Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı...

Vətəndaşlara qayğı, onların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması, mili-mənəvi dəyərlərin təbliği dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri, başlıca fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də  dəfələrlə öz çıxış və müsahibələrində bu amillərin vacibliyinə toxunmuş, məmurları xalqla daha çox təmasda olmağa, xalqa xidmət etməyə, təvazökar davranmağa səsləmişdir. Dövlət başçısının “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” ifadəsi də dövlətimizin xalqa, vətəndaşa, onun qayğı və problemlərinin həllinə nə qədər böyük önəm verdiyini göstərir.

Bu mənada Bakının Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr, vətəndaşların arzu və ehtiyaclarına olan həssas münasibət Prezidentin tapşırıqlarının praktiki icrası baxımından gözəl örnək, layiqli nümunədir. Nəsimi rayonundakı xalqa xidmət nümunəsinin miqyas və əhəmiyyətini anlamaq üçün bəzi nünslara diqqət yetirmək kifayətdir.

Artan yaşıllıqlar, davamlı abadlıq işləri və kütləvi iməcliklər...

Nəsimi rayonunda görülən işlər fonunda diqqət çəkən ən mühüm məqamlardan biri dövlət başçısının çağırışına uyğun olaraq rayon ərazisindəki yaşıllıqların genişləndirilməsi, ekoloji mühitin davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu, özünü park və xiyabanlarıkı yaşıllıqların timsalında daha aydın göstərir. Bununla yanaşı, son illər rayon ərazisindəki küçə və yolların kənarında, eləcə də məhəllələrin daxilində minlərlə ağac əkilib ki, bu da təbiətə qayğının sistemli hal aldığını göstərir.

Rayon ərazisində əkilən ağaclar sırasında şam ağacları ilə yanaşı, zeytun və çinar ağacları çoxluq təşkil edir ki, bu da yerli iqlimə uyğun ağacların seçiminə daha çox üstünlük verildiyini göstərir.

Nəsimi rayonunda abadlıq işlərinin həyata keçirilməsi də sistemli və mütəmadi şəkildə aparılır. Görülən işlər çərçivəsində binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri həyata keçirilir. Parklarda yararsız vəziyyətə düşən oturacaqların təmiri, tamet daşlarının yenilənməsi, kiçik tutumlu zibil konteynerlərinin quraşdırılması, sanitar-təmizlik işlərinin aparılması, ağac və yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də başlıca fəaliyyət istiqamətlərindəndir.

Nəsimi rayonunda iməcliklərin keçirilməsinə də xüsusi diqqət yetirilir, bu iməcliklər zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Nümunə üçün qeyd edək ki, 15 mart 2025-ci il tarixində Nəsimidə ümumrayon iməcliyi çərçivəsində prospekt və küçələrin yuyulub təmizlənməsi, yaşıllıqlara daha genişmiqyaslı qulluğun göstərilməsi təmin edilmişdir.

Bundan başqa, cari ilin aprel ayında rayon ərazisində bir neçə dəfə iməcliklər təşkil edilmiş, bu iməcliklər zamanı genişmiqyaslı təmizlik işləri ilə yanaşı, həm də gənc nəsildə ekoloji mədəniyyəti inkişaf etdirməyə yönəlik maarifləndirici addımlar atılmışdır.

Milli-mənəvi dəyərlərə sadiqlik, qəhrəmanların cəmiyyətə tanıdılması, şəhidlərə sonsuz ehtiram...

Nəsimi rayonunda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm diqqət yetirilir, hər ay bu istiqamətdə böyük tədbirlər, önəmli layihələr icra edilir. Bu tədbirlərə qəhrəmanların cəmiyyətə tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, şəhdilərin doğum və anım günərinin qeyd olunması, Ulu öndər Heydər Əliyevdən bəhs edən ədəbi-bədii kompozisiyaların keçirilməsi və s. daxildir. Bunü nümunə olaraq 10 may 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum gününün rayon rəhbərliyi və ictimaiyyətinin birgə iştirakı ilə ehtiramla yad edilməsini göstərmək olar. Həmin gün şəhidin məzarı ziyarət edilmiş, məzar üzərinə gül-çiçək dəstələri düzülmüş, şəhidin xatirəsinə ehtsan süfrəsi verilmişdir.

Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliuyev və onun ideyalarının təbliğinə də xüsusi diqqət yetirilir, bu yöndə çoxsaylı tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlərdən biri cari ilin may ayında Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə keçirilmiş,  Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytının da fəaliyyəti olduqca təqdirəlayiqdir. Saytda rayon ərazisində keçirilən tədbir və görülən işlərlə yanaşı,  şəhidlərin doğum və anım günləri ilə bağlı da mütəmadi məlumatlar verilir, onlar haqqında informasiyalar təqdim olunur. İcra Hakimiyyəti sayt vasitəsilə milli dövlətçilik maraqlarımızın təbliği istiqamətində geniş iş aparır, gənclərin Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev ideyalarından faydalanması üçün bütün mümkün imkanlardan sitifadə edir.

Məhz görülən bütün bu kompleks işlərin nəticəsidir ki, bu gün Nəsimi rayonu paytaxt rayonları arasında xüsusilə seçilir və öz sürətli inkişafı ilə diqqət çəkir.

İnanırıq ki, Nəsimi rayonunda mövcud olan bu ənənə sonrakı illərdə də davam edəcək və paytaxtımızın, respublikamızın ümumi inkişafına bundan sonra da öz töhfəsini verəcək.

Seymur ƏLİYEV

 

2025-06-30 10:15:44
2702 baxış

Digər xəbərlər

Председателю Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики генерал-полковнику Агагусейнову Т.Я

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı şəhid atasının yubileyini keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev  adına 2 saylı tam orta məktəbdə qəhrəman şəhidimizin atası Arif Abdullayevin 70 illik yubileyini keçirib. Möhtəşəm keçən tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirə gələnlər şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfillər düzüblər. Məktəbin geniş akt zalında düzənlənən tədbirdə öncə torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman yubileyi qeyd olunan Əmək veteranı Arif Abdullayevin şərəfli həyat yolundan danışıb, Rəşad Abdullayev kimi qəhrəman övlad böyütdüyünə görə və anadan olmasının 70 illiyi münasibəti ilə onu Fəxri fərmanla təltif edib. Şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyi rayon filialının sədri Maşalla Əliyev, Vətən müharibəsi iştirakçıları Namiq Nəzərov, Toğrul Rizvanlı, məktəbin direktor müavini Rakif Həsənli, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə,    "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov, AYB-nin üzvü, veteran müəllim Əfrahim Abbas və başqaları çıxış edərək yubilyarı səmimi qəlbdən  təbrik edərək şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Yubiley münasibəti ilə Arif dayıya öz hədiyyələrini  təqdim ediblər. Şagirdlərin söylədikləri vətənpərvər ruhlu şeirləri tədbir iştirakçıları  maraqla qarşılayıblar. Tədbirdə çıxış edən yubilyar Arif Abdullayev şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbirin keçirilməsində əməyi olan  rayon Veteranlar Təşkilatına  öz minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.

Hamısını oxu
Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş tədbir

25 may 2017-ci il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmış və tədbirin Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 99-cu ildönümünə həsr edildiyini vurğulamışdır: “Sizə də məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 16-da sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən ümumən Azərbaycanın dövlətçilik ənənlərinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan  Azərbaycan Xalq Cümhuriyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur”. Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə, Azərbaycan Respublikası Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Prezi­denti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedra­sının müdiri, dosent Firdovsiyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər təşkilatının və KİV-in nümayəndələri iştirak etmişlər.

Hamısını oxu
“AzerGold” turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib

“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü olan 14 turizm blogeri üçün Daşkəsən rayonuna, o cümlədən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib. Veteran.gov.az xəbər verir ki, dövlət şirkətinin cari il üzrə Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən üçgünlük infoturun əsas məqsədi Daşkəsən rayonunun turizm potensialının, zəngin təbii landşaftının, tarixi-mədəni irsinin və ekoturizm imkanlarının daha geniş auditoriyaya tanıdılması olub. Səfər çərçivəsində iştirakçılar əvvəlcə ÇİRES-də olublar. Onlara müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Blogerlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri ilə tanış olub, eyni zamanda "AzerGold" QSC-nin həyata keçirdiyi sosial məsuliyyət layihələrinin icra olunduğu yaşayış məntəqələrini ziyarət edərək yerli icmalarla görüşüblər. İnfotur proqramı çərçivəsində iştirakçılar Daşkəsən şəhəri ilə yanaşı, rayonun Quşçu, Bayan, Qabaqtəpə, Zağalı və Xoşbulaq kəndlərini də ziyarət ediblər. Onlar bölgənin təbii gözəllikləri, tarixi-mədəni irsi, ekoturizm və rekreasiya imkanları ilə tanış olaraq foto və video məzmunlar hazırlayıblar. Səfər zamanı iştirakçılara Daşkəsənin turizm marşrutları və ziyarətçilər üçün maraqlı istiqamətləri barədə məlumat təqdim olunub. Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə tarixi-mədəni irsin qorunması və turizm potensialının təbliği istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu çərçivədə Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən rayonunun tarixi və təbiət abidələrini əhatə edən təqvim-kataloq hazırlanıb. Həmçinin, “Daşkəsən rayonunda tarixi-mədəni irsin tanıdılması” layihəsi çərçivəsində 2025-ci ildə rayonun 46 tarixi-memarlıq abidəsində məlumat lövhələri quraşdırılıb. “AzerGold” QSC bundan sonra da korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində turizm potensialının təşviqi və tarixi irsin qorunmasına dəstək verən layihələrin icrasını davam etdirəcək.

Hamısını oxu