Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrinin qərargahının qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verildi.
Sonra dövlətimizin başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış oldular.

Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirildi.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirildi.

https://president.az/az/articles/view/73449

 

2026-09-07 15:57:00
489 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun “REAL TV”-dəki müsahibəsi. 21.09.2019

Hamısını oxu
lham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.    Bununla bağlı AZƏRTAC məlumat yayıb.  Sərəncama əsasən, Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 10,05 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Hamısını oxu
Prezident İlham Əliyevin 50 yaşını qeyd etdiyi qəsəbədən - REPORTAJ

4 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Qalib Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanının doğum günündə yolumuz Ağcabədidə yerləşən Laçın obalarınadır. Təəccübləndiniz, deyilmi? O zaman yadınıza salaq -  2011-ci il dekabrın 24-də 50 yaşı tamam olan Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edərək, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə görüşmüş, yubileyini onlarla birlikdə qeyd etmişdi. O tarixdən artıq doqquz il keçir. Ötən bu müddət ərzində Azərbaycanın da, Prezidentin də, onunla görüşən məcburi köçkünlərin də statusu dəyişib. İndi cənab İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə artıq məcburi köçkün deyillər. Həmin görüşdə iştirak edən ailələrdən biri də Laçın rayonunun Mişnə kəndindən olan, hazırda Taxtakörpü qəsəbəsinin Mişnə obasında yaşayan Həsənovlar ailəsidir. Yusif Həsənov həmin günü belə xatırlayır: “50 yubiley yaşıdır. Onu Laçın camaatı ilə keçirməsi - bu qəsəbəyə bundan artıq nə hörmət ola bilər? Onun bizlərlə, bu qaçqınlarla bərabər bir yerdə olmağı doğrudan da nə qədər qiymətlidir. Onu biz nə cür unuda bilərik, onu nə cür qiymətləndirməyə bilərik? Bu cür sadə bir insan hörmətli xanımı ilə bərabər burada oldu. Görüşdə söhbət də elədik. Çox yaxından tanış oldu. Yaxından dindirdi insanları. Dedi, bəlkə imkan vermirlər fikirlərinizi bildirəsiniz”. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın laçınlı köçkünlərlə görüşünə Yusif baba həyat yoldaşı Təyyarə xanımla getmişdi. Təyyarə nənə deyir ki, Prezident gəlib gedəndən sonra qəsəbədə yüzlərlə laçınlı ailəyə ev inşa olundu, yollar çəkildi. Uzun illər əziyyət çəkdikləri su problemi həll olundu, məktəblər tikildi: “Hələ mənim oğlum qurban deyib ordumuza, üç dənə qurban kəsəcəyəm. Laçına gedək, toxtayaq, onda üç dənə qurban kəsəcəyəm”. Ali Baş Komandan elə həmin görüşdə laçınlı məcburi köçkünlərə demişdi ki, mən sizin öz evlərinizə qayıtmağınız üçün çalışıram və əmin olun ki, bu baş tutacaq: “Allah Prezidentimizin canın sağ eləsin. Buna böyük qələbə demək olmur e, böyük bir möcüzədir. Bunu fikirləşən ağıl, bu planı cızan, bu işi hazırlayan, bu ordunu hazırlayan, bu qüvvəni verən bu insanları səfərbər edən, bu insanlarda bir insana qarşı hörmət, məhəbbət arxasınca getmək. Doğrudan da möcüzədir də…” Bəli, Prezident İlham Əliyev doqquz il əvvəl doğum gününü birlikdə qeyd etdiyi laçınlı məcburi köçkünlərə və bütövlükdə Azərbaycan xalqına verdiyi sözü tutdu, vədini yerinə yetirdi.

Hamısını oxu
Şuşa şəhərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb. İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir. Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər. Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.  

Hamısını oxu