Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Laçındakı Zirvə görüşü dövlətimizin tarixi uğuru, Azərbaycan-Türkiyə-Pakistan dostluğunun təntənəsidir

Bunu Moderator.az -a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Republicasının Prezidenti Rəcəb Tayib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərifin iştirakıyla Zirvə görüşünün keçirilməsi mühüm mətləblərdən xəbər verir:

«Laçında üç dost-qardaş dövlətin Leaderlərinin iştirakı ilə Zirvə görüşünün keçirilməsi sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə və Пакистан üçün olduqca mühüm hadisədir. Bu, hər şeydən öncə hər üç dövlətin bütün dünyaya birlik, həmrəylik mesajıdır. Bu Zirvə görüşü bir daha təsdiq etdi ki, Azərbaycan, Türkiyə və Pakistan qardaşlığı əzəli və əbədidir. 

Zirvə görüşünün Laçında – erməni işğalından azad edilən tarixi torpağımızda keçirilməsi də olduqca böyük məna kəsb edirdi. Azərbaycan Laçındakı bu möhtəşəm tədbirlə hər şeydən öncə işğaldan azad edilmiş ərazilərimizdə qısa zaman ərzində həyata keçirdiyi böyük abadlıq-quruculuq işlərini bütün dünyaya nümayis etdirdi. Hansı ki, Laçında aparılan genişmiqyaslı quruculuq işləri, həyata keçirilən yerli və beynəlxalq əhəmiyyətli Layihələr haqqında Laçın rayonunda Azərbaycan Respublikası Президент xüsusi nümayəndəsi Məsim Məmmədov tərəfindən ictimaiyyətə hər zaman mütəmadi məlumatlar verilib və bu məlumatlar cəmiyyətimizdə böyük sevinc его не было.

Laçında gerçəkləşən Zirvə görüşü eyni zamanda beynəlxalq ictimaiyyətə, qlobal güclərə, Ermənistan və onun hisayədarlarına bu torpaqların hüquqi-tarix sahibin Azərbaycan olduğunu bir daha xatırlatmış oldu. Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan həm keçirilən Zirvə gorüşü, həm də Laçın Beynəlxalq Hava Limanının açılışı ilə sübut etdi ki, xalqımız, dövlətimiz erməni fasizminin xarabalığa çevirdiyi yurd yerlərini qısa zamanda dirçəltməyə, bu torpaqları yenidən cənnətə çevirməyə qadirdir.

Mən Laçında keçirilən bu cür möhtəşəm beynəlxalq tədbirə görə hər bir vətəndaşımızı təbrik edir, möhtərəm Prezidentimizə, dövlətimizə uğurlar арзулайырам. Əminəm ki, biz zaman-zaman işağldan azad edilən digər torpqlarımızda da oxşar tədbirlərə şahid olacaq, tarixi zəfərimizi, tərəqqimizi, mübarizə və inkişaf əzmimizi əks etdirən tədbirlərlə bütün dünyanı heyrətləndirməkdə davam edəcəyik».

Seymur Əliyev 

2025-05-29 13:53:15
3776 baxış

Digər xəbərlər

Dövlət Gömrük Komitəsinin nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 8 may 2023-cü il tarixində faşizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə Dövlət Gömrük Komitəsinin nümayəndəsi general Güloğlan Muradlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilatın sədri Fatma Səttarova və sədr müavini polkovnik Cəlil Xəlilovla görüşən Güloğlan Muradlı veteranlara Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

Hamısını oxu
“Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə FHN-nin yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”

  Cəlil Xəlilov: “Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir”   “Türkiyədəki kütləvi meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərməkdədir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Azərbaycanın ilk andan Türkiyənin yanında yer aldığına diqqət çəkən polkovnik, ölkəmizin sona qədər qardaş ölkəyə dəstək verəcəyini bildirib:   “Bildiyiniz kimi, Türkiyədə meşə yanğınları başlayan andan Azərbaycan hərəkətə keçdi və ölkə prezidentinin göstərişinə əsasən FHN-nin bir qrup əmkdaşı, o cümlədən yanğınsöndürmə texnikası, ambulans və digər nəqliyyat vasitələri qardaş ölkənin köməyinə göndərildi. Iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-nin yanğınsöndürmə qüvvələrinin 100 nəfərlik əməkdaşlarından ibarət ilk qrup Türkiyəyə yola salındı. Onlar qısa zamanda Trükiyənin Marmaris bölgəsində yanğınların söndürülməsi prosesinə cəlb edildi.   Iyulun 31-də FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşdü. Hansı ki, həmin yanğın-xilasetmə qrupuna FHN-in 1 ədəd helikopteri, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil idi.   Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Marmaris bölgəsində olub, yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Bunun ardınca Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, həmin müşavirədə atılacaq növbəti addımlar müzakirə olunub.   Bundan başqa, Azərbaycan qardaş ölkəyə həm də amfibiya təyyarə göndərib. Qeyd edim ki,  FHN-in arsenalında olan yanğın əlehinə "B-240ÇS" amfibiya təyyarəsi unikal keyfiyyətlərə malikdir. Bu təyyarə hərəkətdə ola-ola su ehtiyatı yığa bilir və sadəcə dənizə eniş etməklə 1 dəqiqə ərzində lazım olan su ehtiyyatını toplayır.   Azərbaycanlı yanğınsöndürənlər yanan evlərin birindən türk bayrağını xilas etdilər ki, bununla bağlı görüntülər həm ölkəmizdə, həm də qardaş Türkiyədə qürurla izləndi.   Azərbaycanın FHN-nin yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti, ümumilikdə dövlətimizin yanğınlara qarşı mübarizədə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara, eləcə də türk xalqı tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bu, Azərbaycan-Türkiyə dostluğunun, Azərbaycan-Türkiyə qardaşlığının daha bir  bariz nümunəsidir. Baş verənlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri hər zaman bir-birinin yanındadır və bütün təhlükələrə, problemlərə birlikdə mübarizə aparmaq, bütün çətinliklərin öhdəsindən birlikdə gəlmək əzminə malikdirlər.   Mən Türkiyədə meşə yanğılnlarına qarşı mübarizə aparan FHN-nin yanğın-xilasetmə qüvvələrinə öz fəaliyyətlərində uğurlar arzulayır, qardaş türk xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.   Seymur ƏLİYEV  

Hamısını oxu
4 iyun terroru mənfur düşmənin vəhşiliyindən xəbər verir

İyunun 4-ü işğaldan azad edilmiş torpaqlarımızda öz vəzifə borclarını həyata keçirən iki jurnalist qardaşımız - Sirac Abışov ilə Məhərrəm İbrahimovun, eyni zamanda Kəlbəcər rayonu Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin minaya düşərək həlak olmaları bizi dərindən sarsıtmışdır. Mənfur düşmənin  torpaqlarımıza tank əleyhinə minalar döşəməsi və mina xəritəsini kapitulasiya aktından sonra da bizə təhvil verməməsi bir daha onun alçaqlığından, vəhşiliyindən xəbər verir. Biz beynəlxalq təşkilatların bu hadisəyə ədalətlə qiymət verməyini, mina xəritəsini israrla Azərbaycana təhvil verməyən erməni faşistlərinin cəza almaları üçün beynəlxalq məhkəməyə çıxarılmalarını tələb edirik. Erməni vəhşiliyinə göz yumaraq hələ də ona havadarlıq edən bəzi “demokratik” dövlətlərə isə bu faciə bir görk olsun, mülki şəxslərə qarşı terror aparan bir dövlətin yanında duran dövlətlər Terror dövlətləridir! Azərbaycan xalqı, Azərbaycan ordusu öz Ali Baş Komandanı ilə 44 günlük Vətən müharibəsində erməni faşistlərinə öz hədlərini dəmir yumruqla bildirmişdir və mənfur düşmən unutmasın ki, bu dəmir yumruq onları tamamilə əzməyə qadirdir!   Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, Allahdan rəhmət diləyirik.   Müşfiq Məmmədli Millət vəkili

Hamısını oxu
Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz - Prezidentə yazırlar

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər. Publika.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir. Həbib Fətəliyevdən, Bakı, Azərbaycan Hörmətli Prezidentimiz. Dünyada Sizin kimi müdrik lider, təmiz qəlbli Ali Baş Komandan görmədim. Bizim üçün Sizdən qüdrətli rəhbər, Prezident yoxdur. Buna görə də mən və ailə üzvlərim Sizə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsini və ömürlük Prezidentimiz olmağınızı istəyirik. Allah Sizi və ailənizi qorusun. Hörmətlə, Fətəliyev Həbib Tofiq oğlu. Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Hamısını oxu