-ə qədər sağıamlıq imkanı məhdud qazi elektriklə çalışan ümasir əlil arabaları ilə təmin edilib.  Veteran.gov.az xəbər verir ki, millət vəkili Fatma Yıldırım sosial şəbəkədəki hesabında bu nəcib təşəbbüsün önəminə diqqət çəkib, bu təşəbbüsün gerçəkləşməsin də əməyi olanlara təşəkkürünü bildirib:  “Əziz həmvətənlər!  Ölkəmizdə şəhid ailələri və qazilər hər zaman qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır.  Bildiyiniz kimi, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və idman komitəsinin dəstəyi​ ilə Azərbaycana gətirilmiş 100 ədəd elektriklə işləyən əlil arabası qazilərimizə və şəhid ailələrinə təqdim edilib. Bu məqsədlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib. Qeyd edim ki, Bərdə rayonunu təmsil edən millət vəkili olaraq mənim təşəbbüsümlə bu tədbir çərçivəsində Bərdə rayonundan olan Iİ Qarabağ müharibəsi qaziləri - Yusifzadə Məhəmməd İsrafil oğlu, Quliyev Sərxan Dilqəm oğlu və Musayev Gündüz Sabir oğluna; I Qarabağ müharibəsi qazisi Abışov Habil Kamil oğluna, eləcə də Bərdəyə terror hucumları nəticəsində xəsarət almış Quliyeva Rəmziyyə Əlasdan qızına müasir motorlu arabalar təqdim olundu. Xaricdə yaşayan türk qardaşlarımıza bizimlə həmrəylik nümayiş etdirərək, belə nəcib bir aksiya həyata keçirdikləri üçün dərin təşəkkürümü bildirirəm! Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmaqlarını arzulayıram. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hər bir vətəndaşımızla qürur duyuruq. Onların qayğıları ilə maraqlanmaq, dəstək olmaq cəmiyyət olaraq bizim əsas vəzifələrimizdən biridir!”   Seymur ƏLİYEV  

Hamısını oxu
“İrana yardım İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”

“İrana qida və dərman yardımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu, Azərbaycanın qonşu dövlət olan İrana ənənəvi dostluq münasibətinin göstəricisidir: “Azərbaycan hər zaman bütün qonşu dövlətlərə, eləcə də İrana dostluq münasibəti bəsləyib, mehriban qonşuluq siyasəti yürüdüb. ABŞ-İsrail koalisiyası ilə müharibədə olan İrana Azərbaycanın göstərdiyi humanitar yardım, dövlətimizin dostluq siyasətinin əməli davamıdır. Bu addım bir daha sübut edir ki, Azərbaycan heç bir halda qonşu dövlətlərdə yaşanan humanitar fəlakətlərə biganə qalmır, onları daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlətimizin İrana 30 tona yaxın humanitar yardım göstərməsi bəşəri-insani dəyərlər baxımından da təqdirəlayiqdir”. Polkovnik qeyd edib ki, İran Azərbaycanın humanist münasibətinə eyni səmimiyyətlə cavab verməli, ölkəmizə qarşı təxribatlara son qoymalıdır: “Azərbaycan bu addımı ilə bir daha sübut etdi ki, onun İrana olan münasibəti səmimidir və beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinə, dostluq münasibətlərinə söykənir. Odur ki, İranın da Azərbaycanın səmimi münasibətinə eyni səmimiyyətlə cavab verməsi, ölkəmizə yönəlik təxribatlara son qoyması zəruridir. Yalnız bu halda ikitərəfli münasibətləri dostluq və mehriban qonşuluq siyasəti çərçivəsində davam etdirmək mümkündür. İnanırıq ki, İran Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu davranışından lazımi nəticə çıxaracaq və biz yaxın gələcəkdə İranın ölkəmizə münasibətində lazımi həssaslığa şahid olacağıq”. Seymur ƏLİYEV  

Hamısını oxu