ELAN
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi tərəfindən 19 noyabr 2026-cı il tarixdə saat 11:00-da Birliyin inzibati binasında veteranlarla görüşün keçirilməsi nəzərdə tutulur.
Görüşün keçirilməsində əsas məqsəd veteranların qanuni mənafelərinin müdafiəsi, onların hüquqi maarifləndirilməsi, eləcə də gündəlik həyatlarında qarşılaşdıqları hüquqi problemlərin müzakirəsi və müvafiq hüquqi yardımın göstərilməsidir.
Görüş zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri tərəfindən veteranların hüquqi və digər məsələləri dinləniləcək, onları maraqlandıran suallar cavablandırılacaq və onlara hüquqi sənədlərin hazırlanmasında, aidiyyəti dövlət qurumlarına müraciətlər edilməsində birbaşa yardım göstərilməklə müvafiq hüquqi məsləhətlər veriləcəkdir.
Hörmətli veteranlar! Sizi təşkil olunacaq görüşdə fəal iştirak etməyə, hüquqi çətinlikllərinizlə bağlı suallarınızı və müraciətlərinizi təqdim etməyə dəvət edirik.
Veteranlara göstərilən diqqət və qayğı, onların hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin 34
- Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binası.
Əlaqələndirici şəxs : Azər İsmayılov
Əlaqə telefonu: +994552244650