Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xalq şairinin yubiley tədbiri keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbi ilə birlikdə  Azərbaycanın görkəmli şairi  Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirib.

Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin və ölməz sənətkarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin müəllimi Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu tədbirdə şəhid Vasif Hüseynov adına  ümumtəhsil tam orta məktəbin direktoru Şəhla  Mürsəlova giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib yeni istifadəyə verilmiş bu təhsil ocağında belə bir tərbirin keçirilməsinə görə Rayon Veteranlar Təşkilatına öz təşəkkürünü bildirib.

Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair-publisist Ədalət Salman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı ölkəmizdə tədbirlər keçirilməsi haqqında verdiyi sərəncamı sənət adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirib və unudulmaz şairin Azərbaycan ədəbiyyatında  özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb.

Tədbirdə  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Zülfi Vellidağ, Əfrahim Abbas,  Arzu  Əyyarqızı, Etibar Sevənli, Mikayıl İnçəçaylı, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə, veteran pedaqoq Dadaş Bayramov, müharibə veteranı Qurban Əhməd, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb, onun milli azadlıq ruhunda yazdığı əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Məktəb şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, “Gülüstan” poemasından ayrı-ayrı hissələr söylənilib.

Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir məktəbin pedaqoji və şagird kollektivinə, həmçinin qonaqlara xoş ovqat yaşadıb.

2025-12-25 21:09:00
2444 baxış

Digər xəbərlər

“ABŞ hərbi komandanlığının bu qərarı Prezident İlham Əliyevin uzaqgörənliyinə dəlalət edir”

“ABŞ ordusunda xüsusi təyinatlı qüvvələrin sayının artırılması ilə bağlı verilən qərar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyinə, hərbi məharət və səriştəsinə dəlalət edir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin illər öncə Azərbaycan ordusunda həyata keçirdiyi bu islahatın Amerika ordusunda yalnız indi gerçəkləşməsi, Müzəffər Ali Baş Komandanın uzaqgörənliyindən xəbər verir: “44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlı qüvvələrin sayının əhəmiyyətli dərəcədə artırılması prosesi həyata keçirildi. Yalnız Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də xüsusi təyinatlı qüvvələrin sıralarının genişləndirilməsi baş verdi ki, bu da zərurətdən irəli gəlirdi. Müzəffər Ali Baş Komandan öz çıxışlarında dəfələrlə bildirmişdir ki, Vətən müharibəsinin gedişatı və nəticəsi xüsusi təyinatlı qüvvələrin önəmini göstərdi. Müharibə göstərdi ki, müasir hərbi əməliyyatlarda xüsusi təyinatlı qüvvələrin rolu həlledicidir. Bu səbəbdən də ölkəmizdə xüsusi təyinatlı qüvvələrin sayı artırılmaqla yanaşı, Komando Qüvvələri də yaradıldı. Ali Baş Komandan Komando Qüvvələrinin hərbi hissələrinin açılışında şəxsən iştirak etdi, onlara fəaliyyətində uğurlar arzuladı. Bu günlərdə Ukraynadakı müharibənin nəticələrini təhlil edən ABŞ hərbi komandanlığı ordudakı xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərər verib. Amerikalı hərbi mütəxəssislər etiraf edib ki, Ukrayna müharibəsi bir daha göstərdi ki, müharibə zamanı önəmli olan ordunun sayı yox, onun keyfiyyəti, peşəkarlıq səviyyəsidir. Bu səbəbdən də ABŞ komandanlığı orduda ümumi ixtisarlar aparmaqla yanaşı, xüsusi təyinatlı qüvvələrin sayının artırılmasına qərar verib. Hansı ki, Prezident İlham Əliyev 4 il bundan öncə - Vətən müharibəsindən dərhal sonra Azərbaycan Ordusunda bu islahatı həyata keçirib. Bu müqayisə bir daha sübut edir ki, Azərbaycan bir çox məsələlərdə superdövlətləri belə qabaqlamağı bacarır və biz bütün bu uğurlara görə heç şübhəsiz Müzəffər Ali Baş komandanımıza, onun hərbi-siyasi uzaqgörənliyinə borluyuq”. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident Tovuza dəyən ziyanın aradan qaldırılmasına bir milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.   Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Hamısını oxu
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi şəhid və qazi övladları üçün bayram tədbiri keçirib

Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə şəhidlik məqamına ucalmış Şəhidlərimizin və Qazilərin övladlarına mənəvi dəstək olmaq məqsədi ilə mayram tədbiri keçirilib.   Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal tədbiri giriş sözü açaraq dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Şəhid və Qazi övladlarını təbrik edərək bildirdi ki, 44 günlük Vətən müharibəsundə əldə etdiyimiz tarixi əhəmiyyətli qələbə zəfərin qazanılmasında qüdrətli Dövlət Başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, səriştəli Sərkərdə məharəti, beynəlxalq diplomatik müstəvidə əldə etdiyi nailiyyətlər, milli vətənpərvər ruhlu vətən övladlarımızın qəhrəmanlığı və hünəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Zamin Zeynal onu da xüsusi olaraq vurğuladı ki, son 200 ildə Azərbaycan xalqı ilk dəfə olaraq Prezident İlham Əliyevin liderliyi ilə itirilmiş torpaqlarının geri qaytarılması ilə tarixə düşdü. Bu qələbənin əldə edilməsi Ali Baş Komandan İlham Əliyevin regionda apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.Əminliklə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin liderliyi altında daha böyük Azərbaycan olaraq qələbələrimiz davamlı olacaq.   Bayram tədbirində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavinləri Qalib Əliyev, Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, Sabunçu Gənclər Evinin direktoru Samir Mehraliyev, Millət vəkili Elman Nəsirov, Millət vəkili Şahin Seyidzadə, Hacı Nuran, Şəhid ailələri, Qazilər, ictimai fəal şəxslər iştirak edərək çıxış etdilər.   Tədbirdə çıxış edənlər qeyd etdilər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, fədakar ordumuz əzəli,əbədi Qarabağ torpaqlarımızı düşmənlə mübarizə apararaq azad etməyə müvəffəq olmuş, düşməni məğlubiyyətə uğurratmışdır. Xalq iqtidar, ordu birliyinin nəticəsində 44 günlük haqq savaşında 30 illik torpaq həsrətimizə son qoyularaq xalqımız tarixi qələbə Zəfərini qazanmışdır.   Natiqlər bildirdilər ki, bu gün peşəsindən və vəzifəsindın asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qələbə əzmindən ruhlanaraq daima Şəhid və Qazi ailələrinə dərin hörmət və sayqı ilə yanaşmalıdır.   Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin layihələr departamentinin rəhbəri Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, Şəhid və Qazi övladlarına mənəvi dəstək olmaq məqsədi ilə həyata keçirilən tədbirdə 60 dan çox Şəhid və Qazi övladlarına hədiyələr təqdim edildi. Tədbirin bədii hissəsində uşaqların sevimlisi yeni il personajları öz səhnəcikləri ilə uşaqların qəlbinə oxşadılar.   Birlik rəsmisi onu da vurğuladı ki, İctimai birlik tərəfindən Şəhid və Qazilərimizə mənəvi dəstək yönümündə birgə tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.

Hamısını oxu
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.  

Hamısını oxu