ролковнику Джалилу Халилову


Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov bu gün səhər 89 yaşında vəfat edib. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Abbasəli Novruzovla bağlı xatirələrini dilə gətirib, onun Sərhəd Qoşunlarının formalaşmasındakı əməyindən söz açıb: “Abbasəli Novruzov Azərbaycan hərb tarixinin böyük şəxsiyyətlərindən biri olub. Uzun illər SSRİ-nin Sərhəd Qoçşunlarında xidmət edən Abbasəli Novruzov hələ sovet dönəmində ən təcrbəli sərhədçilərdən biri hesab edilir, ona böyük etimad göstərilirdi. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra sərhədlərimizin etibarlı mühafizəsi məsələsi ciddi aktuallıq kəsb etməyə başladı. Xatırladım ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə vəziyyət həqiqətən də ağır idi. Köhnə sərhədlər dağılmış, yeni sərhədlər isə tam formalaşmamışdı. Müstəqil Azərbaycanın sərhədlərinin möhkəmlənməsi, bu sərhədlərin təhlkəsizliyinin təmin edilməsi böyük maddi vəsait, xüsusi texniki vasitələr, müasir müşahidə sistemləri və s. ilə yanaşı, həm də zəngin təcrbəyə malik mütəxəssislər, peşəkar sərhədçilər tələb edirdi. Abbasəli Novruzov məhz bu cür – xüsusi peşəkarlığa və böyük təcrübəyə malik sərhədçi idi. Buna görə də Ümummilli Lider Heydər Əliyev 1994-cü il aprelin 8-də Abbasəli Novruzovu Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin etdi və o, 2001-ci ilə qədər bu vəzifəni layiqincə yerinə yetirdi. Abbasəli Novruzov Sərhəd Qoşunlarının komandanı təyin ediləndə Azərbaycanın nə Rusiya, nə də Gürcüstanla sərhədləri yox idi. Hər iki dövlətlə sərhədlərin müəyyən edilməsində də Abbasəli Novruzovun böyük rolu oldu. Abbasəli Novruzov qısa zamanda sərhədyanı dövlətlərin sərhədçiləri ilə dostluq və əməkdaşlıq münasibətləri yaratdı ki, bu da həm Azərbaycan, həm də həmin dövlətlərin sərhəd təhlükəsizliyinin etibarlı təmininə töhfə verdi. Mənim Abbasəli Novruzovla bağlı xatirələrim çoxdur. Çünki mən uzun müddət Abbasəli Novruzovun müavini olmuşam, bilavasitə onun tapşırıq və göstərişlərini yerinə yetirmişəm. Abbasəli Novruzovla gündəlik təmas mənə onun şəxsiyyətini dərindən öyrənməyə, onu daha yaxından müşahidə etməyə imkan verib. Abbasəli Novruzov sərhədçi peşəsinin sirlərinə dərindən bələd olan əsl mütəxəssis olmaqla yanaşı, həm də neqativ hallara qarşı barışmazlığı ilə tanınırdı. Onun komandanlığı dönəmində Sərhəd Qoşunlarında ən xırda neqativ hallarla bağlı belə sərt tədbirlər görülür, ciddi təftiş və araşdırmalar aparılırdı. Abbasəli Novruzov bildirirdi ki, sərhərçi peşəsi müqəddəsdir və bu peşəni gözdən salan istənilən hərəkət bağışlanmamalıdır. Məhz Abbasəli Novruzovun prinsipiallığı və sərt nəzarət sistemi nəticəsində Sərhəd Qoşunlarında şəffaflıq təmin edilmiş, sağlam münasibətlər bərqərar olmuşdur. Onun sərhədlərimizin mühafizəsində tətbiq etdiyi bəzi yeniliklər bu gün də öz aktuallığını və effektivliyini qorumaqdadır. Abbasəli Novruzov dövlət qarşısındakı xidmətlərinə görə çoxsaylı mükafatlarla təltuf edilib ki, bunların sırasında “Şöhrət” ordeni də var. General Abbasəli Novruzovun vəfatını bütün xalqımız üçün böyük itki hesab edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bundan böyük kədər duyduğumuzu bildirir, mərhumun yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, təşkilatın nümayəndələri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, Əmək və Silahlı Qüvvələr veteranları Şəhidlər xiyabanına gedərək 20 Yanvar faciəsi qurbanlarının məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Sonra Respublika Veteranlar Təşkilatında davam etdirilən tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Azərbaycan tarixinin faciəli olduğu qədər də qəhrəmanlıq səhifələrindən sayılan 20 Yanvar hadisələri ilə bağlı məlumat verib. Bu faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin Siyasi Bürodan və SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını vurğulayan C.Xəlilov deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkarlıq aksiyası idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Ermənilərin əsas məqsədi isə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi idi. Bu məkrli planın ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldular”. Ehtiyatda olan polkovnik qeyd edib ki, həmin ağır günlərdə - 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə birlikdə olduğunu bəyan edib. Dahi rəhbər bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib. Bu tarixi çıxışın mətni respublikaya, dünyaya geniş yayıldıqdan sonra xalqın qəlbində ümid çırağı yanıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Tədbirdə çıxış edən digər veteranlar 20 Yanvarın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirib, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir. Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq. Mövzular: • yaxşılıq • doğruluq • vətənpərvərlik • dini dəyərlər • ailə dəyərləri • əxlaq • dostluq Müsabiqə şərtləri: • Video status yalnız Azərbaycan dilində olmalıdır • Video status əhatəli, tutarlı, kreativ olmalıdır • Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır • Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir • Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır • Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər • Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər • Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video statuslar iştirak edəcək . QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini mdtf.press@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Mükafat: I yer - 1000 AZN II yer - 700 AZN III yer - 500 AZN Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər) Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il Əlaqə: Tel: (012) 464-92-55; Mob: (055) 629-62-60 Fax: (012) 464-92-57 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)
Hamısını oxu