Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.   Moderator.az-a açıqlamasında Lavrovun məlum bəyanatına münasibət bildirən Respublkia Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planının Azərbaycanın da maraqlaırna cavab verdiyini söylədi:   “Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbyacanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.   Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də cənab Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi.   Bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır.   Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqmaətində uğura nail olmaq olar”.   Seymur ƏLİYEV

2020-04-22 00:00:00
3815 baxış

Digər xəbərlər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir

Milli.Az bildirir ki, bunu Trend-ə UNESCO-nun xoşməramlı səfiri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar şurasının üzvü, 2020-ci ildə BMT-nin Nelson Mandela mükafatının laureatı Marianna Vardinoyannis deyib. O bildirib ki, Mehriban Əliyeva ilə ilk dəfə Parisdə, UNESCO-nun xoşməramlı səfiri təyin olunarkən görüşüb: "Görüşdüyümüz ilk andan mən onun parlaq şəxsiyyətinə, təmiz ürəyinə və gördüyü böyük işlərə heyranlıq duyuram. UNESCO-da əməkdaşlığımız sayəsində bizim dostluğumuz möhkəmlənib və Mehriban Əliyeva ilə bağlı bu cür səmimi məqamları bölüşmək böyük şərəf və iltifatdır. Biz müxtəlif ölkələr, o cümlədən Yunanıstan və Azərbaycan arasında həmrəylik və mədəniyyət körpüləri ucaltmağa çalışaraq birgə işləmişik. Mehriban Əliyeva tarixi və mədəni dəyərlərin həqiqi müdafiəçisi və humanizmin parlaq nümunəsidir. Mehriban Əliyevanın Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları dəstəkləməsi, xüsusilə, Afinada uşaq onkologiya xəstəxanasını və xəstə uşaqları olan ailələr üçün qonaq evini ziyarət etməsi, Yunanıstan məktəblərinə göstərdiyi dəstək, Yunanıstanda böyük abidə və muzeylərdə olması, Olimpiya idman ruhunu təşviq etməsi, Yunanıstanda və digər ölkələrdə mədəni xeyriyyə tədbirlərini təşkil etməsi göstərə biləcəyimiz nümunələrdir. Mehriban Əliyevanın təşəbbüsləri Şərqlə Qərbi yaxınlaşdırır, mədəniyyətlər və xalqlar arasında dialoqa xidmət edir. Sülh təşəbbüslərinə gəldikdə, Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsi, qayğıya gəldikdə isə, ehtiyacı olan insanların qəlbində mərhəmətli ümid elçisidir!" M.Vardinoyannis deyib ki, Mehriban Əliyeva nəinki Azərbaycanda, həm də bütün dünyada qadınlar üçün örnəkdir: "Onun xarakterindəki mehribanlıq, təvazökarlıq və mərhəmət qətiyyət və gücü ilə həmahəngdir. Mehriban Əliyevanın şəxsi nümunəsi qadınları ictimai həyatda fəal iştiraka ruhlandırır. Onun Azərbaycan qadınlarının siyasi fəallığının təşviq olunmasında xidmətləri regionda müstəsna və novator xarakter daşıyır. Bu, ölkənin inkişafı üçün çox vacibdir. Xüsusən də gənc qadınlar tolerantlıq və müxtəlifliyin, keçmiş dəyərlərə və gələcək baxışlara hörmətin hökm sürdüyü müasir cəmiyyətlərin qurulmasına öz töhfələrini vermək üçün onun şəxsində ilham mənbəyi görürlər. Mehriban Əliyeva qadınların zehninə və ümumilikdə Azərbaycan cəmiyyətinə müsbət dəyişikliklər gətirir. Heydər Əliyev Fondunda olarkən çox duyğulu anlar yaşadım və mən Bakıya hər dəfə gələndə bu hissi keçirirəm. Azərbaycana onun gözləri ilə və niyyətləri ilə baxanda birlikdə paylaşdığımız anları çox əziz hesab edirəm". O qeyd edib ki, Yunanıstanı və Azərbaycanı çoxillik dostluq və əməkdaşlıq birləşdirir: "Mən hesab edirəm ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin, mədəniyyətimizin və uşaqlarımızın böyük dostudur. Ölkələrimiz arasında kifayət qədər mədəni mübadilələr var, Afinada Heydər Əliyev Fondunun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Mən heç zaman Mehriban Əliyevanın Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının (ELPIDA) tədbirlərinin keçirilməsində dəstəyini, "Məktəblərin dəstəklənməsi layihəsi"nin reallaşdırılmasına köməyini unutmayacağam. İncəsənət və mədəniyyət insanları yaxınlaşdırır, çünki hər bir xalqın ruhunu əks etdirir. Bizim birgə tədbirlərimiz, konsertlər, tamaşalar, konfranslar, sərgilər böyük potensiala malikdir. Mən göstərilən misilsiz dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan xalqına səmimi qəlbdən təşəkkürümü bildirirəm!" Milli.Az

Hamısını oxu
Ordu quruculuğu - böyük Qələbəni təmin edən vacib amil

Hamısını oxu
Hafiz Paşayevin həyat yoldaşı vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
Daha 120 müharibə veteranı üçün kiçik bizneslər qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar. Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil edilir. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir.  

Hamısını oxu