Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX rəisi general-polkovnik Əli Nağıyev beynəlxalq tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib.

Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər.

Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər.  Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.

 

2026-05-27 21:17:00
1306 baxış

Digər xəbərlər

Zərdab Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

12 mart 2026-cı il tarixində Zərdab rayon Gənclər Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zərdab rayon təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, 1-ci Qarabağ, Vətən müharibəsi, Silahlı Qüvvələr və əmək veteranları iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın və rayon veteranlar təşkilatının sabiq sədri Hüseyn Həsənovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ədliyyə   polkovniki İmran Əhmədov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib.    Daha sonra Zərdab Rayon Veteranlar Təşkilatının yeni sədri Qarabağ müharibəsi və əmək veteranı Gülməmməd Mürsəlov tədbir iştirakçılarına təqdim olunub. Ədliyyə polkovniki İmran Əhmədov Gülməmməd Mürsəlova yeni vəzifəsində uğurlar arzulayıb.

Hamısını oxu
Крокодиловые слезы «господина» Затулина

Хорошо известно, что одним (может единственным) социально-политическим качеством заместителя председателя комитета Госдумы России по работе со странами СНГ Константина Затулина является армянофильство, точнее, патологическая любовь ко всему армянскому.  Если бы эти странные чувства, являющиеся выражением его узкого мышления и кругозора, он выражал среди представителей армянской диаспоры, за счет которых существует, то можно было на это не обращать внимание. Затулин, однако, пытается периодически оправдать свое армянское бытие в средствах массовой информации выпадами против Азербайджана, его истории, руководства страны. Уже никого не удивляет его умышленные искажения истории в средствах массовой информации, утверждения, что армяне аборигенный народ Южного Кавказа, мистификация судьбы албанских церквей. Этому мнимому историку не мешало бы прочитать дневники Грибоедова и целого ряда других русских генералов, в которых они систематически отчитывались перед царем сколько армян удалось переселить на земли Карабахского, Шекинского и Шамахинского ханств из Ирана, территорий Ближнего Востока. Думаю, «господин» Затулин, хоть и мнимый историк, но знает, что Албанская апостольская церковь не миф, а воплощение древнейшей религии в Закавказье, которая была насильственно упразднена указом Николая I от 11 марта 1836 года. Только после этого духовное и материальное наследие албанцев начало подвергаться арменизации. Восстанавливать историческую справедливость удины (наследники Албанской церкви) начали только в независимом Азербайджане.  Странно, что в России, анонсирующей себя как дружеская с Азербайджаном страна, свободно льется из уст Затулина всякая, удручающая нормальный разум пошлость.  И вот недавно он вновь отличился: сделал абсурдное, аморальное по своей сути, заявление относительно оснований судебного процесса в Баку над армянскими сепаратистами и террористами. Вызывает удивление, что подобное заявление делает не обыватель, а человек наделенный государственными полномочиями, который по своим должностным обязанностям должен знать хотя бы азы юриспруденции, международного права.  В своем заявлении Затулин, по существу, оправдывает сепаратистов, их фашистскую идеологию, нагло фальсифицирует события, происходившие в Карабахе в последние 30 лет. Абсурдными выглядят его попытки оправдать людей, совершивших тяжкие преступления против азербайджанского народа, устроивших Ходжалинский геноцид, погубивших десятки тысяч безвинных людей во время окупации наших земель. Представлять всесторонне аргументированный нынешний судебный процесс как “месть” руководства Азербайджана не что иное как наглая ложь и клевета. Сотни свидетелей, многочисленные документы подтверждают, что изверги, которые сегодня предстали перед судом, на протяжении многих лет совершали многочисленные кровавые преступления против нашего народа, занимались опустошением городов, деревень Карабаха. Достаточно ознакомиться с текстами целого ряда интервью, которые эти фашисты, чувствуя свою безнаказанность, время от времени давали различным СМИ.Еще недавно они не скрывали, а гордились своими преступлениями против человечности. «Господин» Затулин (если условно можно к нему так обратиться), прерасно зная все это, имеет наглость охарактеризовать привлечение к ответственности сепаратистов как “личную месть”, как “несправедливый суд”.  По большому счету, Затулин должен быть привлечен к ответственности, по меньшей мере лишен своей должности, ведь он неоднократно бывал в Карабахе, видел разрушенные города, стертые с лица земли поселения. При этом не только молчал, но и поддакивал на разных политических уровнях сепаратистам. Джалил Халилов, полковник, председателя Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики

Hamısını oxu
Уважаемый Джалил Маликович

Поздравляю с Днём Победы Азербайджанской Республики!Позвольте выразить уважение уровню патриотизма, слаженности действий и профессионализма сотрудников государственных и общественных организаций дружественного Азербайджана в разрешении многолетней болевой проблемы и уверенном отстаивании национальных интересов. Именно опора на национальные интересы открывает перспективы ответственного, уважительного и взаиморазвивающего взаимодействия в этом турбулентном мире, закладывая основы и ценности для дружбы наших следующих поколений!

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salmanla görüş keçirilib

17 iyun 2025-ci ildə ADPU-nun Cəlilabad filialı və Rayon Ağsaqqallar Şurasının  birgə təşkilatçılığı ilə   Rayon Veteranlar təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin  üzvü, şair-publisist   Ədalət Salmana Prezident  Təqaüdünün verilməsi münasibətilə görüş keçirilib. Tədbirdə ilk olaraq Ulu  Öndərin və Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .  Tədbirdə Qarabağ Qaziləri İctimai Nirliyinin,  Rayon Ağsaqqallar Şurasının, Cəlilabad RİH yanında İctimai Şuranın üzvləri, Əmək və Müharibə veteranları, şair və yazıçılar, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, filialın professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan filialın direktoru X. Sultanlı Ədalət Salmanı  Prezident  Təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib. Onun  "Açın bu dünyanın qapılarını", "Bu dünyada yaxşılıqlar qalacaq", "Məni tənha buraxın", "Gəl dərdləşək", "Gedək,bəxtim əlini ver" və "İlahi,sən bizi sözə bağışla" şeir kitablarının, "Şərəfli ömür yolu" və "Şəhidlik zirvəsinə ucalanlar" publisistik kitablarının müəllifi olduğunu vurğulayaraq yaradıcılıq fəaliyyətində uğurlar arzu edib. Sonra tədbir iştirakçıları Ədalət Salmanın həyat və yaradıcılığı haqqında hazırlanmış video-çarxa baxıblar. Daha sonra Qarabağ Qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri  Ədalət Əsgərov, Cəlilabad RİH yanında İctimai Şuranın  sədr müavini  Rza Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, Zülfi Vellidağ, Veteran müəllimlərdən Kəramət Həsənov, Adıgözəl Nuriyev, qonşu rayonlardan gəlmiş  şairlərdən  Əhməd Qala, Salamat Biləsuvarlı və başqaları çıxış edərək Prezident Təqaüdçüsü  Ədalət Salmanın eyni zamanda  Cəlilabad RİH-nin Fəxri Fərmanı, Respublika Mətbuat Şurasının "Təşəkkürnamə"si, Azərbaycan Jurnalistlər Birliyinin "Diplom"u ilə təltif   olunduğunu qeyd ediblər və ona uğurlarının davamlı olmasını arzulayıblar. Tədbirin davamında Prezident Təqaüdçüsü Ədalət Salman tədbirin təşkilatçılarına və iştirakçılara xoş sözlərinə,  təbriklərə görə öz təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub. Sonda isə tədbir iştirakçıları ilə  xatirə şəkli çəkilib.

Hamısını oxu