Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib

7 avqust 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzində  “Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib. Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbridə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, dövlətin veteranlara olan diqqət və qayğısında bəhs edib, bu münasibətin hər kəsə örnək olduğunu bildirib:

“Azərbaycanda dövlət tərəfindən veteranların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilən veteranlara dövlət qayğısı siyasəti ilk növbədə onların sosial müdafiəsinin təmin olunmasını əhatə edir. Müvafiq qanunvericiliyə əsasən müharibə veteranları müəyyən sosial müavinətlərdən, güzəştlərdən və dövlət dəstəyi proqramlarından istifadə etmək hüququna malikdirlər”.

Polkovnik Cəlil Xəlilov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlət siyasətinə uyğun olaraq veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşdığını, onların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə etdiyini vurğulayıb:

“Dövlətin veteranlara göstərdiyi qayğının mühüm istiqamətlərindən biri də sanatoriya-kurort müalicəsi ilə təmin olunmalarıdır. Sevindiricidir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, veteranların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə edir. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzi ilə yanaşı, “Buzovna” Fizioterapiya Mərkəzi, “Şıx” sanatoriyası, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzində yüzlərlə veteran müalicə alır və istirahət edir ki, bu da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlətimizin veteranlarla bağlı siyasətinə sadiqliyinin göstəricisidir”.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Həsən Cəfərov dövlətimizin veteranlara olan qayğısının miqyas və önəmindən danışıb:

“Azərbaycanda veteranların dövlət qayğısı ilə yüksək səviyyədə və hərtərəfli təmin edildiyi məlum həqiqətlərdən biridir. Prezident İlham Əliyevin vətən müdafiəçilərinə diqqətinin nümunəsi olan bu qayğı, veteranlarımızın sağlamlığının qorunmasında mühüm rol oynayır, onlar tərəfindən böyük məmnunluqla qarşılanır.

Dövlətimizin veteranlara qayğı siyasətinin həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da üzərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirməyə çalışıb, bu istiqamətdə ciddi yeniliklərə imza atıb. Əminliklə bildirirəm ki, bundan sonra da bu məsələdə əlimizdən gələni əsirgəməyəcək, veteranlarımızın sağlamlığı və istirahəti üçün bütün imkanlarımızdan maksimum istifadə etməyə çalışacağıq”.

Tədbirdə çıxış edən əmək veteranı Namiq Ağayev, “Günəşli” Sağlamlıq Mərkəzinin direktoru Vüqar Məhərrəmov, “Kurort” QSC-nin direktoru Çingiz Hacıyev də Prezident İlham Əliyevin şəhid ailələri və veteranlara olan qayğısından danışıb, dövlətimizin bu sahədə mühüm layihələr həyata keçirdiyi vurğulayıb.

Tədbirin sonunda Respublika Həmkarlar İttifaqının “Günəşli” Sağlamlıq Mərkəzində müalicə alan bir qrup veterana Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarına qəbulla bağlı üzvlük vəsiqələri təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Seymur ƏLİYEV

 

 

 

2026-08-07 18:06:00
861 baxış

Digər xəbərlər

Müharibədə şəhid olmuş hərbi qulluqçuların - Siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Hamısını oxu
Statement by the Organization for War, Labor, and Armed Forces Veterans of the Republic of Azerbaijan

The Organization for War, Labor, and Armed Forces Veterans of the Republic of Azerbaijan issued a statement addressed to veterans around the world regarding the terrorist attack of Iran in Azerbaijan on March 5, 2026. The statement reads: "On March 5, 2026, the drone strikes by the Islamic Republic of Iran on Nakhchivan Airport, as well as on other civilian infrastructure, rightly provoked strong outrage and resolute protest from the Azerbaijani people. The unprovoked harm to civilians by the Iranian state and the commission of a clear terrorist act on the territory of Azerbaijan not only contradict international law but also constitute a flagrant violation of moral and spiritual values ​​and humanitarian principles." The Organization for War, Labor, and Armed Forces Veterans declares that the drone attack on Nakhchivan is a crime against all humanity and calls on the international community and veterans worldwide to condemn this terrorist act. The international community's outcry over Iran's terrorist attack not only exemplifies moral support for the Azerbaijani people, but also will have a great importance in preventing similar terrorist attacks against other states in the future. We believe that, under pressure and insistence from the international community, Tehran officials will apologize to Azerbaijan for this terrorist attack and take practical steps to punish the perpetrators.  

Hamısını oxu
Həzrət Əzizlini dəstəkləyən qazilər, idmançılar, muğamsevərlər...

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə Muğam Televiziya Müsabiqəsi keçirilir. Builki müsabiqəyə mayın 10-da start verilib. Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından daha əvvəl də tanıdığımız, bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran Həzrət Əzizli müsabiqədə uğurla addımlayır, gözəl ifası, avazı ilə muğamsevərləri valeh edir. Bu həftə Həzrətin ifasını dinləməyə gələnlər arasında “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev və Biləsuvar rayonundan gəlmiş Vətən müharibəsi qaziləri, Məhərrəm Aslanov, Ramin Şirinov, Əlihüseyn Şahbazli, Nurlan Qurbanov, Əli Qurbanov və Biləsuvarın hörmətli insanlarından olan beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Xocalı idman klubunun direktoru Ehram Məcidov da var idi. 1001info.az Ehram Məcidovdan müsahibə alıb. Məşhur idman xadimi Vətən muharibəsi Qəhrəmanları, Qazilərlə birlikdə Mugam Müsabiqəsində Həzrətə dəstək olduqlarını vurğulayıb, gənc ifaçının bənzərsiz ifasından böyük zövq aldıqlarını söyləyib.Biləsuvar rayonun fəxri, Azərbaycan muğamının istedadlı gənc ifaçısı, gələcəyin böyük sənətkarı kimi yetişməkdə olan Həzrət Əzizlininin üzərində böyük əməyi olan müəllimi , gözəl sənətkar Aytən Məhərrəmovaya Biləsuvar rayon əhalisi adından, idmançılar adından dərin təşəkkürünü bildirib. Ehram Məcidov və onunla birğə müsabiqədə qonaq olan qazilər yaranmış imkandan istifadə edib muğam müsabiqəsinin təşkilatçılarına, xalqımızın mədəni irsinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna xidməti olan Mehriban xanım Əliyevaya böyük hörmət və təşəkkürlərini çatdırıblar. Millixeber.az

Hamısını oxu
Fransa Müqavimət Hərəkatı qəhrəmanına həsr olunan kitab təqdim edilib

Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib. O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir. Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”. Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatən bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq. Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”, - deyə C.Xəlilov əlavə edib. Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib. Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər. Kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.

Hamısını oxu