Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 8 Noyabr zəfərinin 6-cı ildönümü ilə bağlı Bəyanat yayıb. Bəyanatda deyilir:

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hərb tariximizin ən böyük qələbəsi olan 8 Noyabr zəfərinin 6-cı ildönümü münasibətilə bu zəfərin baş memarı  - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan Silahlı Qüvvələrini və  xalqımızı təbrik edir, şəhidlərimizə və veteranlarımıza sonsuz ehtiramını ifadə edir. Erməni işğalına son qoyan, ərazi bütövlüyümüzü təmin edən, bütün regiona sülh və sabitlik gətirən bu qələbə xalqımızın yenilməzliyini, qələbə əzmini, vətənə olan sonsuz sevgisini bir kəs daha nümayiş etdirdi. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı yenilməzdir və o, öz dahi lideri, Prezident İlham Əliyevin rəhbərliyi altında istənilən təhlükəni dəf etməyə, istənilən zəfərə imza atmağa qadirdir.

Artıq 6 ildir ki, Azərbaycan dövləti tarixi zəfərdən irəli gələn vəzifələri əzmlə icra etməkdədir. İşğaldan azad edilmiş ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsi, yaşayış məntəqələrinin demək olar ki, yenidən inşası, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışının təmin edilməsi bu fəaliyyətin əsasını təşkil edir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri bütün dünyada böyük heyranlıqla izlənməkdə, xalqımızın sülh və tərəqqi arzusunun real əks-sədasına çevrilməkdədir. Bütün bu fəaliyyətin kökündə isə 8 Noyabr zəfəri – bu zəfərin özü ilə gətirdiyi çoxsaylı üstünlüklər və perspektivlər dayanır.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bəyan edirik ki, hər zaman olduğu kimi bundan sonra da 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi əhəmiyyətinin təbliğində, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə - vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edəcək, Prezidentimizin hər bir çağırışını qətiyyətlə dəstəkləyəcəyik.

Bir daha Prezidentimizi və xalqımızı Zəfər Günü münasibətilə təbrik edir, dövlətimizə və ordumuza uğurlar arzulayırıq”.

Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

 

2026-11-04 15:06:00
135 baxış

Digər xəbərlər

Hədəf Şirkətlər Qrupunun təmsilçiləri “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir

Veteran.gov.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq və Hədəf liseyinin bir qrup şagird, müəllim və valideyn heyəti İzmir İzbilim Kollejinin təşkil etdiyi “Tək Millət, iki dövlət” proqramı çərçivəsində İzmir şəhərində rəsmi səfərdədir. 24 mart tarixində Azərbaycan heyəti İzbilim kollecinin hazırladığı törəndə iştirak etmiş, kolleclə tanışlıq olmuş, sonra isə İzmir şəhər Mənəmən kaymakanı Fatih Yılmaz bəy Azərbıycan heyətinin bir qrupunu qəbul etmiş, Azərbaycan Türkiyə qardaşlığı, təhsil əlaqələri mövzusunda müzakirə edilmişdir. Şəmil Sadiq Azərbaycan Türkiyə qardaşlığını ifadə edən kitab və müxtəlif hədiyyələri kaymakan bəyə təqdim etmişdir!   Seymur ƏLİYEV

Hamısını oxu
Ağdam rayonunun Quzanlı qəsəbəsində şəhidlərin şəkilləri ictimai məkanlarda yerləşdirilib

Veteran.gov.az xəbər verir ki, 15 fevral 2023-cü il tarixində şəhid pilot, leytenant Zeynalov Bəhruz Novruz oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Mikayıl Məmməd oglunun böyüdülmüş şəkilləri Ağdam rayonu Quzanlı qəsəbəsində magistral yolun kənarında quraşdırılan xüsusi lövhələdə yerləşdirilib. Şəhdilərimizlə bağlı söüzgedən tədbirdə Ağdam rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəliyi də iştirak edib. Şəhid pilot, leytenant Zeynalov Bəhruzun atası Novruz həkim və şəhid Mikayıl Zeynalovun qardaşı İsrayıl Zeynalov çıxışlarında hər zaman Ali Baş Komandanın qayğısını üzərlərində hiss etdiklərini, eyni zamanda icra hakimiyyətinin onların hər bir probleminə xüsusi həssaslıqla yanaşdığını bildiriblər.  

Hamısını oxu
Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb. Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!”.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Hamısını oxu