Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə


Tənzilə Rüstəmxanlı: “Bu mübarizə həm miqyas, həm də mahiyyət etibarilə olduqca böyük və önəmlidir” Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə uğurla davam edir. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Tənzilə Rüstəmxanlı, DTX-nın apardığı bu mübarizəni xalqımızın genefondunun qorunması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “DTX-nın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə dövlət təhlükəsizliyimizin mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də gənc nəslim sağlamlığının qorunması, genefondumuzun hifz edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, narkotiklərin qanunsuz dövriyyəsi müasir dünyamızın əsas problemlərindən biridir və qlobal xarakterli təhlükə hesab olunur. ABŞ kimi super güclər belə bu problemə qarşı təkbaşına mübarizədə ciddi çətinliklərlə qarşılaşırlar. Azərbaycan isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm uğurları ilə diqqət çəkir. Bu baxımdan DTX-nın narkotiklərə qarşı mübarizə müstəvisində atdığı addımlar həm miqyas, həm də mahiyyət etibarilə mühüm həmiyyət kəsb edir. Nümunə üçün qeyd edək ki, cari ilin 11 aprel tarixində DTX və DSX-nın keçirdiyi əməliyyat nəticəsində 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb ki, bu da oldaqca böyük uğurdur. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan bu mübarizə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısını alır, gənclərin həm fizki, həm əqli, həm də ruhi-mənəvi sağlamlığının qorunmasını təmin edir. Gənclərimizin narkotik bəlasından hifz edilməsi həm də dövlət və xalq olaraq gələcəyimizin qorunması, inkişafımızın sığortalanması deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dövlətimizin gələcəyinin və təhlükəsizliyinin sağlam və vətənpərvər gəncliyə bağlı olduğunu vurğulayb, gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinin həyati əhəmiyyət kəsb etdiyini qeyd edib. Narkotiklərə qarşı aparılan mübarizə məhz belə bir gəncliyin formalaşdırılması baxımından son dərəcə vacibdir və birmənalı şəkildə DTX-nın xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri hesab oluna bilər. DTX-ya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aprdığı mübarizədə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirik”. Seymur ƏLİYEV
Hamısını oxu
Milli Qəhrəmanın oğlu erməni rəqibinə qalib gələrək kuboka sahib olub. Veteran.gov.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında erməni rəqibinə qalib gəlib. Həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub. Qələbə qazanan Azər Məhərrəmov "Arm Wrestling" liqasının kubokuna sahib olub.
Hamısını oxu
Bu gün Azərbaycan xalqının böyük oğlu, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyevin anım günüdür. Yusif Məmmədəliyev Naxçıvan qəzasının Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji Institutunu bitirdikdən bir qədər sonra, 1928–1929-cu illərdə Irəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləmiş, İrəvan azərbaycanlılarının ictimai həyatında fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir. 1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954–1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur. Böyük alim 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.
Hamısını oxu
ATU-nun Uşaq cərrahlığı kafedrasının professoru, tibb elmləri doktoru, Çingiz Bayram oğlu Quliyevin 85 yaşı tamam oldu. Əmək fəaliyyətinə 1968-ildən başlayan Çingiz Quliyev bütün ömrü boyu bir yerdə, ATU-da işləyib. Ömrünün düz 57 ilini bu Universitetə həsr edib. Universitetin Uşaq cərrahlığı kafedrasında əmək fəaliyyəytinə başlayan Çingiz Quliyev 23 il həmin kafedranın rəhbəri olub. Bir neçə dərslik, monoqrafiya və çoxsaylı elmi işlərin müəllifi olan Ç.Quliyev həm elmi, həm də praktik kadrların yetişməsi üçün çox işlər görüb. Çoxsaylı elmlər namizədi və elmlər doktoru hazırlayıb. Çingiz Quliyev mənim də bir alim və praktik həkim kimi yetişməyimdə müstəsna rol oynamışdır. Bu il yanvar ayının 30-da Çingiz Quliyevin 85 illik yubileyini qeyd edəcəyik. Bunun üçün beynəlxalq səviyyəli konfrans keçirilməsi üçün hazırlıq işləri görürük. Allahdan ona uzun və sağlam ömür arzulayıram. Hörmətlə: Tələbəniz, tibb üzrə fəlsəfə doktoru Mahmud İsmayılov.
Hamısını oxu