Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı çatdırıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti birbaşa ünvanlarında təslim edilib.

“Avrora Qrup” olaraq hesab edirik ki, biznesin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq qalaraq bu cür sistemli sosial layihələri və xeyriyyə aksiyalarını davam etdirəcək.

Məlumat üçün bildirək ki, “Avrora Qrup” ölkənin qida istehsalı, pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial məsuliyyət prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi qəbul edən şirkət, mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş sosial dəstək layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.

 

 

2026-05-26 19:18:00
1222 baxış

Digər xəbərlər

Nəsib Məhəməliyev Balakən rayon ziyalıları və ağsaqqalları ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində avqustun 10-da Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının Balakən rayon təşkilatının qərərgahınıda rayon ziyalıları və ağsaqqalları ilə görüş keçirdi. Əvvəlcə bir qrup rayon ağsaqqalları,ziyalıları və şəhid ailəsi nümayəndələrilə Balakən şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, abidənin önünə gül dəstələri qoyuldu.Sonra şəhidlər xiyabanı ziyarət olunaraq Şəhidlərin ruhuna dualar oxunub,xatirə kompleksinin qarşısına gül dəstəsi qoyuldu. Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.Çıxışçılardan rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev,təşviqat qrupunun üzvləri Rəşid Musayev,Şüyöb Mikayılov,iştirakçılardan Ömər müəllim və digərləri cənab Prezidentin də etimad göstərdiyi 110 saylı Balakən dairəsindən deputatlığa namizəd Nəsib Məhəməliyevin layiqli,rayonumuzu yetərincə təmsil edəcək qabiliyyətli,təcrübəli kadr olduğunu və ona dəstək olacaqlarını,səs verəcəklərini bildirdilər.Digərlərini də YAP-ın namizədinə səs verməyə çağırdılar. Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb. Azərbaycanın uğurlarından bəhs edən deputatlığa namizəd ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, yeni mərhələdə ölkəmizin qarşısında mühüm hədəflərin durduğunu diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına inamını ifadə edib. Namizəd Nəsib Məhəməliyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Öz növbəsində çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Sonda xatirə şəkil çəkildi.  Mənbə: “Yeni Balakən”    

Hamısını oxu
Bu gün şəhid Əhmədov Elmar Elşən oğlunun doğum günüdür

Elmar Əhmədov 2000-ci il iyunun 28-dəTovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda   yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə   iştirak edib. Elmar Əhmədov oktyabrın 14-də Füzuli döyüşləri  zamanı şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin   15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra  “ Vətən uğrunda ” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin   25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “Füzulunin azad olunmasına görə” medalı  ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidentı İlham Əliyevi 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Əhmədov ölümündən sonra “ Şuşanın azad olunmasına görə” medalı  ilə təltif edildi.  

Hamısını oxu
Prezident və xanımı Şuşaya gedir: Mehriban Əliyevadan PAYLAŞIM - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib. Publika.az həmin paylaşımı təqdim edir:

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Ermənistanın hərbi cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Bu barədə Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov məlumat verib. Müraciətdə deyilir:  “Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan xalqına qarşı etnik-milli zəmində sistemli cinayətlər törətməkdə, xalqımıza qarşı terror və soyqırım siyasəti törətməkdə, dövlətimizin ərazi bütövlüyünə qəsd etməkdədir.  XX əsrin 90-cı illərindən etibarən Azərbaycan xalqına qarşı silsilə cinayətlər törədən Ermənistan ordusu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etmiş, bütöv bir şəhərin sakinlərini qətlə yetirmiş, əsir götürülənləri ağır işgəncələrə məruz qoymuşdur. Ümumiyyətlə, Birinci Qarabağ müahribəsi dönəmində minlərlə Azərbaycan vətəndaşı qətlə yetirilmiş, bütöv şəhərlər, kəndlər yer üzündən silinmişdir. Birinci Qarabağ müharibəsi və işğal dönəmində minlərlə hərbi-mülki şəxsi qətlə yetirən Ermənistan, törətdiyi cinayətləri gizlətmək məqsədi ilə Qarabağ və ətraf rayonlarda qətlə yetirilən azərbaycanlııları kütləvi məzarlıqlarda basdırmış, qanlı əməllərini bu yolla ört-basdır etməyə, məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Bugünlərdə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıq Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi minlərlə cinayətdən biri, bu cinayətlərin inkaredilməz sübutudur.  Xatırladaq ki, Birinci Qüarabağ müharibəsi nəticəsində itkin düşən 3890 vətəndaşımızdan bu gün də heç bir xəbər yoxdur və Ermənistan həmin şəxslərin aqibəti haqqında Azərbaycana heç bir məlumat təqdim etməyib. Ermənistan 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsi dönəmində də Azərbaycan xalqına qarşı silsilə cinayətlər həyata keçirmiş, Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərləri istifadəsi beynəlxalq konvenmsiyaalrla qadağan edilən ballistik raketlərlə atəşə tutmuş, nəticədə içərisində uşaq və qocaların da olduğu onlarla Azərbaycan vətəndaşı qətlə yetirmişdir. Ermənistan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsir hərbçilərinə qarşı da ağır cinayət törətmiş, onlara yaxın məsafədən atəş açmaqla vəhşicəsinə qətlə yetirmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu müharibənin gedişində  - 2020-ci ilin 30 oktyabr tarixində ictimaiyyətə məlumat vermiş, ictimaiyyəti erməni cinayətləri haqında məlumatlandırmışdır.  Ermənistanın Azərbaycan xalqına qarşı cinayətləri 2020-ci ilin 10 Noyabr tarixindən, Vətən müharibəsinin başa çatmasından sonra da davam etmişdir. 30 il ərzində Azərbaycanın işğaldakı torpaqlarında bir milyondan çox mina basdıran Ermənistan, post-müharibə dönəmində də mina terrorunu davam etdirmiş, torpaqlarımızda minlərlə yeni-yeni minalar basdırmışdır. 2022-ci ilin 15-30 avqust tarixlərində, yəni cəmi 15 gün ərzində təkcə Laçın rayonunda 1318 ədəd PMN-Э növlü mina aşkar edilmişdir ki, həmin minalar 2021-ci ildə Ermənistanda istehsal edilmişdir. Bu fakt bir daha Ermənistanın 10 Noyabr bəyanatı əsasında üzərinə götüqrdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə, terror və təxribat siyasətini davam etdirdiyini göstərir.  Ermənistanın cinayətləri fonunda təəssüf doğuran əsas məqamlardan biri də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, qabaqcıl dövlətlərin bu cinayətləri görməzdən gəlməsi,  minlərlə insanın qətli ilə nəticələnən məlum cinayətləri susqunluqla qarşılamasıdır. Özünü demokratiya və insan hüquqlarının carçısı hesab edən beynəlxalq təşkilat və dövlətlərin Ermənistanın qətliyam siyasətinə göz yumması, rəsmi İrəvana heç bir etiraz və təzyiq göstərməməsi həm beynəlxalq qanun və insna hüqyqlarına, həm humanizm prinsiplərinə, həm də əxlaqi-mənəvi dəyərlərə tamamilə ziddir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dünya ictimaiyyətini, beynəlxalq birlik və təşkilatları Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, bu cinayətləri geniş müstəvidə araşdırmağa və həmin cinayətlərin həm sifarişçilərinin, həm də icraçılarının cəzalandırılmasını təmin etməyi xahiş edirik. Bu, ədalətin təmin edilməsi, Ermənistanın növbəti cinayətlərinin qarşısının alınması və regionda sabitliyin təmin olunması baxımından olduqca zəruridir. Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti minlərlə veteranın mövqeyini əks etdirən bu müraciətə həssaslıqla yanaşacaq, nəhayət ki, Ermənistanın cəzalandırılması istiqamətində əməli addımlar atacaqdır”. О Б Р А Щ Е Н И Е Организации ветеранов Войны, Труда и Вооруженных Сил  Азербайджанской Республики к Международным Организациям, связанным с военными преступлениями Армении        “Уже более 30 лет Армения совершает систематические преступления против азербайджанского народа на этнической и национальной почве, проводит политику террора и геноцида против нашего народа, посягает на территориальную целостность нашего государства.  Армянская армия, совершившая с 90-х годов XX века серию преступлений против азербайджанского народа, в ночь с 25 на 26 февраля 1992 года напала на Ходжалы, убила жителей целого города, подвергла пленных жестоким пыткам. В целом за время Первой Карабахской войны были убиты тысячи граждан Азербайджана, стерты с лица земли целые города и села. Армения, убившая в ходе Первой Карабахской войны и оккупации тысячи военных и гражданских лиц, с целью сокрытия совершенных преступлений похоронила азербайджанцев, убитых в Карабахе и прилегающих районах, в массовых могилах, таким образом пыталась скрыть свои кровавые деяния и избежать ответственности. Массовое захоронение, обнаруженное сегодня в селе Эдилли Ходжавендского района, является одним из тысяч преступлений, совершенных Арменией против азербайджанского народа, неоспоримым доказательством этих преступлений.  Напомним, что из 3890 наших граждан, пропавших без вести в результате Первой Карабахской войны, до сих пор нет новостей, и Армения не предоставила Азербайджану никакой информации о судьбе этих лиц. В период 44-дневной Отечественной войны, охватившей период с 27 сентября по 10 ноября 2020 года, Армения также совершила ряд преступлений против азербайджанского народа, обстреляла Гянджу, барду, Тертер, Мингячевир и другие города баллистическими ракетами, использование которых запрещено международными конвенциями, в результате чего погибли десятки граждан Азербайджана, среди которых были дети и старики. Армения во время Отечественной войны также совершила тяжкие преступления против пленных военнослужащих Вооруженных сил Азербайджана, зверски убив их с близкого расстояния. В связи с этим Генеральная прокуратура Азербайджанской Республики в ходе войны - 30 октября 2020 года-проинформировала общественность об армянских преступлениях. Преступления Армении против азербайджанского народа продолжались до 10 ноября 2020 года, после окончания Отечественной войны. Армения, которая за 30 лет закопала на оккупированных землях Азербайджана более миллиона мин, и в поствоенный период продолжила минный террор, закопала на наших землях тысячи новых мин. С 15 по 30 августа 2022 года, то есть всего за 15 дней, только в Лачинском районе было обнаружено 1318 мин типа ПМН-Э, которые были произведены в Армении в 2021 году. Этот факт еще раз показывает, что Армения не выполняет взятые на себя обязательства на основании заявления от 10 ноября, а, наоборот, продолжает политику террора и саботажа. На фоне преступлений Армении одним из ключевых моментов, вызывающих сожаление, является то, что мировое сообщество, международные организации, ведущие государства игнорируют эти преступления, молчаливо встречают известные преступления, которые приводят к убийствам тысяч людей. Тот факт, что международные организации и государства, считающие себя сторонниками демократии и прав человека, закрывают глаза на геноцидную политику Армении, не оказывают никакого протеста и давления на официальный Ереван, полностью противоречит как международному праву и правам человека, так и принципам гуманизма и морально-нравственным ценностям. Как организация Ветеранов Войны, Труда и Вооруженных Сил, мы призываем мировое сообщество, международные сообщества и организации ввести санкции против Армении, расследовать эти преступления в широком масштабе и обеспечить наказание как заказчикам, так и исполнителям этих преступлений. Это крайне необходимо с точки зрения обеспечения справедливости, предотвращения дальнейших преступлений Армении и обеспечения стабильности в регионе.   Надеемся, что международные организации, мировое сообщество будут чутко реагировать на это обращение, отражающее позицию тысяч ветеранов, и, наконец, предпримут практические шаги в направлении наказания Армении”. S T A T E M E N T  Organization of Veterans of war, Labor and Armed Forces of the Republic of Azerbaijan to International Organizations related to the war crimes of Armenia  For more than 30 years, Armenia has been committing systematic crimes against the Azerbaijani people on ethnic and national grounds, pursuing a policy of terror and genocide against our people, encroaching on the territorial integrity of our state. The Armenian army, which has committed a series of crimes against the Azerbaijani people since the 90s of the XX century, attacked Khojaly on the night of February 25-26, 1992, killed residents of an entire city, subjected prisoners to cruel torture. In general, during the First Karabakh War, thousands of Azerbaijani citizens were killed, entire towns and villages were wiped off the face of the earth. Armenia, which killed thousands of military and civilians during the First Karabakh War and occupation, buried Azerbaijanis killed in Karabakh and adjacent areas in mass graves in order to conceal the crimes committed, thus trying to hide its bloody deeds and avoid responsibility. The mass grave discovered today in the village of Edilli in Khojavend district is one of the thousands of crimes committed by Armenia against the Azerbaijani people, an indisputable proof of these crimes. It should be recalled that out of 3,890 of our citizens who went missing as a result of the First Karabakh War, there is still no news, and Armenia has not provided Azerbaijan with any information about the fate of these persons. During the 44-day Patriotic War, which covered the period from September 27 to November 10, 2020, Armenia also committed a number of crimes against the Azerbaijani people, fired at Ganja, Barda, Terter, Mingachevir and other cities with ballistic missiles, the use of which is prohibited by international conventions, resulting in the death of dozens of Azerbaijani citizens, among whom were children and old people. During the Patriotic War, Armenia also committed grave crimes against captured servicemen of the Azerbaijani Armed Forces, brutally killing them at close range. In this regard, the Prosecutor General's Office of the Republic of Azerbaijan informed the public about Armenian crimes during the war on October 30, 2020. Armenia's crimes against the Azerbaijani people continued until November 10, 2020, after the end of the Patriotic War. Armenia, which has buried more than a million mines in the occupied lands of Azerbaijan for 30 years, and continued the mine terror in the post-war period, has buried thousands of new mines on our lands. From August 15 to August 30, 2022, that is, in just 15 days, 1,318 PMN-E type mines were discovered in the Lachin district alone, which were produced in Armenia in 2021. This fact once again shows that Armenia does not fulfill its obligations on the basis of the statement of November 10, but, on the contrary, continues the policy of terror and sabotage. Against the background of Armenia's crimes, one of the key points of regret is that the world community, international organizations, leading states ignore these crimes, tacitly meet known crimes that lead to the murder of thousands of people. The fact that international organizations and states that consider themselves supporters of democracy and human rights turn a blind eye to Armenia's genocidal policy, do not exert any protest and pressure on official Yerevan, completely contradicts both international law and human rights, as well as the principles of humanism and moral values. As an Organization of Veterans of War, Labor and the Armed Forces of the Republic of Azerbaijan, we call on the world community, international communities and organizations to impose sanctions against Armenia, investigate these crimes on a large scale and ensure punishment for both the customers and perpetrators of these crimes. This is extremely necessary from the point of view of ensuring justice, preventing further crimes of Armenia and ensuring stability in the region.   We hope that international organizations and the world community will react sensitively to this appeal, reflecting the position of thousands of veterans, and, finally, will take practical steps towards punishing Armenia.  

Hamısını oxu