Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qurtuluş günü” şeiri müasir Azərbaycan ədəbiyyatının parlaq nümunələrindəndir

15 iyun 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqı və dövlətçiliyinin həyatında baş verən ən mühüm hadisələrdən biri kimi hər il böyük sevinc və təntənə ilə qeyd edilməkdədir. Milli dövlətçilik tariximizə yön verən, xalqımızın xilasının başlanğıcı olan bu hadisə mədəniyyət və incəsənətimizin bir çox sahələri kimi, ədəbiyyatımızda da yer almaqda, şeirlərdə, poemalarda, romanlarda parlaq boyalarla əks olunmaqdadır. Bu baxımdan yazıçı Rəna Qurbanlı Qılıcovanın müəllifi olduğu “Qurtuluş günü” şeiri müasir ədəbiyyatımızın maraq doğuran, parlaq nümunələrindəndir. 

Qurtuluş günü!

Gün var ki, ömürə bərabər olur.

Əbədi olaraq yaddaşa dolur.

Tarixə yazılır qızıl həriflə.

Hər ildə qeyd olur böyük şərəflə.

Qurtuluş günüdür bu günün biri.

Bayrama bələyir bütün hər yeri.

On beşi iyundur həmin gözəl  gün.

Xalqımız qeyd edir sanki toy- düyün.

Geriyə dönüşdü hakimiyyətə.

Əliyev bəxş etdi bunu millətə.

Ulu Öndərimiz qayıtdı geri.

Sevincə bələdi bütün hər yeri.

Qurtuluşa böyük addım atıldı.

Bayramlar içinə o gün qatıldı.

Birlikdə söyləyək, birlikdə deyək.

Qurtuluş günümüz olsun mübarək!

Məlumat üçün qeyd edək ki, Rəna Qurbanlı 1960 -cı il iyunun 26- da Sumqayıt şəhərində anadan olub. 1977- ci ildə Tovuz rayonunda Puşkin adına məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almış, 1994-də məzun olmuşdur. Ailəlidir , üç övladı var. 12 kitabın (“Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək” və s.) müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyininüzvü, Prezident təqaüdcüsüdür.

Seymur ƏLİYEV

 

2026-06-14 14:56:00
1168 baxış

Digər xəbərlər

Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatl

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. Milli.Az bildirir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb. "TRT World"ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana - illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Milli.Az

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev   Möhtərəm cənab Prezident,   Sizi ad gününüz, həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir,  möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə, milli maraqlara, ali dəyərlərə əsaslanan, ölkəmizin qüdrətinin artmasına xidmət edən çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm. Siz, hər bir azərbaycanlının Prezidenti olmaq yolunda inamla və qətiyyətlə, yorulmadan hər daim çalışdınız. Sadə Azərbaycan vətəndaşı da bütün vədlərinizin, ələlxüsus, torpaqlarımızın işğaldan azad olunması barədə sözünüzün gerçəkləşməsini səbrsizliklə gözlədi. Və vaxt yetişdi – bizlər böyük Qələbənin canlı şahidləri olduq. Beləliklə, müstəqil Azərbaycanın vətəndaşı öz dövlətinin qüdrətini, Ordusunun zəfər yürüşünün şahidi oldu, xalqımızın 30 illik torpaq – yurd həsrəti bitdi. Siz, xalqına Zəfər paradını görməyi nəsib edən yenilməz sərkərdə kimi adınızı tarixin yaddaşına əbədi həkk etdirdiniz! Biz veteranlar buna inanırdıq, hər zaman da Sizin qətiyyətli siyasətinizi dəstəkləmişik. Bizim əyani şəkildə gördüyümüz Azərbaycanın uğurları Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır. Bu yeni tarixin müəllifi Sizsiniz, Müzəffər Ali Baş Komandanımız! Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bir daha səmimi qəlbdən təbrik edir və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram.   Hörmətlə, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu
Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür

28 May - Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür. Ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. 28 May Azərbaycan xalqının tarixi uğurudur. Bu tarixi nailiyyətin qorunmasında, yaşadılmasında və daha da möhkəmlənməsində ən mühüm rolu isə Azərbaycan Ordusu oynayır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu əlamətdar günlə bağlı respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun rolundan danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Cümhuriyyət dövründə əsası Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindən qoyulan Azərbaycan Ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən müasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılıb, güclü, nizami orduya çevrilib. Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, bütün dünyanın ən güclü orduları sırasındadır. Bu isə cümhuriyyət dövrünün generallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onların istəklərinin gerçəkliyə çevrilməsi deməkdir. Təşkilatın sədr müavini bildirib ki, ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onun qüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təxribatların qarşısını almaq mümkün olub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz daim möhkəmlənməkdə, döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimiz respublikamıza yönəlik istənilən təxribata layiqli cavab verməyə qadirdir. “Əminəm ki, Azərbaycan Ordusu yaxın gələcəkdə işğal altındakı ərazilərimizi azad edəcək, bununla da Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edəcək. Bir daha xalqımızı Respublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizə uğurlar arzulayıram”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Tovuzda Vətən Müharibəsi şəhidi Eltac Əlizadənin atasının dəfn mərasimi keçirilib

Tovuz rayonunun Çatax kəndində 44 günlük Vətən müharibəsi şəhidi Əlizadə Eltac İsmayıl oğlunun atası Abdıyev İsmayılın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, onlara səbir diləyiblər. Qeyd edək ki, Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. X. Cəfərov adına Çatax kənd tam orta məktəbində və Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb. 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edib, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. O, 2020-ci il oktyabrın 27-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Çatax kəndində dəfn edilib. Şəhid Eltac Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Allah rəhmət eləsin.    

Hamısını oxu