Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zəfər yolu” adlı tədbir keçirilib

8 Noyabr – Azərbaycanın ən qürurlu və şanlı bayramlarından biri olan Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilib.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və canlarını Vətən uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Qobu qəsəbə Ağsaqqallar Şurasının nümayəndələri, Qobu Uşaq İncəsənət Məktəbinin şagird və müəllim heyəti, Qobu Qəsəbə Sənətkarlıq Evinin kollektivi, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.

İlk olaraq Qobu qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant, fəxri ağsaqqal və Birinci Qarabağ müharibəsinin iştirakçısı Ramiz Məmmədov çıxış edib. Daha sonra 44 günlük Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olunub.

Qobu Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən musiqi nömrələri təqdim edilib. Sonda Qarabağ müharibəsi veteranı Təbriz Bəhramov çıxış edərək tədbir iştirakçıları ilə öz fikirlərini bölüşüb.

2026-11-05 17:47:00
13 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Şabranda şəhid Elvin İsgəndərovun ailəsini ziyarət edb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 20 mart 2026-cı il tarixində Şabranda şəhid baş gizir Elvin İsgəndərovun ailəsini ziyarət edib.  Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, erməni faşizmi üzərindəki tarixi qələbənin əldə edilməsində şəhidlərimizin həlledici roluna toxunub, onların qəhrəmanlığının illər, əsrlər sonra da hər bir azərbaycanlı üçün ilham mənbəyi olacağını vurğulayıb. Şəhidin qardaşı Elçin İsgəndərov gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Ziyarət əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi dəstək göstərilib, şəhid övladlarına hədiyyələr təqdim olunub. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu
Baş redaktor Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının mətbuat katibi, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb.   Görüş əsnasında rəhbəri olduğu saytın fəaliyyəti, habelə yaxın gələcəkdə görülməsi planlaşdırılan işlərlə bağlı ətraflı məlumat verən Seymur Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilən, müəllifi olduğu  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabını da Mətbuat Şurası sədrinə təqdim edib.   Dövlətimizin veteranlara, şəhid ailələrrinə daim böyük qayğı göstərdiyini bildirən Əflatun Amaşov, medianın da bu məsələləri hər zaman diqqət mərkəzində saxlamasının sevindirici olduğunu bildirib. Mətbuat Şurasının sədri bildirib ki, media gələcəkdə də veteranlar, şəhid ailələri ilə bağlı hər bir məqamı diqqət mərkəzində saxlamalı, onların arzu və istəklərinin tribunası olaraq qalmalıdır.     Əflatun Amaşov  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabının önəmi, burada yer alan faktların beynəlxalq müstəvidə təbliğinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin hər zaman Ermənistanın ekoloji terror siyasətinə qarşı ciddi mübarizə apardığına toxunan Mətbuat Şurasının sədri, bu gün də dövlətimizin Ermənistanın ekoloji cinayətlərinə qarşı mübarizə aparmaqda davam etdiyini bildirib. Əflatun Amaşov qeyd edib ki, “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabı Ermənistanın istər sovet dönəmində, istər müstəqilik illərində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı törətdiyi ekoloji cinayətlərin konkret faktlar əsasında ifşa edilməsi baxımından böyük əhəmiyyətə malikdir.   Əflatun Amaşov Azərbaycan xalqının tarixi və mübarizəsi, ümummilli liderin fəaliyyəti ilə bağlı belə bir kitabın nəşrini həyata keçridiyi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və onun nəzdində fəaliyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna da öz təşəkkürünü bildirib

Hamısını oxu
Möhkəm təməl üzərində qurulan əməkdaşlıq

Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub.2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.Statistikaya görə Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur.Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür.İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaq. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb.Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.Prezident İlham Əliyevin carı ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, qarşılıqlı fəaliyyət məqsədlə münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.Cari ilin 24 aprel tarixində iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”; “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”; “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”; “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”; “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”; “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” Azərbaycan-Qırğızıstan arasında əlaqələrin daha da şaxələnəcəyindən xəbər verir.Ötən həftə Bakı şəhərində hər iki ölkənin dövlət başçısının iştirakı ilə Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılış mərasimu oldu. Abidə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu