Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX sadə vətəndaşların mənzil arzusuna qəsd edənlərin arzusunu gözündə qoydu

“03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilmişdir.

Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılmışdır.Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılmışdır”.

Bu sözlər Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında yer alıb. Məlumatda qeyd olunur ki, “Azərbaycan Respublikasının vətəndaşları – C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 03 dekabr 2025-ci il tarixində saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər etmişlər.

Qeyd olunan şəxslər DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə – hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Göründüyü kimi, DTX növbəti dəfə sadə vətəndaşların mənzil arzusuna qəsd edən şəbəkəni müəyyən edərək həm qanunun, həm də ədalətin tələbini yerinə yetirib.

Xatırladaq ki, DTX əvvəlki illərdə də dəfələrlə oxşar qanun pozuntularının qarşısını peşəkarlıqla almış, kiber cinayətkarlara qarşı uğurlu əməliyaytalr təşkil etmişdi. Lakin MİDA-nın keçirdiyi son satışlar və bu satışlar zamanı da kiber cinayətkarların sistemə müdaxilə cəhdləri məlum problemin həllinə daha fundamental yanaşmağı zəruri edir.

Hər şeydən öncə qeyd edək ki, məlum müdaxilələr onu deməyə əsas verir ki, MİDA-nın sistemi kiber hücumlara qarşı kifayət qədər dayanıqlı deyil və məhz bu səbəbdən də dövlətin təhlükəsizliyi ilə bağlı üzərinə böyük məsuliyyət götürən DTX hər dəfə bu problemə də müdaxilə etmək məcburiyyətində qalır. Halbuki, məlum problemin həli istiqmətində daha fundamental və birdəfəlik addımlar atmaq olar. Bu addımlardan biri kimi, MİDA-nın mənzil satışı ilə bağlı daha təkmil sistem yaratmaq, yaxud sistemin müdafiəsini tamamilə DTX-ya həvalə etmək olar. DTX-nın maddi-texniki bazası, eləcə də kadr ehtiyatı bu problemi birdəfəlik ortadan qaldırmağa, satışın şəffaflığı ilə bağlı vətəndaşların narahatlığına son qoymağa imkan verir. Həm dövlətin maraqları, həm də vətəndaş məmnunluğunun təmini baxımından bu, ən optimal variantlardan biridir.

Şübhəsiz, problemin həlli ilə bağlı digər variantlar da təqdim edilə bilər. Önəmli olan dövlətin bu nəcib layihəsinə kölgə düşməsinin qarşısını almaq, ədalət və qanunun şərtini yerinə yetirməkdir.

Seymur ƏLİYEV

2026-01-02 10:00:00
2441 baxış

Digər xəbərlər

Daha 40 avtomobil müharibə əlillərinə təqdim edildi

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanla, qüdrətli ordumuzla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün "Xəzər" markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb. Tədbirdə çıxış edən nazirliyin tabelyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas qruplara qayğısından bəhs edib. O, ölkədə bütün sosial proqramların uğurla davam etdiyini və genişləndirildiyini deyib. Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu
ƏƏSMN-də veteranlarla görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir  mübadiləsi aparılıb. Görüşdə Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov da iştirak edib.

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədə son vəziyyət barədə - Atəşkəs rejimi 60 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Qürur və ehtiramla anırıq!

Hamısını oxu