Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi keçirildi

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunması ilə bağlı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Məbədi tarixi-memorial kompleksində qələbənin əldə olunmasına böyük və  əvəzolunmaz töhfə vermiş sovet döyüşçülərinin dəfn olunduğu yerlərdən götürülmüş torpaq nümunələrinin qoyulması həyata keçiriləcəkdir. Bu məqsədlə Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən “Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov və səfirliyin əməkdaşları,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Müdafiə Nazirliyinin əməkdaşları, Nərimanov rayonu Veteranlar Təşkilatının üzvləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış edən səfir M.Boçarnikov mərasimin təşkilinə   görə Respublika Veteranlar Təşkilatına və Nərimanov rayon İcara Hakimiyyətində  təşəkkürünü bildirmişdir. Sonra torpaq nümunələri Rusiya Federasiyasının Azərbaycandakı səfiri M.Boçarnikova təqdim edildi.  Tədbirin sonunda mərasim iştirakçıları “Qardaşlıq Məzarlığı” memorial kompleksində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, onların xatirəsini ehtiramla yad etdilər

2019-12-05 00:00:00
3972 baxış

Digər xəbərlər

Qarabağda anti-terror əməliyyatı keçirilə bilərmi?

"Hazırkı məqamda separatçılara qarşı anti-terror əməliyyatının keçirilib-keçirilməyəcəyi haqqında konkret bir söz demək çətindir". Bu sözləri Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov söyləyib. Polkovnik deyib ki, bu variant da digər variantlarla yanaşı, hər zaman aktualdır və erməni təxribatlarının davam etməsi bu variantın önəmini getdikcə artırır: "Lakin aydındır ki, anti-terror əməliyyatı ilə bağlı qərar vermək səlahiyyəti Ali Baş Komandana məxsusdur  və əgər belə bir qərar olarsa, o zaman Silahlı Qüvvvələrimizin bu qərardan irəli gələn  hər bir vəzifəni ən yüksək səviyyədə həyata keçirəcəyi şübhəsizdir. Azərbaycan Silahlı Qüvvələrinin gücü, hazırlıq səviyyəsi, peşəkarlığı buna imkan verir. Sülhməramlılara gəlincə, unutmayaq ki, onların fəaliyyət göstərdiyi ərazi Azərbaycana məxsusdur və orada kimin olmasından asılı olmayaraq, Azərbaycanın bu ərazidə istənilən fəaliyyəti, eləcə də anti-terror əməliyyatı həyata keçirmək hüququ var. Bir daha qeyd edirəm ki, bütün bu ərazilərin hüquqi-tarixi sahibi Azərbaycandır və sülhməramlıların özü bu ərazidə Azərbaycan dövlətinin razılığı əsasında fəaliyyət göstərir. Ona görə də, Azərbaycan lazım bilərsə elə günü bu gün həmin ərazilərdə anti-terror əməliyyatı həyata keçirə bilər. Belə olarsa, Rusiya sülhməramlıları baş verənləri sadəcə seyr etməli olacaq". Humay İSGƏNDƏRLİ

Hamısını oxu
Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfrans keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub. İyirmidən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib. Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar. C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”. Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib. Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb. Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.

Hamısını oxu
Ulu Öndərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə şair-pedaqoq İsmayıl Qocabəylinin "Heydərnamə" kitabının təqdimat mərasimini keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, idarə-müəssisə rəhbərləri, tanınmış ziyalılar və qələm adamları iştirak ediblər. Tədbirdən öncə  ulu Öndər Heydər Əliyevin və canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman tədbiri giriş sözü ilə açaraq dahi rəhbər və müdrik siyasətçi Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, onun əbədiyaşar adının Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu xüsusi vurğulayıb. Daha sonra o, dahi şəxsiyyətin nəsillərə örnək olan həyat yolundan bəhs edən "Heydərnamə" kitabının müəllifinə öz təşəkkürünü bildirib və ona yaradıcılıq uğurları arzulayıb. Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Heydər Ata mükafatı laureatı, şair Gülbala Teymur,  rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, YAP rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, şəhər 2 saylı məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, şəhid qardaşı, yazıçı Sakit Üçtəpəli, şəhid atası Fuad Vəlişov, Əfqaıstan müharibəsi veteranı Rəşid Mahmudov və başqaları çıxış edərək dünyanı heyran qoyan uzaqgörən lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətini yüksək qiymətləndiriblər  və onun  böyük bir şəxsiyyət kimi Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını bildiriblər. Ulu Öndərə həsr olunmuş kitabın müəllifi şair-pedaqoq İsmayıl Qocabəyli öz çıxışında vurğulayıb ki, qələmə aldığım bu kitab ulu Öndərimizin  əziz xatirəsinə böyük  hörmət və ehtiramım olaraq veteran müəllim kimi töhfəmdir. Sonda tədbir iştirakçılarına təqdimatı keçirilən  ""Heydərnamə" kitabı hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

Hamısını oxu