Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı Rusiyada keçirilən beynəlxalq tədbirdə layiqincə təmsil olunub

19-24 may 2019-cu il tarixlərində Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Moskva  şəhərində  Rusiya  Veteranlar  İttifaqı Koordinasiya Şurasının növbəti iclası  və "Qələbənin Varisləri" Beynəlxalq İttifaqın tədbirində iştirak edib. Azərbaycanı təmsil edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 700 minə yaxın soydaşımızdan 350 mininin həyatlarını itirməsindən danışıb. Gələn il Qələbəninin 75 illiyi əlaqədar Respublikamızda həyata keçiriləcək tədbirlərə hazırlıq barəsində geniş məlumat verib. C.Xəlilov, həmçinin Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulayıb. O, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdə veteranlara diqqət və qayğısını beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

2019-05-24 00:00:00
3939 baxış

Digər xəbərlər

İlham Əliyevdən sərt mesaj: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”

"Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir". Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.  "Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - dövlət başçısı əlavə edib. 

Hamısını oxu
İlham Əliyev: “Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm prezident, Cənab Ali Baş Komandan!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı çoxsaylı veteran ordusu və Təşkilatın Rəyasət Heyəti adından Sizi 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbə münasibəti ilə ürəkdən təbrik edir, Vətənin tərəqqisi və xoş gələcəyi yolundakı fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Sizin Azərbaycan qarşısındakı tarixi xidmətləriniz, ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artması sahəsindəki geniş fəaliyyətiniz xalq tərəfindən daim yüksək qiymətləndirilir. Siz ulu öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı kimi onun başlatdığı qüdrətli, müasir dövlət, güclü cəmiyyət və firəvan xalq modelini yeni mərhələdə inkişaf etdirməklə Azərbaycanın sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir məkana çevirmisiniz. Bu gün dünyanın əksər ərazilərində çaxnaşmaların, qanlı qarşıdurmaların baş verdiyi şəraitdə ölkəmizdə hökm sürən əmin-amanlıq və vətəndaş sülhü Sizin düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir. Veteranlar bütün bunları yüksək qiymətləndirir, göstərdiyiniz hərtərəfli qayğı və diqqətdən bəhrələnərək ölkənin gələcək tərəqqisi naminə daim Sizinlə olduqlarını bir daha əzmlə bəyan edirlər. İnanırıq ki, uğurlu siyasi xəttiniz və gərgin səyləriniz Qarabağın azad olunmasına yol açmaqla, daha güclü, qüdrətli Azərbaycanın qurulmasına zəmin yaradacaqdır.   Dərin hörmətlə, Respublika veteranları və RVT Rəyasət Heyəti üzvləri adından:   Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                            Tofiq Ağahüseynov

Hamısını oxu
Qubada “Nəsillərin görüşü: Uğurlar və perspektivlər...” mövzusunda zona konfransı keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Quba şəhər Mədəniyət Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zona konfransı keçirilib. Zona konfransında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov,  Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun digər rəhbər işçiləri, aidiyyati qurumların nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən əmək, müharibə və Silahlı Qüvvələr veteranları, o cümlədən 44 günlük Vətən müharibəsi qaziləri, tələbə və ziyalılar, Sərhəd Qoşunlarının, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.   Konfrans  Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Konfransı  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb. Konfrans iştirakçılarını salamlayan Cəlil Xəlilov, dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Həssas kateqoriyadan olan vətəndaşlara dövlət qayğısı fonunda Quba Rayon İcra Hakimiyyətinin gördüyü işlərə, həyata keçirdiyi layihələrə toxunan polkovnik Cəlil Xəlilov, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara cəmiyyətdə də böyük ehtiram göstərildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində veteranların, o cümlədən hər bir vətəndaşın Ali Baş Komandan ətrafında sıx birləşdiyini bildirən Cəlil Xəlilov, bu gün də veteranların Azərbaycan Respublikasının Prezidenti ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, son vaxtlar bəzi veteranların daşıdıqları statusdan sui-istifadəyə cəhd etməsi, dövlət qurumlarına təyziq göstərməyə çalışması, əsassız tələb və iddialar səsləndirməsi müşahdiə edilir ki, bu da təəssüf doğurur. Polkovnik qeyd edib ki, hər bir tələb və iddia qanuna əsaslanmalı, yalnız və yalnız hüquqi müstəvidə həll edilməlidir. Bu kimi neqativ halların cəmiyyətdə veteranlar haqqında mənfi fikirlərə yol aça biləcəyini söyləyən Cəlil Xəlilov, belə hallara qarşı birgə mübarizə aparmağın zəruriliyini qeyd edib: “Veteranlarımız sadəcə bu kimi neqativ hallara qarşı mübarizə aparmaqla kifayətlənməməli, həm də cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsi, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, gənc və yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından da fəal iş aparmalıdır. Müharibə dönəmində cəbhədə böyük qəhrəmanlıqlara imza atan gənclərim respublikamızın sosial-iqtisadi həyatında, o cümlədən Qarabağda aparılan böyük yenidənqurma işlərində də fəal olmalı, ön cəbhəəki qəhrəmanlıqlarını arxa cəbhədə öz əməkləri ilə təkrarlamalıdırlar”.   Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial layihələrdən, şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib: “44 günlük Vətən müharibəsində Azərbaucan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qələbəyə, şanlı zəfərə imza atdı. İşğalçı erməni ordusu darmadağın edilərək rüsvayçı məğlubiyyətə uğradıldı. Bununla da Azərbaycan Respublikaısnın ərazi bütövlüyü təmin edildi.  Hər zaman şəhid ailələrinin, müharibə veteranlarının yanında olan dövlət başçısı post-müharibə dönəmində də vətənin azadlığı uğrunda şəhid olanların ailələri, müharibə iştirakçıları ilə həmrəylik sərgilədi. Bu həmrəylik bu gün də davam edir. Şəhid ailələrinin, veteranların sosial problemlərinin həlli istiqamətində böyük layihələr həyata keçirilir. Bu baxımdan, Quba rayonunda da bir sıra mühüm işlər həyata keçirilir. Buna nümunə olaraq Quba rayonunda Azərbaycan-Türkiyə qardaşlıq parkının, o cümlədən “Media şəhidləri” parkının salınmasını göstərmək olar. Hava şəraitindən asılı olaraq, bəzi dərslərini məhz bu parklarda keçiilir. Azərbaycan-Türkiyə qardaşlıq parkında həm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, həm Türkiyə xalqının böyük oğlu Mustafa Kamal Atatürkün, o cümlədən hər iki qardaş dövlətin hazırkı dövlət başçılarının kəlamları yer alır. Bu park uşaq və yeniyetmələrə, gənc nəslə Azərbaycan-Türkiyə dostluğunu təbliğ edir. Yaxın günlərdə şəhid ailələrinin həyətlərinin abadlaşdırılması, onların evlərinə gedən yolların asfaltlaşdırılması prosesinə başlanılacaq. Şəhid ailəlrinin, veteranların problemlərinin həll edilməsi, onların sosial rifahının yüksəldilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün imkanlardan bundan sonra da maksimum istifadə olunacaq”.   Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev xalqımızın Azərbaycan Respublikaısnın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi uğura imza atdığını vurğuladı: “44 günlük Vətən müharibəsi və bu müharibədə ədlə edilən qələbə sadəcə Azərbaycanın deyil, türk dünyasının ən şanlı qalibiyyətlərindən biridir. Azərbaycan Ordusu, Azərbaycan xalqı bu zəfərlə 200 illik erməni işğalına layiqli cavab verdi. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizmindən azad etməklə ərazi bütövlüyünü təmin etdi. Tarixi və hüquqi ədalət şanlı Azərbaycan Ordusunun cəsarəti və rəşadəti nəticəsində təmin edildi.   Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə dövlət tərəfindən mütəmadi qayğı göstərildiyi, onların sosial rifahının yüksəldilməsinin dövlət siyasətimizin prioritet istiqamətlərindən bir olduğu hər kəsə məlumdur. Məlum kateqoriyadan olan vətəndaşlarımızın mənzil, avtomobil, sosial müavinətlərl təmin edilməsi, çoxsaylı güzəştlərdən yararlanması faktı buna nümunədir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün bəzi veteranlar, o cümlədən veteran adı daşıyan təşkilatlar əsassız iddia və tələblərlə çıxış edir, ictimai maraqlardan daha çox öz şəxsi maraqlarının müdafiəsinə çalışırlar. Təbii ki, bu kimi hallar cəmiyyətdə də narazılıq doğurur, veteran statusunun aliliyinə, müqəddəsliyinə kölgə salır. Hər bir veteran bu kimi arzuedilməz hallara qarşı mübarizə aparmalı, dövlətimizin şəhid ailələri, veteranlarla bağlı siyasətinə kimlərinsə kölgə salmasına imkan verməməlidir”.   Konfransda çıxış edən şəhid ailələrinin nümayəndələri, müharibə əlilləri, 44 günlük Vətən müharibəsi iştirakçıları, QHT təmsilçiləri dövlətin şəhid ailələri və veteranlara dəstəyini yüksək qiymətləndirdiklərini, hər zaman olduğu kimi bundan sonra da milli maraqların keşiyində ayıq-sayıq dayanacaqlarını vurğulayıblar. Konfrans əsnasında şəhid ailərinin nümayəndələri, o cümlədən veteranlar həm də onları düşündürən, narahat edən məqamlara toxunub, üzləşdikləri problemlərdən birgə həll yollarının müzakirəsinə qoşulublar. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların göstərdiyi qəhrəmanlıqların təbliği istiqamətində də çoxsaylı təkliflər səsləndirilib.   Daha sonra konfrans diskussiya formasında davam edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ondan çox şəhid anasının, müharibə veteranının suallarını cavablandırıb, onların müxtəlif məsələlərlə bağlı səsləndirdiyi təkliflər dinlənilib, ümumiləşdirmələr aparılıb.   Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransdan sonra şəhid ailələri və müharibə iştiraçkılarının təmsil olunduqları QHT-lərin nümayəndələri ilə görüşüb.

Hamısını oxu