Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zəfərin işığında: Qəhrəmanlıqdan gələcəyə!” mövzusunda tədbir keçirilib

Bu gün “Modern İnkişaf və Ailə” İctimai Birliyi və “Müstəqil İnkişaf “ Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr zəfərinin 6-cı ildönümünə həsr edilən “Zəfərin işığında: Qəhrəmanlıqdan gələcəyə!” mövzusunda tədbir keçirilib. 

Layihə rəhbəri Səkinə Bədəllinin aparıcılığı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında reallaşan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə həyatını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan “Müstəqil İnkişaf “ Gənclər İctimai Birliyinin sədri Sübhan Şərifov 8 Noyabr zəfərinə gedən yoldan bəhs edib. Təşkilat sədri bildirib ki, məhz Heydər Əliyev siyasi kursu, eləcə də Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsi 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi qələbəsini təmin etmiş oldu.

Jurnalist-publisist, siyasi şərhçi Əliqismət Bədəlov 44 günlük Vətən müharibəsi və 8 Noyabr zəfəri ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hər şeydən öncə qeyd etməliyik ki, Azərbaycan xalqı, Azərbaycan dövəti heç vaxt işğal faktoru ilə barışmayıb, itirdiyi torpaqları gec-tez geri qaytaracağına dərin inam bəsləyb. Biz bunu həm Ümummilli Lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin çıxışlarında görə bilərik. 44 günlük Vətən müharibəsi və onun nəticəsi sübut etdi ki, Azərbaycan xalqı, onun liderləri öz inamlarında yanılmayıb. Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində işğaldakı torpaqları azad etməklə bütün dünyaya göstərdi ki, Azərbaycanı məğlub etmək, onun ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək mümkün deyil”.

Tədbirdə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev gənclərin xalqımızın qəhrəmanlıq tarixini öyrənməsinin vacbliyini vurğulayıb, onları 8 Noyabr zəfərinin nəticələrini qorumağa, dövlətimiz adına yeni zəfərlər, nailiyyətlər əldə etməyə səsləyib.

Şəhid polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli 44 günlük Vətən müharibəsi ilə bağlı fikir və təəssüratlarını atası ilə bağlı xatirələri fonunda dilə gətirib.

Türk jurnalist, professor Aysel Sadat Silahlı Qüvvələrimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə yanaşı, Birinci Qarabağ müaharibəsindəki rəşadətinə də diqqət çəkib, xalqımızın hər iki müharibədə böyük əzmkarlıq sərgilədiyini vurğulayıb.

“Müstəqil İnkişaf “ Gənclər İctimai Birliyinin üzvü Nur Eminova da 8 Noyabr zəfərinin tarixi önəmindən danışb.

Tədbirin sonunda çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva 8 Noyabr zəfərini Azərbaycan xalqının ən böyük bayramı, bu zəfəri xalqa yaşadanları isə ən böyük qəhrəmanlar adlandırıb:

“8 Noyabr bayramlar bayramı, zəfərlər zəfəridir. Bu zəfərlə biz sadəcə ərazi bütövlüyümüzü təmin etmədik, həm də milli qürur və ləyaqətimizi bərpa etdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bu tarixi qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməzdir və öz torpaqlarının bir qarışını  belə kimsəyə güzəştə getmək niyyətində deyil.

Azərbaycan xalqı 8 Noyabr zəfərinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı sayəsində nail olub. Hər bir Azərbaycan vətəndaşı kimi gənclərimizin də borcu bu zəfərin önəmini dərk etmək, onun nəticələrini qorumaq, dövlətimizin daha da inkişafı və təhlükəsizliyinə öz töhfəsini verməkdir.

Əminəm ki, bizi bu zəfərə qovuşduran qəhrəmanlarımızın işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq, öz əzəmət və nurunu sonsuza qədər qoruyub saxlayacaq”.

Tədbirin sonunda Yusif Museyibzadənin ifasında vətənpərvərik mahnıları ssləndirilib, “Modern İnkişaf və Ailə” İctimai Birliyinə yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Seymur ƏLİYEV

2026-10-30 14:14:00
138 baxış

Digər xəbərlər

Dörd kəndin qaytarılması Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır

“Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır”. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin diplomatik qüdrətinin təntənəsidir: “Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin diplomatik müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan 4 kəndin azad edilməsi faktı bir kəs daha sübut etdi ki, ölkəmiz hərbi müstəvidə olduğu kimi diplomatik müstəvidə də güclüdür və öz istəyini diktə edə bilir. Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan daxilindəki revanşist qüvvələr, habelə, xaricdəki erməni diapsoru Azərbaycanla Ermənistan arasında istənilən razılaşmaya qarşıdır. Onlar tarixi Azərbaycan torpaqlarının ölkəmizə qaytarılmasını düzgün hesab etmir, rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz belə bir mürəkkəb situasiyada rəsmi Bakının mili maraqlarımızın müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat uğur əldə edilə bilər”. Polkovnik qeyd edib ki, bu uğuru özünəməxsus edən mühüm nüasnlardan biri də məlum razılaşmanın heç bir vasitəçi olmadan əldə edilməsidir: “Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı delimitasiya və demarkasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı olmadan – Azərbaycan Ermənistan işçi qrupları arasındakı razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz danışıqların daha uğurlu və effektiv olduğunu göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın vasitəçiyə ehtiyac duymadığını, vasitəçisiz danışıqların daha səmərəli olduğunu vurğulayıb”. Cəlil Xəlilov qeyd edib ki, bu kimi razılaşmalar Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilə sülh müqaviləsi üçün də əlverişli zəmin formalaşdırır: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsinin üstündən 4 il ötsə də, hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Buna səbəb İrəvanın 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl etməməsi, bu öhdəliklərdən müxtəlif vasitələrlə yayınmasıdır. Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradır. Əminəm ki, rəsmi İrəvan sərhədlərin delimitasiyası və Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina etməzsə, biz qısa zamanda iki dövlət arasında daha ciddi razılaşmalara şahid olacağıq”.

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraiti yaxşılaşdırılacaq - SƏRƏNCAM

  Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb. Apa-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin, Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin, Sərəncamda irəli gələn digər məsələləri həll etsin.   Müəyyən edilib ki, bu Sərəncamda nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.   İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamdan göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etməlidir.   Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.  

Hamısını oxu
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.   Belə ki, bölgü zamanı ərazidə olan tikililərdən biri Azərbaycan sərhədləri daxilində qaldığı üçün orada olan Ermənistan bayrağı götürülüb. Maraqlıdır ki, sərhədlərin bölgüsündə iştirak edən əsgərlərimiz həmin bayrağı məhz erməni əsgərinin özünə endirtdiriblər. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında bir qrup 44 günlük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi

Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Veteran hərəkatına 44 günlük Vətən müharibəsi iştirakçılarının cəlb edilməsi, bilik və bacarıqlarından gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadəsi, respublikamızın çiçəklənməsi, xalqımızın birliyinin əbədi olması tədbirin qayəsini təşkil edib. Görüşdə çıxış edən RVT-nin sədri, II Dünya müharibəsi iştirakçısı Fatma Səttarova 44 günlük Vətən müharibəsinin qəhrəmanlıqla tarixə yazdığımızı bildiridi. F.Səttarova: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı tarixin bütün mərhələlərindən alnı açıq çıxmağı bacarıb, mərdliyi qəhrəmanlığı təcəssüm etdirib. II Dünya müharibəsində 600 mindən çox oğul və qızlarımız döyüşüb, faşizm bəlasından dünyanın azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Ədalətin, sülhün dünyada bərpa edilməsində azərbaycanlı adını iftixarla daşıyıblar”. Təşkilatın sədri həmçinin Vətən müharibəsindən sonra başlamış və əzmlə davam etdirilən quruculuq işlərinin Respublikamızın iqtisadiyyatına və hərbi potensialının daha da yüksəlməsinə səbəb olacağını bildirdi. Müzəffər Azərbaycan ordusu hər zaman düşmənin istənilən mənfur təxribatının qarşısının alacağına və layiqli cavab verə biləcəyinə əminlik ifadə etdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilat və onun həyata keçirdiyi təbirlər haqqında məlumat verdi. C.Xəlilov: “44 günlük Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”. Təşkilatın sədr müavini hər bir veteranın, müharibə iştirakçısının sağlamlığının və maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, yaralıların reabilitasiyası, şəhidlərimizin xatirəsinin əbədi yaşadılması, onların ailələrinin maddi durumunun daim diqqət mərkəzində saxlanılması və yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı fərman və sərəncamlar, ayrı-ayrı dövlət qrumlarının bu istiqamətdə həyata keçirdikləri tədbirləri Vətən müharibə iştirakçılarına verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Bütün bunların Vətən yolunda mərdlik, rəşadət nümayiş etdirən hər bir kəsin unudulmayacağına, əksinə əbədi yaşayacağına əyani sübut olduğunu bildirdi. C.Xəlilov veteranın, qazinin bundan sonra da Vətən üçün xidmət edəcəyinə, ürəklərinin vətənlə birgə döyünəcəyinə inamının sonsuz olduğunu bildiridi. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldiləməsində, Azərbaycan xalqının birliyinin daim olmasında veteranların, müharibə iştirakçılarıının təcrübəsinin xüsusi önəm daşıdığını vurğuladı. 44 günlük Vətən müharibəsinin iştirakçısı çavuş Elçin Əhmədov çıxışında qəhərmanlıq tariximizin bir hissəsi olmaqdan qürürla danışdı. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azad olması və qələbə ilə başa çatmasını diqqətə çatdırdı. O, həmçinin əminliklə bildirdi ki, bundan sonra da dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarsılmayacaq, qələbə əzmimiz bitməyəcəkdir. E.Əhmədov: “Müharibə iştirakçısının, veteranın, qazinin müharibədən sonra da tək bir amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası olsun, istərsə də digər sahələrdə bizim dəmir yumruğumuz getdiyimiz yolları işıqlandıracaq, Vətən, millət təssübkeşliyimiz gücümüzə güc qatacaqdır. Hər birimiz, veteran, qazi adını fəxrlə daşıyacaq, ölmləri ilə ölmsüzlük qazanan, şəhid olan qardaşlarımızın adlarını yaşadacaq, əbədiləşdirəcəyik. Biz ön cəbhədə qəhrəmanlıq dastanı yazdıq, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütün Azərbaycan xalqının vətənpərvərliyi, qətiyyəti, əzmi və iradəsi ilə bunlara nail olduq”. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəkləri, üzərlərinə düşən işin icrasına məsuliyyətlə yanaşacaqlarına əminlik ifadə etdilər.    Sonda xatirə şəkli çəkildi.

Hamısını oxu