Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranların mənəvi atasının şərəfli ömür yolu

 Bu avqust günlərində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov növbəti yaşa qədəm qoydu. Ömrünün böyük hissəsini hərbi xidmətə və elmi fəaliyyətə həsr edən Cəlil müəllim bu gün ölkənin ictimai həyatında yaxından iştirak etməsiylə seçilir.

Cəlil müəllim həm böyük, çoxminli bir təşkilata rəhbərlik edir, həm ahıl təbəqəyə dəstək olur, həm gənclərin təlim-tərbiyəsiylə məşğul olur, həm gündəmin ən əsas məsələləri ilə bağlı mövqe sərgiləyir, həm də ortaya müxtəlif nəşrlər qoyaraq bugünkü tariximizi gələcək nəsillər üçün səlnamələşdirir.

Hərbi sahədəki zəngin təcrübəsi ilə yanaşı, o, həm də elmi fəaliyyətlə məşğul olub. 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsini alıb, Akademiyanın dosentidir.

Hazırda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edən polkovnik Cəlil Xəlilov bu məsuliyyətli postda genişmiqyaslı fəaliyyət həyata keçirir.

Onun təşkilatdakı fəaliyyətində xüsusilə önə çıxan məqamlardan biri müharibə iştirakçıları və şəhid ailələrinin sosial məsələlərinə həssaslıqla yanaşmasıdır. Cəlil müəllimin rəhbərliyi altında veteranların müalicəsi, hüquqlarının qorunması və onların problemlərinin operativ həlli üçün aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq qurulub.

Eyni zamanda, təşkilat gənclərin vətənpərvərlik tərbiyəsini diqqət mərkəzində saxlayır. Bu məqsədlə məktəblərdə, ali təhsil ocaqlarında və hərbi hissələrdə veteranların gənclərlə canlı görüşləri təşkil olunur, Zəfər tariximiz və milli-mənəvi dəyərlərimiz yeni nəslə aşılanır. Cəlil Xəlilov elmi-siyasi təcrübəsindən istifadə edərək xarici veteran təşkilatları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq platformalarda İkinci Qarabağ müharibəsi reallıqlarının və Azərbaycanın haqq işinin çatdırılmasına da böyük önəm verir.

Qeyd edək ki, Cəlil Xəlilov Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür.

“Mehdi Hüseynzadə” medalı, “Alyans”ın fəxri döş nişanı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və digər təltiflərə layiq görülüb.

“Mən hər zaman qeyd etmişəm və bu gün də bildirirəm ki, polkovnik Cəlil Xəlilov veteranların mənəvi atası, onların mənəvi dayağıdır”– Bu isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Yasamal Rayon Şöbəsinin sədr müavini Elşən Məhərrəmovun sözləridir və Cəlil müəllimin bugünkü statusunu, məncə, gözəl açıqlayır.

Ad günü münasibətilə Cəlil Xəlilovu təbrik edir, ona sağlamlıq və şərəfli fəaliyyətində uğurlar arzulayırıq. Əminik ki o, bundan sonra da öz yorulmaz fəaliyyətini davam etdirəcək, Azərbaycan üçün faydalı olacaqdır.

 Nigar Həsənzadə,

"Ədəbiyyat və incəsənət portalının Xəbərlər və Təqvim şöbəsi

“Ədəbiyyat və incəsənət” (İxtisarla)

(12.08.2026)

 

2026-08-12 13:05:00
729 baxış

Digər xəbərlər

Veteranlar Təşkilatının üzvləri şəhdilərin doğum günü ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, iş adamı Rafid Abışovun və təşkilatçı pedaqoq Əsəd Abbasovun iştirakı ilə şəhidlərin doğum günü - martın 29-da onların evlərinə gedib ailələrini ziyarət ediblər. Onlar əvvəlcə rayonun Uzuntəpə kəndində şəhid kəşfiyyatçı leytenant Rusif Kazımovun ailəsi ilə görüşüb, onun ev muzeyində olublar. Şəhidin yadigarı olan Nuran balası ilə xatirə şəkilləri çəkdiriblər. Veteran Təşkilatının üzvləri və qonaqlar daha sonra rayonun Alar kəndinə gedib 19 yaşlı şəhid Qasımov Rəşadın da doğum günündə iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Hamısını oxu
Hədəf Şirkətlər Qrupunun təmsilçiləri “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir

Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq və Hədəf liseyinin bir qrup şagird, müəllim və valideyn heyəti İzmir İzbilim Kollejinin təşkil etdiyi “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir. 24 mart tarixində Azərbaycan heyəti İzbilim kollecinin hazırladığı törəndə iştirak etmiş, kolleclə tanışlıq olmuş, sonra isə İzmir şəhər Mənəmən kaymakanı Fatih Yılmaz bəy Azərbıycan heyətinin bir qrupunu qəbul etmiş, Azərbaycan Türkiyə qardaşlığı, təhsil əlaqələri mövzusunda müzakirə edilmişdir. Şəmil Sadiq Azərbaycan Türkiyə qardaşlığını ifadə edən kitab və müxtəlif hədiyyələri kaymakan bəyə təqdim etmişdir!   Seymur ƏLİYEV

Hamısını oxu
Xankəndi: Zəfərin Rəmzi, Birliyin Məkanı

2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndi şəhəri tarixə yeni bir səhifə yazır. Böyük Zəfərin, sarsılmaz iradənin və qürurlu qayıdışın timsalına çevrilmiş bu şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Bu təkcə diplomatik bir hadisə deyil, həm də tarixi ədalətin zəfəridir, milli suverenliyin möhtəşəm təntənəsidir. 30 il boyunca düşmən separatizminin qaranlıq kölgəsində saxlanılan Xankəndi indi sülhün, əməkdaşlığın və beynəlxalq dialoqun ünvanına çevrilib. Məhz bu səbəbdən də İƏT Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın iradəsinin və müzəffər ordumuzun qəhrəmanlığının nəticəsidir. Biz, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq, bu mühüm hadisəni dərin qürur və yüksək dəyərlə qarşılayırıq.Azərbaycanın şərəfli tarixinə, Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə imza atmış insanlar olaraq biz bu günü illərlə gözləmişik. Arzulamışıq ki, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalansın, bu qədim Azərbaycan torpaqlarında sülh, tərəqqi və beynəlxalq əməkdaşlıq naminə yüksək səviyyəli müzakirələr aparılsın. Bu arzu bu gün gerçəkləşir. Və biz, bu tarixi anın canlı şahidləri olaraq, qürurla bəyan edirik: bu, həm qələbənin nəticəsidir, həm də sabit sülhün başlanğıcıdır.İƏT Zirvə toplantısında 13 ölkənin dövlət və hökumət başçısının iştirakı Azərbaycanın regionda yaratdığı yeni reallıqların qlobal miqyasda qəbul olunduğunun bariz göstəricisidir. Xankəndi artıq Avrasiya əməkdaşlığının, mədəni inteqrasiyanın, iqtisadi inkişafın mərkəzinə çevrilməkdədir. Bu Zirvə görüşü göstərir ki, Qarabağ artıq münaqişə deyil, möhtəşəm dirçəlişin və sülhün məkanıdır. Şuşada keçirilən Biznes Forumu, Ağdamda təşkil olunan Gənclər Forumu, Laçında baş tutmuş Qadınlar Forumu kimi tədbirlər, indi isə Xankəndidə keçiriləcək yüksək səviyyəli Zirvə görüşü Azərbaycanın azad olunmuş torpaqlarında yeni həyatın başlanğıcını ifadə edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycan diplomatiyasının uğurları, ölkəmizin beynəlxalq platformalarda mühüm söz sahibinə çevrilməsi hər bir vətəndaş kimi biz veteranların da qürur mənbəyidir. Biz əminik ki, bu görüş Qarabağın bərpası və beynəlxalq investisiya əməkdaşlığının genişlənməsi istiqamətində yeni imkanlar yaradacaq. Azərbaycanın İƏT daxilində fəallığı, təşkilatla uzunmüddətli və qarşılıqlı faydalı münasibətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın təklifləri, təşəbbüsləri istər pandemiya dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, istər nəqliyyat-logistika marşrutlarının inkişafı sahəsində İƏT ölkələri tərəfindən daim yüksək dəyərləndirilmişdir. Qarabağda aparılan bərpa və quruculuq işlərinə İƏT üzvü olan qardaş ölkələrin  Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın qatılması da bu beynəlxalq həmrəyliyin təzahürüdür. Veteranlar təşkilatı olaraq biz bu həmrəyliyi alqışlayır, Xankəndidəki Zirvə görüşünü bu əməkdaşlığın daha da genişlənməsi istiqamətində mühüm addım hesab edirik. Tarix qarşısında məsuliyyət daşıyan nəsil olaraq biz inanırıq ki, bu Zirvə toplantısı Azərbaycanın sülh və inkişaf naminə yürütdüyü siyasətin daha da möhkəmlənməsinə xidmət edəcək. Xankəndidə dalğalanan bayrağımızın kölgəsində keçiriləcək bu möhtəşəm beynəlxalq tədbir gələcək nəsillər üçün də örnək olacaq. Qarabağ Azərbaycandır! Və bu gün bu həqiqəti bütün dünya bir daha Xankəndidən eşidəcək! Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”

“Birlik faktoru türk dünyasının tərəqqi və təhlükəsizliyinin təməlidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili ciddi mətləblərdən xəbər verir: “Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkili hər şeydən öncə respublikamızın Prezident İlham Əliyvin rəhbərliyi altında türk dünyasının birliyi prosesində yaxından iştirak etdiyini, bu prosesdə aktiv rol oynayan avanqard dövlətlərdən biri olduğunu göstərir. Baş verənlər onu söyləməyə əsas verir ki, Azərbaycan 100 il  bundan öncə olduğu kimi bu gün də türk dünyasının birlik və həmrəyliyinə xüsusi önəm verir, bu istiqamətdə ardıcıl səylər ortaya qoyur. Bunu Prezident İlham Əlyevin tədbir iştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alan fikirlər də sübut edir. Ölkəmizdə “Türk Dünyası Həftəsi”nin təşkilinin digər bir önəmi bütün türk dünyasının birliyi və təhlükəsizliyi ilə bağlıdır. Bu gün müasir dünyada baş verənlər türk dövlətlərinin birlik və həmrəyliyinin nə qədər vacib olduğunu göstərir. Dünyada təhlükəsizliklə bağlı baş verən proseslərin təhlili göstərir ki, təhdidlərdən sığortalanmaq üçün türk dövlətlərinin xarici siaysət məsələlərində koordinasiyalı şəkildə hərəkət etməsi, bir-birlərini ciddi şəkildə dəstəkləməsi vacibdir. Yalnız belə olan təqdirdə biz qlobal dünyanın təhlükələrindən etibarlı şəkildə sığortalana, öz təhlükəsizliyimizi yüksək səviyyədə təmin edə bilərik. Türk dünyasının ortaq tarixi və mədəniyyəti bu birliyi təmin etmək üçün ən böyük platforma, ən ciddi zəmindir ”. Seymur ƏLİYEV

Hamısını oxu