Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirib.

Tədbir başlamazdan öncə Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri  rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərini xüsusi vurğulayıb. O, qeyd edib ki, bu gün Ümummilli Liderin arzuları reallaşmışdır. Azərbaycan öz tarixi torpaqlarına qovuşmuş, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz Ermənistanın əsarətdə saxladığı  torpaqlarımızı işğaldan azad edilmişdir. 

Tədbirdə Beynəlxalq Heydər ata mükafatı laureatı Gülbala Teymur, şəhid atası Mehman Əliyev, Qarabağ qaziləri İctimai Birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə nümayəndəsi  Cavidan Rəşidov, tanınmış qələm adamları Əfrahim Abbas, İman Abdulla, Əlövsət Tahirli, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevə olan ehtiramlarını bildirmiş,  əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq qazanılmış  böyük zəfərdən, doğma Qarabağımızda gedən quruculuq işlərindən danışıblar.

2025-12-14 15:31:00
2525 baxış

Digər xəbərlər

Şəhid generala ithaf

Iyulun 12-də Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimova daha bir mahnı həsr edilib. Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanan mahnı "Paşam, hey" adlanır. Mahnının musiqisi Faiq Şücəddinova, sözləri isə Musa Uruda məxsusdur. Mahnı hərbi mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlı tərəfindən ifa edilib.

Hamısını oxu
Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun ömrü çox uzaq gələcəyə hesablanıb

12 dekabr Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin anım günüdür. Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.   Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Böyük siyasi xadim Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyulmuşdur. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Dövlət başçısı həyata keçirdiyi islahatları məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirir və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirən cənab İlham Əliyev özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu öndərimizin işıqlı, nurlu arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Ümummilli liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Allah Ulu Öndərə rəhmət eləsin! Azərbaycan dövləti var olduqca Ümummilli liderimiz anılacaq, onun zəngin həyat təcrübəsi, güclü dövlətçilik, idarəçilik ənənəsi davam etdiriləcək.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu
Azərbaycanda Böyük Vətən müharibəsinin sonuncu iştirakçısı vəfat etdi

Böyük Vətən müharibəsinin Mingəçevirdən olan sonuncu iştirakçısı dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, 99 yaşlı Baba Əliyev bu gün vəfat edib. Qeyd edək ki, B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub. O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib

Bu gün Respublika Veteranlar Təşkilatında Mədəniyyət Nazirliyinin təşəbbüsü və  “Respublika Xatirə Kitabı” redaksiyası əməkdaşları tərəfindən hazırlanan “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabın baş redaktoru Nəzakət Məmmədova kitabda yer alan məqalələr haqqında ətraflı məlumat verib, Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki xidmətlərinə diqqət çəkib.   Xalqımızın  hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu bildirən Nəzakət Məmmədova, ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qalibiyyətin də bu gerçəyin növbəti təsdiqi olduğunu vurğulayıb.   Respublika Veteranlar Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov və təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən kitabın önəminə toxunub, bunun gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin üzə çıxarılması, xalqımızın cəsur oğullarının şücaətləri ilə bağlı beynəlxalq ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından mühüm rol oynadığını qeyd edib.   Daha sonra çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Hikmət Məlikzadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi tarixi qələbəyə diqqət çəkib, Azərbaycan xalqının XX əsrin ortasında faşizmə qarşı sərgilədiyi qəhrəmanlığı XXI əsrin əvvəllərində erməni faşizminə qarşı mübarizədə təkrarladığını bildirib.   Tədbirdə çıxış edən “Respublika Xatirə Kitabı” redaksiyasının əməkdaşı Vüqar Əsgərov kitabda Azərbaycan dili ilə yanaşı, rus dilində də məlumatların yer aldığını bildirib. Qeyd edib ki, bu faktor faşizmə qarşı mübarizə aparan azərbaycanlıların beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.   Respublika Veteranlar Təşkilatının Veteranların sosial müdafiəsi şöbəsinin müdiri Telman Babayev isə II Dünya müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların sayının 700 mindən çox olduğunu vurğulayıb, bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib.   Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Samir Musayev isə qeyd edib ki, “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən hazırlanan kitabdan daha səmərəli istifadə etmək, Azərbaycan xalqının faşizmə qarşı mübarizədəki xidmətlərini dünyaya çatdırmaq üçün sözügedən kitabın XİN vasitəsi ilə xarici ölkələrdəki səfirliklərimizə çatdrırılması faydalı olardı.   Maraqlı müzakirələr şəraitində keçən tədbirin sonunda iştirakçılara “Qələbə-75: Azərbaycan xalqının mübarizə əzmi” kitabı təqdim edilib, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu