Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“27 sentyabr tarixi zəfərə gedən yolun başlanğıcı, milli özünütəsdiq günüdür”

Sabah 27 Sentyabr – Anım Günüdür. 

Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə 27 sentyabr gününün mənəvi önəminə, tarixi əhəmiyyətinə toxunmağa çalışdıq.

-Səmyar bəy, sabah 27 Sentyabr – Anım Günüdür. Öncə bu günün mənəvi önəmi ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

-27 Sentyabr 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yolun ilk günüdür. Məhz 6 il bundan öncə 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldakı torpaqların azadlığı uğrunda müqəddəs savaşa başladı ki, bu müharibə ordumuzun qəti zəfəri ilə nəticələndi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan kapitulyasiya haqqında sazişi imzalama məcbur oldu. Bununla da 30 illik işğal problemi öz ədalətli və məntiqi həllini tapdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. Azərbaycan Silahlı Qüvvələri öz liderinin rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının on illərdir ki, reallaşmayan qətnamələrini müvəffəqiyyətlə icra etdi.

Şübhəsiz, bu qələbə Azərbaycan üçün itkisiz nəticələnmədi. Minlərlə qəhrəman hərbçimiz vətən uğrunda şəhid oldu. Məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.

Bu gün işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu gün həmin torpaqlarda sosial infrastruktur yenidən bərpa edilir, keçmiş məcburi köçkünlərin bu torpaqlara ləyaqətli şəkildə qayıdışı təmin edilir. Biz bu tarixi uğura, hərbi və mənəvi zəfərə görə də məhz şəhdilərimizə borcluyuq. Onların vətənin xilası, dövlətimizin ərazi bütövlüyü, xalqımızın milli kimliyinin təsdiqi uğrunda göstərdiyi fədakarlıqlar heç zaman unudulmayacaq, hər zaman böyük sevgi və ehtiram hiss ilə yad olunacaq.

-Sizcə 44 günlük Vətən müharibəsi bizi zəfərə qovuşdurmaqla yanaşı, xalqımızın hansı böyük xüsusiyyətlərini üzə çıxardı?

-44 günlk Vətən müharibəsi hər şeydən öncə xalqımızın birlik, həmrəylik bacarığını ortaya qoydu. Müharibə sübut etdi ki, Azərbaycan xalqı dar gündə birləşməyi, düşmənə qarşı mübarizədə həmrəylik sərgiləməyi bacarır. Elə bunun nəticəsidir ki, 27 sentyabr tarixində hər bir Azərbaycan vətəndaşı siyasi kimliyindən, sosial statusundan asılı olmayaraq, bir nəfər kimi Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək Silahlı Qüvvələrimizlə həməylik nümayiş etdirdi.

Müharibə eyni zamanda xalqımızın və dövlətimizin humanizmini ortaya qoydu. Müharibə dönəmində Azərbaycan əsgəri düşmənin bir nəfər də olsun mülki sakininə və ya mülki obyektinə atəş açmadı. Azərbaycan yalnız hərbçilərə və  hərbi infrastruktura zərbələr endirdi ki, bu həqiqət dünya dövlətləri, bəzi hallarda ermənilərin özləri tərəfindən də etiraf olunmaqdadır.

Bundan başqa, Azərbaycan hərbçiləri müharibə dönəmində əsir götürülən və ya yaralı olan düşmən hərbçilərinə də atəş açmır, onlarla beynəlxalq qanun və konvensiyalara uyğun şəkildə davranırdı. Baxmayaraq ki, həmin dönəmdə Ermənistan dinc şəhərlərimizi atəşə tutur, mülki insanlarımızı qətlə yetirirdi.

44 günlük Vətən müharibəsi xalqımızın tarixi qəhrəmanlıq ənənələrini bir kəs daha nümayiş etdirdi. Cəmi 44 gün ərzində düşmənin möhkəmlənmiş istehkamlarını yaran Azərbaycan Silahlı Qüvvələri, mürəkkəb coğrafi relyef şəraitində bütün dünyada böyük heyrətlə qarşılanan qəhrəmanlıqlara imza atdı. Şuşa şəhərinin azad edilməsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq buna nümunədir.

-Səmyar bəy, 8 Noyabr zəfərinin əldə edilməsində daha hansı amillər mühüm rol oynadı?

-8 Noyabr zəfərinin əldə edilməsinə mühm təsir göstərən amillərdən biri, bəlkə də birincisi sərkərdə faktoru oldu. Məhz Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, prinsipiallığı, hərbi-siyasi situasiyanı düzgün qiymətləndirmək bacarığı, hərbi sərkərdəlik qabiliyyəti 8 Noyabr zəfərinin əldə edilməsinə həlledici töhfə verdi. Hərbi əməliyyatlara bilavasitə rəhbərlik edən Prezident İlham Əliyev, qısa müddətdə erməni faşizmini darmadağın etməklə regional təhlükəsizliyə böyük töhfə verdi.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində həm də media və diplomatiya müstəvisində tarixi uğurlara imza atdı. Prezident İlham Əliyevin müharibə dönəmində dünyanın tanınmış media qurumlarına, məşhur televiziyalarına verdiyi müsahibələr erməni faşizminin ifşa edilməsində, Azərbaycan həqiqətlərinin dnyaya çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində siyasi və media müstəvisində apardığı mübarizə Ermənistanın diplomatik məğlubiyyyəti ilə nəticələndi. Başqa sözlə desək, Müzəffər Ali Baş Komandan  Ermənistanı hərbi müstəvi ilə yanaşı, diplomatik və media platformalarında da ağır məğlubiyyətə uğratdı. Azərbaycan Prezidenti 8 Noyabr zəfəri ilə bütün dünyada sübut etdi ki, o, dünyanın ən güclü siyasi liderlərindən biri olmaqla yanaşı, həm də ən böyük hərbi strateqlərindən biridir.

-44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə dövlətimizin ərazi bütövlüynü təmin etməklə yanaşı, daha hansı  uğurlara yol açdı?

-8 Noyabr zəfəri dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, onun beynəlxalq aləmdəki nüfuzunu da yüksəltdu. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa, istənilən təhdid və təhlükəyə adekvat cavab verməyə qadirdir.

8 Noyabr zəfərinin ən mühüm nəticələrindən biri isə 30 ildir ki, davam edən məcburki köçkün probleminin öz qəti və ədalətli həllini tapması oldu. İşğaldakı torpaqların azad edilməsi dövlətimizə imkan verdi ki, keçmiş məcburi köçkünlərin azad edilən torpaqlara ləyaqətli qayıdışını həyata keçirsin. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi altında işğaldan azad edilən ərazilərin mina və digər partlamamış sursatlardan təmizlənməsi istiqamətində fəaliyyətə başladı. Hansı ki, bu ağrılı proses günümüzdə də fasiləsiz şəkildə davam etdirilməkdədir.

Bu gün işğaldan azad edilən ərazilərdə on minlərlə soydaşımız yenidən  məskunlaşmaqda, doğma Qarabağımızın inkişafına yaxından töhfə verməkdədir. İşğaldan azad edilən şəhər və kəndlərimizdə bütün infrastrukturun yenidən inşası prosesi həyata keçirilir ki, bütün bu proses beynəlxalq standartlar səviyyəsində həyata keçirilir.

Ən maraqlı və qürurverici məqamlardan biri isə budur ki, bütün quruculuq işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti altında gerçəkləşir. Dövlət başçısı bugünə qədər işğaldan azad edilən torpaqlarımızda yüzlərlə yaşayış binasının, sənaye və kənd təsərrüfatı müəssisəsinin, SES-lərin təmələni qoyub, onlarla müəssisə və yaşayış məntəqəsinin açılışında iştirak edib. Bu gün işğaldan azad edilən torpaqlarımızda beynəlxalq əhəmiyyətli mühüm iqtisadi layihələr həyata keçirilməkdə, yol və körpülər inşa edilməkdədir. Görülən və planlaşdırılan layihələr əminliklə deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın iqtisadi tərəqqisinə böyük töhfə verməklə yanaşı, bütün regionun iqtisadi həyatında mütərəqqi dəyişikliklərə yol açacaq.

-Səmyar bəy, sizcə bu gün dövlətimizin tərəqqisi və təhlükəsiziliyi baxımından vətəndaş olaraq atmalı olduğumuz hansı addımlar var? 44 günlük Vətən müharibəsindən hansı nəticələr çıxarmalıyıq?

 -44 günlük Vətən müharibəsi və post-müharibə dönəmində baş verən hadisələr göstərdi ki, biz hər zaman öz birliyimizi, həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik. Çünki birliyimiz bizi bütün təhdid və təhlükələrdən qoruyan ən effektiv vasitədir.

Bundan başqa, müasir dünyamızda təhlükəsizliklə bağlı vəziyyətin mürəkkəbləşdiyini, təhdid və zorakılıqların artdığını, müharibə və münaqişələrin genişləndiyini nəzərə alaraq öz ayıq-sayıqlığımızı artırmalı, milli maraqlarımızın müdafiəsində daha yaxından iştirak etməliyik. Anti-Azərbaycan qüvvələrinin ifşa edilməsi, onlarla mübarizədə dövlətimizə lazımi dəstəyin göstərilməsi vətəndaş olaraq bizim borcumuzdur və biz hər zaman bu borca sadiq qalmalıyıq. Unutmamalıyıq ki, harada yaşamağımızdan, sosial vəziyyətimizdən, siyasi əqidəmizdən asılı olmayaraq, hamımız azərbaycanlıyıq və bizim yalnız bir vətənimiz var. Bu vətən Azərbaycandır. Biz bu vətəni qorumalı, onun keşiyində durmalı və tərəqqisi üçün əlimzidən gələni əsirgəməməliyik. Və bu məsələdə bizim üçün ən böyük, ən ali nümunə yeni də Prezidentimiz, onun vətənimizin tərəqqisi və təhlükəsizliyi uğrunda mübarizədə ortaya qoyduğu əzmkarlıq olmalıdır.

Seymur ƏLİYEV

2026-09-26 23:20:00
11 baxış

Digər xəbərlər

İcra başçısı ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib

Görüşdə şəhid və qazi ailələrinin üzvləri də iştirak edib   Veteran.gov.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclərlə, şəhid və qazi ailələrinin üzvləri ilə görüş keçirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsi üçün göstərdiyi mühüm diqqət və qayğının nəticəsi olaraq əldə olunmuş yüksək nəticə münasibətilə valideynləri və təhsil ictimaiyyətini təbrik edən RİH başçısı Məmməd Məmmədov, bu istiqamətdə işlərin yüksələn xətt üzrə davam etdiriləcəyini bir daha diqqətə çatdırıb.   Sonda tələbə adını qazanan şəhid və qazi ailələrinin üzvlərinə, 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələblərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.  

Hamısını oxu
Böyük dövlətlərin münaqişə poliqonu

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının iştirakı ilə “Xatirə bağı” salınıb

Bu gün Respublika Veteranlar Təşkilatı Nizami rayonu ərazisində ağacəkmə aksiyasında iştirak edib.   Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə  təşkil olunan aksiyaya Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə qatılan nümayəndə heyəti, digər qurumların əməkdaşları ilə birlikdə onlarla ağac əkib, “Xatirə bağı”nın salınmasında yaxından iştirak edib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının istər İkinci Dünya Müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində faşist işğalçılarına qarşı əzmlə mübarizə apardığını, bu mübarizədə ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin də yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Cəlil Xəlilov qeyd edib ki, bu gün salınan “Xatirə bağ”ı şəhidlərin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də xalqlarımızın dostluğuna nümunədir.   Aksiyada Bakı Şəhər İcra Hakimiyyəti, Rusiya səfirliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, “Ölümsz Alay”  və digər qurumların nümayəndələri iştirak edib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Şəhidlərin adından başqa məqsədlərlə istifadə yolverilməzdir

Azərbaycan xalqı Vətən, torpaq uğrunda, xalqının, millətinin azadlığı və sabahı yolunda canından keçən şəhidləri və qəhrəmanları ilə daim qürur duyub. Tariximizin bütün mərhələlərində yetişən bu insanlar bizim milli kimliyimizin daşıyıcıları, xalqımızın var olmaq haqqını dünyaya nümayiş etdirən şəxslər olaraq dünən də, bu gün də nəsillərə nümunədirlər. Cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması, mülki əhaliyə zərər vurması ilə başlanan və Azərbaycan əsgərinin layiqli cavab zərbəsi nəticəsində düşmənin darmadağın olunduğu hadisələr xalqımızın şəhidlik və qəhrəmanlıq taixinə yeni səhifələr yazdı. Azərbaycan dövləti və xalqı şəhid övladlarını etiramla son mənzilə yola saldı. Xüsusilə Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək rütbəli zabitləri bu tədbirlərin təşkilatçıları və ən fəal iştirakçıları oldular. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, erməni işğalçılarının cəbhə xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup Azərbaycan hərbçisi 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə mükafatlandırıldılar. Onlardan 3 nəfəri ən yüksək fəxri ada, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü, digər hərbçilərimiz “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olundular. Bir qrup hərbçi isə Müdafiə Nazirinin və yerli birləşmələrin komandirlərinin əmri ilə təltif edildilər. Şəhidlərimizin ailə üzvləri və doğmalarının sosial problemlərinin həlli ilə əlaqədar müvafiq qanunvericiliyə uyğun olaraq göstərişlər verildi, lazımi addımlar atıldı, digər tədbirlər görüldü. Şəhid ailələri, müharibə əlliləri və döyüşlərdə fərqlənmiş digər şəxslər daim Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunurlar. Şəhidlərə ehtiram, şəhid ailələrinə diqqət və qayğı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və prioritet xarakter daşıyan siyasətdir. Hazırda bu dövlət siyasəti ölkə rəhbərliyi tərəfindən uğurla gerçəkəşdirilir. Bu baxımdan, son vaxtlar ölkənin müxtəlif KİV-lərində xüsusilə ayrı-ayrı saytlarda cari il aprel ayının 2-5 arasında erməni silahlı bölmələrinin hücumlarının qarşısını alarkən həlak olmuş əsgər və zabitlərimizin ailə üzvlərinə və doğmalarına dövlət orqanları tərəfindən biganəlik göstərildiyi, onların müəyyən problemlərlə qarşılaşdıqları bardə həqiqəti əks etdirməyən məlumatların yayılması ciddi narahatlıq doğurur. Faktların təhlili göstərir ki, şəhid ailəsinin hər hansı probleminin guya dövlət orqanlarının şəhid ailələrinə biganəliyi kimi qələmə verilərək ictimailəşdirilməsi məqsədli xarakter daşıyır. Müdafiə Nazirliyinin, yaxud digər dövlət orqanının fəaliyyətinə kölgə salmaq niyyəti güdülən bu məlumatların əksəriyyəti real faktlara əsaslanmasa da, ictimai rəyi çaşdırır, insanlarda, xüsusilə yetişməkdə olan gənc nəsldə inamsızlıq yaradır. Digər tərəfdən, Silahlı Qüvvələrin döyüş ruhuna, mənəvi-psixoloji hazırlığına mənfi təsir göstərən belə məlumatların yayılmasının müharibə şəraitində yaşayan bir ölkə üçün nə demək olduğunun yəqin ki, geniş izahata ehtiyacı yoxdur. Respublika Veteranlar Təşkilatı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə məşğul olan İctimai Birlik kimi belə zərərli münasibətin digər mənfi nəticələr, o cümlədən gənc nəsildə ruh düşkünlüyü doğura biləcəyi qənaətindədir. Məhz qeyd olunanlara görə, biz hansısa məmurun işinə məsuliyyətsiz yanaşması ucbatından şəhidin ailəsinin hansısa problemlə üzləşməsindən narahatlıq keçirir, bunu yolverilməz hesab edirik. Şəhid ailəsi dövlət orqanlarında yalnız qayğıkeşliklə qarşılaşmalıdır. Çoxsaylı faktlar göstərir ki, xalqına, Vətəninə xidmət yolunda həlak olmuş insanların ailələri məhz belə münasibətlə əhatə ediliblər. Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin adının əbədiləşdirilməsini hər birimiz, xüsusilə doğmaları və yaxınları istəyirlər. Ancaq yəqin hər birimiz belə bir həqiqəti də qəbul etməliyik ki, təltiflər göstərilmiş xidmətlərə uyğun olmalıdır. Azərbaycanın müvafiq dövlət orqanları ilə bağlı qanunvericilikdə, xüsusilə normativ sənədlərdə bu qaydalar və standartlar öz dolğun əksini tapmışdır. Bəzən şəhid ailələrinin şəhidin layiq olduğu fəxri ad, orden və medallarla təltif edilməsi üçün dövlət orqanlarına müraciətini tirajlayanlar məsələnin mahiyyətinə varmadan Müdafiə Nazirliyini günahlandırırlar. Doğrudur, bizlər və şəhidin ailəsi üçün hər bir şəhid həqiqi qəhrəmandır. Çünki, o, canını Vətən uğrunda qurban verib. Ancaq, hərbi qulluqçuların mükafatlandırılması onun döyüş zamanı göstərdiyi xidmətlərin komandalıq tərəfindən ciddi araşdırılaraq qiymətləndirilməsi ilə  baş tutur. Bu mənada, fəxri adlar kiminsə, hətta kimlərinsə istəyi ilə deyil, məhz müvafiq normalar nəzərə alınmaqla verilir. Bu tipli məsələlər yalnız hüquqi əsası olduqda qaldırıla bilər. Əks-halda çaşqınlıq yaranır, hansısa rəsmi şəxs qərəzçikikdə günahlandırılır. Belə məsələlri məqsədli qabardanlar açıq şəkildə insanların etibarından istifadə etməklə, onların hisləri ilə oynayırlar. Respublika Veteranlar Təşkilatı Müdafiə Nazirliyi, eləcə də digər dövlət orqanları ilə sıx əlaqəli şəkildə işləyən İctimai təşkilat kimi şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu yaxşı bilir. Bir çox hallarda şəhid ailələri və onların yaxınları həm həmin dövlət orqanlarına, həm də bizə və digər ictimai birliklərə müraciət edərək müəyyən problemlərinin həllində kömək istəyirlər. İstər dövlət orqanları, istərsə də bizlər bu məsələlərə yüksək həssaslıqla yanaşır, onların müsbət həllində qarşılıqlı səylərimizi əsirgəmirik. KİV nümayəndələrinə müraciətimiz də bununla bağlıdır ki, hər hansı problemi dəqiqləşdirmədən, tələsik nəticələr çıxarmasınlar. Əksinə aldıqları məlumatları müvafiq orqanlarla dəqiqləşdiməklə onlar məsələ haqında daha müfəssəl və obyektiv informasiyakar əldə edə bilərlər. Bununla onlar həm şəhid ailələrinə həqiqi dayaq olar, həm də sonradan hansısa yanlışa görə təkzib verməkdən özlərini sığortalayardılar. Yeri gəlmişkən, məhz  bu işə önəm verilərək Müdafiə nazirinin müvafiq əmri ilə bu ilin əvvəlində nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsində "Sosial müdafiə və şəhid ailələri ilə iş bölməsi"nin yaradılmışdır. Artıq bir neçə aydır ki, bu bölmə uğurla fəaliyyət göstərir və məsələ ilə əlaqədar KİV-in istənilən suallarının cavablandırılmasına hazırdır.

Hamısını oxu