Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”

“Azərbaycanın Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşulması, habelə Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı dövlətimizin və Prezidentimizin nüfuzundan xəbər verir”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, həbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Tramp administrasiyasının dövlətimizə göstərdiyi etimad Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir:

“Donald Trampın Ağ Ev rəhbərliyinə gəlməsindən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələyə şahid olmaqdayıq. Buna səbəb Prezident İlham Əliyevin hər zamankı kimi ABŞ-la münasibətlərin inkişafına xüsusi maraq göstərməsi, Tramp administrasiyasının isə sələflərindən fərqli olaraq ölkəmizə münasibətdə səmimi və ədalətli mövqe sərgiləməsidir. Məhz qarşılıqlı inam və etimadın nəticəsidir ki, Azərbaycan yeni dünya nizamının nəticəsi olaraq meydana gələn Sülh Şurasında təmsil olunmaqda, bir-birindən maraqlı təklif və təşəbbüslərlə çıxış etməkdədir.

Prezident İlham Əliyevin fevralın 19-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı, iclas zamanı Donald Trampın dəfələrlə dövlət başçımıza xitab etməsi, onun siyasi fəaliyyətini dünya liderlərinin gözü qarşısında aşkar şəkildə təqdir etməsi Azərbaycanın qlobal güclər səviyyəsində qəbul edildiyini, ölkəmizin siyasi iradəsi ilə super güclərin belə razılaşdığını göstərir”.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Qəzzanın bərpası prosesində də aktiv iştirak edə bilər:

“Sülh Şurasının ilk iclasında müzakirə edilən əsas məsələlərdən biri Qəzza ilə bağlı idi.

Bildiyiniz kimi, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bir neçə ildir ki, geniş təmir-tikinti və abadlıq işləri həyata keçirir, bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycan bu təcrübədən Qəzzanın bərpası prosesində də istifadə edə, müharibə nəticəsində viran qalan ərazilərin yenidən dirçəldilməsinə töhfə verə bilər. Ehtimal ki, ABŞ və Sülh Şurası Azərbaycanın bu təcrübəsindən Qəzzanın yenidən inşasında istifadə edəcək.

Xatırladım ki, Azərbaycan zaman-zaman BMT institutları vasitəsilə Fələstinə humanitar yardımlar göstərib, müharibədən əziyyət çəkən insanların sosial təminatının yaxşılaşması istiqamətində konkret addımlar atıb. Bu baxımdan, yaxın gələcəkdə Azərbaycanın bu sahədəki fəaliyyətini də genişləndirməsi gözləniləndir.

Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan yaxın gələcəkdə Sülh Şurasındakı aktivliyini daha da artıracaq və daha təhlükəsiz dünyanın formalaşmasına töhfə verəcək”.

 

2026-02-20 15:10:00
2104 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımov vəfat edib

İkinci Dünya müharibəsi veteranə, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat  R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır. Qafqazinfo.az

Hamısını oxu
“Səhiyyə Nazirliyi və TƏBİB-in qazilərimizə olan həssas münasibətini yüksək qiymətləndirirəm”

Məşhur Məmmədov: “Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir”   Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib: “Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət  və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək. Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir. Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Əliyevin bu çıxışı Almaniyada gündəm oldu

Almaniyada çıxan “Berliner Press” nəşrində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının onlayn-konfrans formatında keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edilib. Axar.az xəbər verir ki, materialda Azərbaycan dövlətinin başçısının çıxışlarının əsas tezislərinə istinad edilir. Nəşrdə vurğulanır ki, İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, regionda sülhə və təhlükəsizliyə təhdid yaratması, Azərbaycan ərazilərini işğal etməsi, yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, işğal edilmiş torpaqları qeyri-qanuni məskunlaşdırması, dövlət sərhədi boyunca təxribatlar törətməsi kimi məsələlərə diqqəti cəlb edib. Materialda bildirilir ki, Azərbaycan Prezidentinin çıxışında ölkədə stabil, demokratik, etnik və dini baxımdan tolerant dövlət qurulması və onun möhkəmlədirilməsi sahələrində, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə qazanılmış uğurlar kimi məsələlərə diqqət yetirib.

Hamısını oxu
Şuşada bərpa işləri başladı

İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqda tamaşaçılara məlumat verib. “Əməkdaşımız bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər verilib. Eyni zamanda, bir çox tikililər dağıdılıb. Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Əməkdaşımız diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb", - televiziya qeyd edib.

Hamısını oxu